Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-363/2023 23.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ərizə verildiyi gündən azyaşlı xx.xx.2018-ci il təvəllüdlü Yusif və xx.xx.2020-ci il təvəllüdlü Əsnad adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla cəmi 386 manat alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh ərizə verildiyi gündən azyaşlı xx.xx.2018-ci il təvəllüdlü Yusif və xx.xx.2020-ci il təvəllüdlü Əsnad adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqran göndərərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə 2017-ci ilin iyulun 17-də rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Onların faktiki nikahından xx.xx.2018-ci il təvəllüdlü Yusif və xx.xx.2020-ci il təvəllüdlü Əsnad adlı iki nəfər uşaqları olmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulmuşdur. Cavabdeh artıq uzun müddətdir ki, onları tərk edib Türkiyəyə getmişdir. Artıq 8 aydır ki, cavabdeh onlarla yaşamır. O, hazırda uşağı ilə birlikdə. O, uşağına anasının köməkliyi ilə baxır. Anasıaldığı pensiya ilə onların maddi ehtiyaclarını qismən ödəyir. Artıq xeyli vaxtdır ki, Cavabdeh ilə onlar faktiki olaraq ər arvad kimi yaşamırlar. Birgə təsərüfat aparmırlar. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşağının qeydinəqalmır. O, bir ata kimi uşağının səhhəti yaşayış gündəlik tələbatları ilə maraqlanmır. Onların heç bir ehtiyaclarını ödəmir. Ona görə də, Cavabdeh ərizə verildiyi gündən azyaşlı xx.xx.2018-ci il təvəllüdlü Yusif və xx.xx.2020-ci il təvəllüdlü Əsnad adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, xx.xx.2018-ci il tarixli 378 №-li aktla Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 atası hesab edilmişdir. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, xx.xx.2020-ci il tarixli 20 №-li aktla Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü Əsnad Məmmədovanın atası hesab edilmişdir. İşə əlavə olunan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlıuşaqların valdeyinləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş Dövlət Sosial Müdafiə X4 Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ailə başçısını itirdiyinə görə müddətsiz əmək pensiyası alır və aylıq pensiyanın məbləği 268,62 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşağın yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Ona görə də Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat, cəmi 220 manat miqdarında aliment və ödənilmiş 50 manat mediasiya xərci alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 110 manat, cəmi 220 manat məbləğində aliment tutulub İddiaçı verilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasına xx.xx.2022-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-363/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-363/2023
23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver