Məhkəmə qərarları › İş №2(051)-326/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-326/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-326/2024 21.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı: İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-290/2017 saylı qətnaməsi ilə yaranmış 6780 manat aliment borcunun silinməsi, borcun yenidən hesablanmaqla artıq hesablanmış aliment borcunun ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 16 sentyabr 2007-ci il təvəllüdlü Xəyal və 17 fevral 2009-cu il təvəllüdlü Aysu adlı uşaqları olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Onlar məhkəmə qaydasında boşanmışlar. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-290/2017 saylı qətnaməsinə əsasən 16 sentyabr 2007-ci il təvəllüdlü Xəyal və 17 fevral 2009-cu il təvəllüdlü Aysu adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə üzrə müəyyən olunmuş aliment onun tərəfindən tam olaraq ödənilmiş və onun hazırda heç bir aliment borcu yoxdur. Belə ki, o, Rusiya Federasiyasında yaşayırdı və işləyirdi. Maddi imkanı daxilində aliment borcunu artıqlaması ilə ödəyirdi. Lakin o, Azərbaycana gələndə aliment borcunun olması məlum oldu. Onun borcunun olmaması barədə sübutları Rusiyada olması və ölkədən getmək hüququnun məhdudlaşdırılması səbəbindən orda olan sübutlarını təqdim edə bilməmişdir. Cavabdehə dəfələrlə öz bank kartından çıxarışın verilməsi təklif olunsa da, cavabdeh bundan imtina etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, 2018-ci ildən 2022-ci ilə qədər 7500 manat pul göndərmişdir. Lakin cavabdeh etiraf etmir. O, uzun müddət Rusiya Federasiyasında çalışıb və orada olduğu müddətdə aliment borcundan müəyyən ödənişlər etmişdir. Həmin pullar onun tərəfindən cavabdehin kapital bank kartına göndərmişdir. O, həmin pulları Rusiya Federasiyasında olarkən “Ziberbank” vasitəsi ilə cavabdehə məxsus olan Kapitalbank kartına göndərmişdir. O, həmin pulları Rusiya Federasiyasında olarkən onlayn ödəniş vasitəsi ilə göndərmişdir. Rusiya Federasiyasında gələndən sonra isə hər ay əlavə olaraq 200 AZN ödəyir. Əlavə olaraq aliment ödənişlərini Ramin adlı şəxsin adından da göndərmişdir. Ramin adlı şəxs onun iş yoldaşı olub. Lakin onun familyasını bilmir. Qeyd olunanlara əsasən iddianın təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Vəkil1 məhkəmə iclası zamanı əsasən iddiaçının izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Arif Rusiya Federasiyasında olduğu zaman cavabdehə kifayət qədər aliment pulu göndərmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, qarşı tərəf iddia edir ki, Rusiya Federasiyasında olarkən müəyyən məbləğdə aliment borcundan ödənişlər etmişdir. Hətta bununla bağlı banka edilmiş sorğulardan da görünür ki, sorğuda qeyd olunan məbləğlərin çox cüzi hissəsi şəxsin öz adından köçürülmüşdür. Hesabdan çıxarışdan görünür ki, Ramin adlı şəxs də pul göndərmişdir. Həmin şəxsin iddiaçının iş yoldaşı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sorğuya cavabda qeyd olunan digər məbləğlər isə Cavabdeh şəxsi pul vəsaitləridir ki, orada qeyd olunan pul vəsaitlərinin çox hissəsi Cavabdeh “Tiktok” sosial şəbəkəsinin aktiv istifadəçisi olduğu üçün “Tiktok” sosial şəbəkəsində ki, fəaliyyəti ilə bağlı onun hesabına köçürülən pul məbləğləridir. Lakin iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edəcək hər hansı faktı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə olaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin də təqdim etdiyi arayışdan görünür ki, iddiaçının hazırda Cavabdeh ödənilməyən qalıq aliment borcu 7334,15 manat təşkil etmişdir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 06 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2-290 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat olmaqla cəmi 200 manat alimentin alınıb Cavabdeh ödənilməlidir. iş üzrə borclu İddiaçı sentyabr ayı daxil olmaqla 2023-cü il tarixədək Cavabdeh 6780 manat aliment borcu vardır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 Arif İltizam oğlunun və Cavabdeh birgə nikahlarından doğulmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli 2(107)-290/2017 saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(051)-2270/2016 saylı qətnaməsi qismən-təyin olunmuş sabit məbləğdə alimentə aid hissədə ləğv edilməsi, Tərəflərin birgə nikahında olan uşaqları 16 sentyabr 2007-ci ildə doğulmuş X3 və 17 fevral 2009-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində aliment ünvan 1 ünvanda yaşayan iddiaçı (Əliyeva) Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər MİS tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli 21 saylı arayışdan görünür ki, Əliyev X2 şəhəri M.P.Vaqif küçəsi, ev 14, mənzil 18 ünvanda yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli Cavabdeh adına olan Kapital Bank ödəniş kartı üzrə çıxarışdan görünür ki, çıxarışın dövrü: xx.xx.2018-xx.xx.2022-ci illəri əhatə etməklə müxtəlif vaxtlarda müxtəlif ödənişlər olmuşdur. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 10052/2017-3-10 № li arayışdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-290/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızına hər 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün alınıb ödənilməsi qət edilmişdir. Borclu İddiaçı aprel ayı 2017-ci il tarixdən-sentyabr ayı 20223-cü il tarix daxil olmaqla ödənilməli olan aliment borcu 15400 manat təşkil edir. Lakin ödənilmiş olan aliment pulu 8065.85 manat təşkil edir. Hazırda sentyabr ayı daxil olmaqla 2023-cü il tarixə qalıq aliment borcu 7334.15 manat təşkil edir. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əssassızdır. Ona görə də rədd olunmalıldır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, tərəflər 2005-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 16 sentyabr 2007-ci il təvəllüdlü Xəyal və 17 fevral 2009-cu il təvəllüdlü Aysu adlı uşaqları olmuşdur. Tərəflər arasında olan münasibətlər pozulmuş və onlar Məhkəmə qətnaməsi əsasında ayrılmışlar. Nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan Xəyal və Aysu adlı uşaqların iddiaçının yanında qalması müəyyən edilmiş və İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli 2(107)-290/2017 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahında olan uşaqları 16 sentyabr 2007-ci ildə doğulmuş X3 və 17 fevral 2009-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində aliment iddiaçı (Əliyeva) Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. İddiaçı isə Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-290/2017 saylı qətnaməsi ilə yaranmış 6780 manat aliment borcunun silinməsi, borcun yenidən hesablanmaqla artıq hesablanmış aliment borcunun ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)- 290/2017 saylı qətnaməsi ilə yaranmış 6780 manat aliment borcunun silinməsi, borcun yenidən hesablanmaqla artıq hesablanmış aliment borcunun ödəməkdən azad edilməsinin sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2-290 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat olmaqla cəmi 200 manat alimentin alınıb Cavabdeh ödənilməlidir. Məhkəmə araşdırması zamanı, həmçinin, sorğular əsasında əldə edilmiş sübutlardan və Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş arayışlardan da görünür ki, hazırda İddiaçı icra sənədi üzrə 2023-cü il tarixi üzrə sentyabr ayı daxil olmaqla qalıq aliment borcu 7334,15 manat təşkil edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, iddiaçı ərizəsində və məhkəmə də verdiyi izahatında 2018-ci ildən 2022-ci ilə qədər 7500 manat pul göndərdiyini, aliment borcundan müəyyən ödənişlər etdiyini, həmin pulların onun tərəfindən cavabdehin kapital bank kartına göndərdiyini iddia tələbini əsaslandıran hallar kimi istinad etmiş, bu hal Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Məhkəməyə təqdim edilmiş arayışla da müəyyən olunur ki, iddiaçı həqiqətən də iddia etdiyi məbləğdən də artıq ödəniş, yəni 8065.85 manat ödəniş etmişdir, lakin ümumi aliment borcu 15400 manat təşkil etdiyindən qalıq aliment borcu 7334.15 manat təşkil edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, aliment borcunun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-290/2017 saylı qətnaməsi ilə yaranmış 6780 manat aliment borcunun silinməsi, borcun yenidən hesablanmaqla artıq hesablanmış aliment borcunun ödəməkdən azad edilməsi barədə əsasların olduğu iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)- 290/2017 saylı qətnaməsi ilə yaranmış 6780 manat aliment borcunun silinməsi, borcun yenidən hesablanmaqla artıq hesablanmış aliment borcunun ödəməkdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar