Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-368/2025 08.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2023-cü ilin sentyabr və oktyabr ayı, 2024-cü ilin yanvar, iyul, avqust ayları üçün hər aya 250 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi, xx.xx.2022-ci il tarixdən hazırki müddətə qədər ona hesablanmamış 1200 manat pulun alınıb ona verilməsi və ödənilmiş mediasiya xərcinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehla xx.xx.2021-ci ildə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşaqları doğulmuşdur. Aralarındakı münasibət pozulmuş və xx.xx.2022-ci ildə ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2048/2022 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan olan övladları xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının ¼ hissəsinin tutulub ona verilməsi qət edilmişdir. Buna baxmayaraq cavabdeh hər ay aylıq qazancını gizləmiş, bəhanələri isə bundan ibarət olmuşdur ki, qətnamədə aylıq qazanc deyil, əmək haqqı qeyd olunmuşdur. Bununla bağlı dəfələrlə sorğu verilsə də işəgötürən Cavabdeh gəlirləri barədə məlumat verməmişdir. Bundan istifadə edən Cavabdeh 2023-cü ilin sentyabr, oktyabr aylarında 2024-cü ilin yanvar, iyul, avqust aylarında dediyinə görə öz hesabına məzuniyyət götürmüş, nəticədə həmin müddətdə aliment ona 31 manat və 56 manat şəklində ödənilmişdir. Bu səbəbdən 2023-cü ilin sentyabr və oktyabr ayı, 2024-cü ilin yanvar, iyul, avqust ayları üçün hər ay üçün 250 manat alimentin tutularaq ona ödənilməsini istəyir. Cavabdehdən ona ödənilməli olan aylıq hər cürə qazancının ¼ hissəsi düzgün hesablanmadığından xx.xx.2022-ci il tarixdən hazırki müddətə qədər ona hesablanılmamış 1200 manat pulun cavabdehdən alınıb ona ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının dediklərinin yalan olduğunu, özünün dövlət orqanında işlədiyini, əmək haqqından tutulan aliment məbləğinin müvafiq hesablama aparılaraq düzgün olduğunu bildirdi. Müxtəlif vaxtlarda mütəmədi olaraq ondan tutulan aliment məbləğindən əlavə iddiaçı Qubaxanıma əlbəəl uşağın xərcləri üçün pul vermiş, lakin iddiaçı sonradan onun əlavə pul vermədiyini bildirdikdən sonra, ancaq Qubaxanıma məxsus kart hesabına pul göndərdiyini və çeklərini saxladığını bildirdi. Dəfələrlə işlədiyi orqan tərəfindən onun aliment borcunun olmaması barədə arayışlar verilmiş, eləcə də Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən 2024-cü il üçün onun aliment borcunun olmaması barədə arayış verilmişdir. O öz öhdəliyini lazımi qaydada yerinə yetirsə də, iddiaçı uşağla görüşünü təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materialları : Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-2048/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin və mediasiya üçün çəkilmiş 60 manat xərcin cavabdehdən tutulub İddiaçı verilməsi qət edilmişdir. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞM/MT031/2024-00554 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatdan görünür ki, 2023-cü il sentyabr ayı üçün Cavabdeh ödənilməli əmək haqqı 125.52 manat, əmək haqqından İddiaçı ödənilməli ¼ hissə isə 31.38 manat təşkil edir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məlumatdan görünür ki, 2023-cü il oktyabr və noyabr ayları üçün Cavabdeh ödənilməli əmək haqqı ardıcıllıqla 746.86 manat və 906.61 manat, əmək haqqından İddiaçı ödənilməli ¼ hissə isə 186.71 manat və 226.65 manat təşkil edir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatdan görünür ki, 2022-ci ilin dekabr ayından başlayaraq 2024-cü ilin oktyabr ayınadək oktyabr ayı da daxil olmaqla, Cavabdeh həmin dövrlərdə ona ödənilməli olan əmək haqqısı və icra ödənişi üçün tutulmalı olan ¼ hissəsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2048/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh əmək haqqından aliment tam şəkildə tutularaq İddiaçı hesabına ödənilmiş və həmin tarixə aliment borcu yoxdur. Cavabdeh tərəfindən verilmiş vəsatətdən görünür ki, iddia ərizəsinə əlavə olunan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə verilən MŞM/MT031/2024-00554 nömrəli xx.xx.2024-cü il tarixli arayış aliment məbləğinin artırılması barədə 2(051)- 179/2025 nömrəli iş ilə bağlı olmuşdur. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, həmin İdarənin ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Cavabdeh əmək haqqısının ştat cədvəlinə uyğun olaraq məbləği 1119.25 manat, ödənilən məbləğ isə 906.61 manatdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-792/2024 saylı qərarında görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı məxsus 4169-7388-9074-3747 nömrəli kart hesabına müxtəlif vaxtlarda aliment ödənişlərindən əlavə ayrı-ayrı məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. İşin faktiki halı : Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-2048/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay əmək haqqının ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məlumat və arayışa əsasən Cavabdeh İddiaçı xeyrinə əmək haqqısından ¼ hissədə tutulan aliment vaxtında tutulmuş və ödənmişdir. Cavabdehin heç bir aliment borcu yoxdur. Alimentin ¼ hissədə tutularaq iddiaçıya verilməsi qaydasında hesablamalar cədvəllərə əsasən düzgün aparılmışdır. Göstərilən arayışda aliment kimi tutulan əmək-hqqının ¼ hissəsi əsasən 226 manat təşkil edir. Digər aylarda bu məbləğ çox və ya az olmuşdur. Cavabdeh müxtəlif vaxtlarda iddiaçının hesabına 306 manat pul ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Cavabdeh iddiaçıya əmək haqqının müəyyən hissəsində aliment ödəyir. Cavabdeh işləmədiyi dövrdə yaranmış aliment borcunu iddiaçının hesabına ödəmişdir. Beləliklə Cavabdehin iddiaçıya aliment borcu qalmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan olan övladları xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın saxlanılması üçün əmək haqqısından ¼ hissədə İddiaçı xeyrinə tutulmalı olan aliment lazımi qaydada və müddətdə tutularaq iddiaçıya ödənilmişdir. Alimentin hesablanması düzgün aparılmışdır. Buna görə də İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentdən yayınılmış müddət üçün aliment ödənilməsi, alimentin tam ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-368/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-368/2025
08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver