Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-324/2025 13.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi İddiaçı: X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən uşaqların saxlanılmasına görə hər biri üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, hazırki tələb üzrə iddiaçı ilə aralarında barışıq sazişi vardır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir Məhkəmə, iddiaçının tələbini araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi mövcud olduğundan barışıq sazişinin könüllü icrasından imtina olunursa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Belə ki, Mediasiya haqqında Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Mediasiya haqqında Qanunun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mediasiya haqqında Qanunun 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanununun 34.3-cü maddəsinə əsasən Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mediasiya haqqında Qanunun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə məhkəmə icraatın davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Çünki tərəflər arasında barışıq sazişi vardır. Ona görə də hazırki iş üzrə icraata MPM-nin 261.0.1-ci maddəsinə əsaslanmaqla xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı X1 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-324/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-324/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver