Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-339/2021 25.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «sabit pul məbləğində aliment və keçmiş dövr üçün üç illik aliment tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment və keçmiş döve üçün 3 illik alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, 2009-cu ildə Cavabdeh faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların faktiki nikahından xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu X2 doğulmuşdur. Cavabdehin şəxsi ərizəsi əsasında uşağın atasının etiraf olunması müəyyən olunmuşdur. Cavabdehlə əvəllər mehriban yaşasalarda sonradan münasibətləri pozulmuş, artıq 5 ildir ki, ayrı yaşayırlar. Ötən 5 il ərzində cavabdeh ailəsi ilə heç vaxt maraqlanmamış, heç bir maddi yardım göstərməmişdir. Uşaq artıq böyüyür onun maddi tələbatıda artır. Uşaq hazırda kursa və əlavə məşğələlərə gedir. Uşağa valideyinlərinin köməkliyi ilə baxır. Ona gör də Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment və keçmiş döve üçün 3 illik alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 2009-cu ildə faktiki ailə münasiblərinə daxil olmaqla ailə qurmuşlar. Onların faktiki ailə münasibətlərindən xx xxxxxx 2009-cu il təvəllüdlü Cahandar adlı bir nəfər uşaqları olmuşdur. Artıq uzun müddətdir ki, ayrı yaşayırlar. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur özü hazırda İİ qrup əlildir ağ ciyər xəstəsidir. xx xxxxxx 2002-ci il tarixdən Mingəçevir şəhər vərəm əleyhinə xəstəxanada qeydiyyatda durur. Hazırda 130 manat müavinət alır. Həmin pullada özü çətinliklə dolanır. Maddi imkanı çox aşağıdır. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx xxxxxx 2010-cu il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş 685 № li xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2002-ci il tarixdən Mingəçevir şəhər Vərəm əleyhinə xəstəxanada qeydiyyatda durur. İşə əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ümumi səbəbdən 2-ci qrup əlildir, aylıq 130 manat müavinət alır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı azyaşlı uşağına baxmaqda çətinlik çəkir. Cavabdehin də hər hansı gəlirə malik olduğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin olunmaqla hər ay 120 (bir yüz iyirmi) manat miqdarında aliment müəyyən edilməsini məqsədəuyğun sayır. İddia tələbinin əvvəlki dövr üçün alimentin 3 illik müddət həddinə verilməsi tələbinə qiymət verərək belə nəticəyə gəlir ki ki, tərəflər arasında ailə münasibətləri pozulmuş onlar faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaq İddiaçı yanında yaşamışdır. Ailə Məcəlləsinin 100.1-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu normanı müəyyənləşdirən qanunvericilik belə bir müddəanı əsas götürmüşdür ki, aliment almaq hüququ olan şəxs bu hüququ öz iradəsi ilə həyata keçirməmişdirsə, bunun mənfi nəticələri onun üzərinə düşür. 100.3-cü maddədə müəyyən edilmiş hallarda keçmiş müddət üçün aliment tutula bilər. Beləki, aliment almaq üçün məhkəməyə müraciət edənədək iddiaçının tədbirlər görməsini lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını məhkəmə müəyyən etdikdə, əvvəlki dövr üçün də aliment tutula bilər. Lakin iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək iddiaçının tədbirlər görməsini və cavabdehin alimenti verməkdən boyun qaçırmasını təsdiq edən əsaslı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh faktiki nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü ƏlizadəCahandar Rüfət oğlunun saxlanması üçün aliment verməkdən yayındığına görə əvvəlki dövr üçün 3 illik müddət ərzində alimentin alınıb ona verilməsini tələb etməsi qanunun bu tələbinə görə əsassızdır. Ona gör də əvvəlki dövr üçün 3 illik müddət ərzində alimentin tutularaq iddiaçıya verilməsi hissəsində tələb rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilmədiyinə baxmayaraq, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddəsinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda yaşayan Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat aliment hər ay tutulub, ünvan 2 ünvanda yaşayan İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulmasına xx xxxxxx 2020-ci ildən başlansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-339/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-339/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver