Məhkəmə qərarları › İş №2(051)-322/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-322/2022

25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-322/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mahmudov X3 şəhər məhkəməsinə müraciət edərək birgə nikahdan doğulan 12.03.2014-cü il təvəllüdlü X9, 24.10.2007-ci il təvəllüdlü X10 və 08.10.2009-cu il təvəllüdlü X5 ona verilməsi, hər ay hər uşaq üçün 175 manat, cəmi 525 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək birgə nikahdan doğulan 12.03.2014cü il təvəllüdlü X9, 24.10.2007-ci il təvəllüdlü X10 və 08.10.2009-cu il təvəllüdlü X5 ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı ilə cavabdeh Şəlalə Rəsulova 22 dekabr 2006-ci ildə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 12 mart 2014-ci il təvəllüdlü Yusif, 24 oktyabr 2007-ci il tarixdə Ramal və 08 noyabr 2009-ci il tarixdə Aişə adlı uşaqları doğulmuşdur. Cavabdeh 10 günə yaxındır evdən çıxıb getmişdir. Uşaqlar iddiaçının himayəsində qalmışdır. Tərəflər arasındakı münasibətlər pozulmuşdur. İddiaçı 05..07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək aralarındakı nikahın pozulmasını xahiş etmişdir. Lakin cavabdeh hamilə olduğundan mülki işə xitam verilmişdir. 27.07.2021-ci il tarixdə cavabdeh Ukraynaya getmişdir. Cavabdehin uşaqlarından xəbəri olmamışdır. Sonralar sentyabr ayının sonunda cavabdeh Azərbaycana qayıtmışdır. Sonradan məhkəməyə uşaqla görüç barədə müvəqqəti təminat tədbiri ilə müraciət etmişdir. 11.12.2021-ci il tarixə qədər uşaqlarla görüşə getmişdir. Sonradan uşaqlar anası ilə görüşməkdən imtina etmişdir. Hazırda uşaqlar onun himayəsindədirlər. Odur ki, məhkəmədən birgə nikahdan doğulan 12.03.2014-cü il təvəllüdlü X9, 24.10.2007-ci il təvəllüdlü X10 və 08.10.2009-cu il təvəllüdlü X5 iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Tərəflərə Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X1 və qanuni nümayəndəsi atasının iştirakı ilə dindirilmiş 12 mart 2014-ci il təvəllüdlü Yusif adlı uşaq göstərdi ki, anasının yanında yaşamaq istəmir, çünki anası onu atıb getmişdir və bir dəfə də olsun xəbər tutmamışdır. Hətta ad günündə də zəng edib təbrik etməmişdir. Ona görə də anasında qalmaq istəmir. Atası onlara çox yaxşı baxır. Atasının yanında qalmaq istəyir. X1 və qanuni nümayəndəsi atasının iştirakı ilə dindirilmiş 24 oktyabr 2007-ci il təvəllüdlü X10 izahatında göstərdi ki, o, atasının istəyir. Çünki anası onları atıb getmişdir. Sonradan yadına düşmüşlər. Onları atıb getməzdən əvvəll onları düşünsəydi atıb getməzdi. O, Atası ilə qalmaq istəyir. X1 və qanuni nümayəndəsi atasının iştirakı ilə dindirilmiş 08 oktyabr 2009-ci il təvəllüdlü X11 izahatında göstərdi ki, o, atasının istəyir. Çünki anaları onları qoyub çıxıb getmişdir. Onlara atası baxmışdır. Atası hər zaman yanında olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, uşaqların izahatını, işdə olan və qəyyumluq və himayəçilik orqanının rəyinə əlavə edilmiş sənədləri, həmçinin işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 12 mart 2014-ci il tarixdə Yusif, 24 oktyabr 2007-ci il tarixdə Ramal və 08 oktyabr 2009-ci il tarixdə Aişə adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında 22 dekabr 2006-ci il tarixdə Ağdam rayonu Novruzlu kənd Ərazi nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 40 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Mahmudova” soyadı verilmişdir. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəməyə təqdim etdiyi 30.03.2022-ci il tarixli rəydən və həmin rəyə əlavə olunmuş sənədlərdən görünür ki, komissiya 12 mart 2014-ci il təvəllüdlü Yusif, 24 oktyabr 2007-ci il təvəllüdlü Ramal və 08 oktyabr 2009-ci il təvəllüdlü Aişə adlı azyaşlı uşaqların ataları İddiaçı yanında qalması daha məqsədə müvafiqdir. İşdə olan Mingəçevir şəhər polis şöbəsinin 31 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialdan görünür ki, Cavabdeh X6, X7 və Cavabdeh Tacir qızına sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qəsdən fiziki ağır yetirməsi xüsusatı qüvvədə olan qanunvericiliyə əsasən cinayət əməli sayılmadığından həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilməlidir. Azərbaycan Respublikası İXMnın 157-ci maddəsinə əsasən Cavabdeh X10, X7 və Cavabdeh Tacir qızına sağlamlığa zərər vurmayan xəsaət yetirməklə qəsdən fiziki ağrı yetirməsi xüsusatı inzibati hüquq pozma sayıldığından onun barəsində inzibati qaydad tədbir görülməsi üçün qərarın surəti aidiyyati üzrə verilməlidir. Lakin Azərbaycan Respublikası İXM-nın 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Bu səbəbdən də Cavabdeh müddət keçdiyinə görə Azəbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 22 dekabr 2006-ci ildə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 12 mart 2014-ci il Yusif, 24 oktyabr 2007-ci il tarixdə Ramal və 08 oktyabr 2009-ci il tarixdə Aişə adlı uşaqları doğulmuşdur. Bundan sonra cavabdeh sərbəst həyat tərzi keçirmiş, azyaşlı uşaqlarını atalarının yanında qoyub Ukraynaya respublikasına getmiş və bundan sonra uşaqlarından xəbər almamışdır. Bir müddət sonra ölkəyə qayıdaraq uşaqları ilə görüşməyə cəhd etsə də buna nail ola bilməmiş və uşaqlar onla görüşdən imtina etmişlər. Məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilən zaman və Komissiya üzvlərinə verdiyi ərizədə 12 mart 2014-ci il təvəllüdlü Yusif, 24 oktyabr 2007-ci il təvəllüdlü Ramal və 08 oktyabr 2009-ci il təvəllüdlü Aişə adlı uşaqlar cavabdehin onları qoyub getdiyini, heç vaxt maraqlanmadığını və qayğı göstərmədiyini, bir ana kimi üzərinə düşən valideyinlik vəzifəsini yerinə yetirmədiyini əsas gətirərərk, atalarında qalmaq istədiyini bildirmişlər. Hazırda hər üç uşaq faktiki olaraq iddiaçının yəni atalarının yanında yaşayırlar. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, həmçinin atanın (iddiaçının) azyaşlı uşaqlarının onun himayəsinə verilməsini istəməsini, onun şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ata, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, uşaqlardan biri 8 və digərləri 10 yaşına çatdığına görə ailədə onların maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə ayrı yaşayan valideynlərdən birini seçmək hüququna malikdir. Belə olan halda uşağın fikrinin nəzərə alınması onun mənafeyinə uyğundur. Çünki uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. İşdən də müəyyən olunur ki, uşaqlar hazırda öz istəkləri və iradələri ilə atalarının yanında qalmışlar. Hazırda həmin uşaqların gündəlik məişət ehtiyaclarını ataları ödəyir. Göründüyü kimi, uşaqları faktiki olaraq atası böyüdür, ana isə kənarda qalmışdır. Belə olan halda hazırkı mübahisə uşaqların mənafeyinə uyğun həll edilməlidir, uşağın mənafeyi isə onu tələb edir ki, uşaq cavabdehdən alınaraq ataya (iddiaçıya) verilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşğın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Həmin Məcəllənin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsində göstərilmişdir ki, uşaqlarla qəddar rəftar, onlara qarşı psixi zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. BMT Baş Məclisinin 20.11.1959–cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6–cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşaqların valideynlərdən hansının yanında yaşamasını həll edərkən, məhkəmə ilk növbədə uşaqların mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Hazırkı mübahisə üzrə cavabdehin uşağa qarşı zorakılıq hərəkətlərini etməsi, yəni onlara fiziki xəsarətlər yetirməsi uşaqların hüquqlarının kobud şəkildə pozulmasıdır, bu hal isə qanunla digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmişdir. Belə ki, uşaqların hər üçü Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin vasitəsi ilə izahatları alınan və məhkəmə iclasında verdikləri izahatından, bir mənalı olaraq aydın görünür ki, uşaqları analarının onları atıb getdiyini heç bir zaman bir ana kimi onların qayğısına qalmadığını, heç vaxt onlarıla maraqlanmadığını valideyinlik vəzifəsini lazımınca yerinə yetirmədiyini öz iradləri əsasında veridləri izahatları və sərbəst fikrələri ilə aydın şəkildə bildirmişlər. Bu hallar da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən uşaqlara qarşı aşkar laqeydlik, valideyinlik vəzifələrini və funksiyalarını lazımınca yerinə yetirməməsi ana ilə uşaqlar arasında mövcud olmuş emosional bağlılığın qopmasına və uşaqların atanın yanında qalmasına üstünlük verməsinə səbəb olmuşdur. Hazırkı vəziyyətdə ana və uşaqları bir–birindən ayırmasını şərtləndirən müstəsna şərait məcmu halında mövcuddur. Ona görə də uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsi, həm işin həqiqi hallarına həm də, uşaqların üstün mənafeyinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bununla yanaşı, məhkəmə mübahisənin düzgün həlli edilməsi baxımından, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, Komissiyanın rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, komissiya tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etmiş, nəticədə belə qərara gəlmişdir ki, uşaqların atasının yanında qalması daha məqsədə müvafiqdir. Bununla belə Komissiya həmin nəticəyə gələrkən, uşaqların ananın yanından getməsinə, ana ilə uşaq arasında emosional bağlılığın qopmasına səbəb olan halları araşdırmış, həmçinin belə vəziyyətə uşağın ananın yanında qalmasını zəruri edən müstəsna halların nədən ibarət olmasını göstərmiş və bu halların uşağın üstün mənafeyinə uyğun olmasını kifayət qədər əsaslandırmışdır. Məhkəmə, həmçinin psixoloqun məhkəmə iclası zamanı uşaqların dindirilməsi nəticəsində aldığı izahtlardan da belə nəticəyə gəlir ki, azyaşlı uşaqlar bu fikirləri hər hansı basqı altında deyil, anaya qarşı olan həqiqi münasibətləri nəticəsində vermişlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li qərarına əlavə və dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020–ci il tarixli qərarının 7.1–ci bəndinə əlavə edilmiş abzasa əsasən “Məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.” “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər Baxılan iş üzrə uşaq ananın yanında qalımasından təkidlə imtina edir; atanın yanında özünü xoşbəxt hiss etdiyini bildirir. Bu baxımdan, cavabdehin valideynlik hüquqları uşağın mənafeyinə zidd, onun mənəvi inkişafına, fiziki və psixi sağlamlıqlarına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. Məhkəmə, bu qənaətə gələrkən, həmçinin 10 yaşı tamam olmuş uşaqların cavablarını və 7 yaşı olmuş uşağın fikirlərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, hər üç uşaq iddiaçınnı yanında yaşamalıdır. Çünki bu cür hallarda uşağın ananın yanında qalması onun mənafeyinə ziddir. Belə olan halda uşağın mənafeyi valideynlik hüququndan üstündür. Məhkəmə, həmçinin qeyd edir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X12rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Məhkəmə 12 mart 2014-ci il təvəllüdlü Yusif, 24 oktyabr 2007-ci il təvəllüdlü Ramal və 08 noyabr 2009-ci il təvəllüdlü Aişə adlı uşaqların mənafelərini, uşağın yaşını, onun təhsilini, o cümlədən valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, 12 mart 2014-ci il təvəllüdlü Yusif, 24 oktyabr 2007-ci il təvəllüdlü Ramal və 08 oktyabr 2009-ci il təvəllüdlü Aişə adlı azyaşlı uşaqların İddiaçı verilməsi uşağın maraqlarına və qanuni manafelərinə uyğun olduğundan, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh bir nikahından doğulmuş 12 mart 2014-ci il təvəllüdlü X9, 24 oktyabr 2007-ci il təvəllüdlü X10 və 08 oktyabr 2009-ci il təvəllüdlü X11 adlı uşaqlar İddiaçı yanında qalsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar