Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-394/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı və onun vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh (Üçüncü şəxs: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi) qarşı aliment və yaranmış aliment borcunun ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh (Üçüncü şəxs: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi) qarşı aliment və yaranmış aliment borcunun ləğv edilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 qətnaməsinə əsasən hər ay İddiaçı alınaraq X6 verilməsi qət edilmiş 20 manat məbləğində alimentin və yaranmış 3020 manat məbləğində aliment borcunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X8 ilə nikahlarını rəsmiləşdirməklə 1997-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1998-ci il təvəllüdlü Hüseyn və xx.xx.2002-ci il təvəllüdlü Rəvan adlı iki övladları vardır. Mingəçevir Şəhər Məhkəməsinin 2009-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra X7 Şəhər Məhkəməsinə müraciət edərək birgə yaşadıqları dövrdə 2-ci qrup əlil kimi ona pensiya təyin edildiyini bildirmişdir. Aldığı pensiya ilə dolana bilmədiyini, 2-ci qrup əlil olduğundan işləmədiyini və vəziyyətinin ağır olduğunu nəzərə alaraq onun saxlanması üçün keçmiş ərindən aliment alınıb ona verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2010-cu il tarixli 2(051)- 254/2010 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. İddiaçı hər ay 20 manat alimentin alınıb X6 verilməsi qət edilmişdir. Alimentin tutulmasına 01 fevral 2010-cu ildən başlanmışdır. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən qeyd edilən qətnamə üzrə borclu İddiaçı bu günədək 3020 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 3 saylı Mərkəzi Aran filialının vəkil sorğusuna verdiyi cavaba əsasən DSMF-nun 3 saylı Mərkəzi Aran filialdan X8 adlı şəxs heç bir növ əmək pensiyası, sosial müavinət və ya təqaüd almamışdır. Göründüyü kimi cavabdeh hazırda heç bir əlilik qrupu olmadığından pensiya almır və tam əmək qabiliyyətli bir şəxsdir. Filialın məktubuna əsasən heç bir pensiya və müavinat almamışdır. O hazırda heç bir yerdə işləmir və çox ağır vəziyyətdə yaşayır. Cavabdehin isə təyin edilmiş 20 manat məbləğində alimentə ehtiyacı yoxdur. Qeyd edilənləri nəzərə alaraq ünvan 1 qətnaməsinə əsasən təyin edilmiş 20 manat məbləğində alimentin və yaranmış aliment borcunun ləğv edilməsini xahiş etmişdir. İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1 qətnaməsinə əsasən hər ay İddiaçı alınaraq X6 verilməsi qət edilmiş 20 manat məbləğində aliment öhdəliyinə xitam verilməsi və 2013-cü ildən başlayaraq yaranmış aliment borcunun hesablayaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili (nümayəndəsi) Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin heç bir əlilliyi yoxdur. Əmək qabiliyyətlidir. Tələb etdiyi aliment əsassızdır və onun həmin alimentə ehtiyacı yoxdur. Cavabdeh məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, 2005-ci ildən əlliyi ilə əlaqədar pensiyaya çıxmışdır. 7 il ardıcıl pensiya almışdır. Sonuncu dəfə 2012-ci ilin dekabr ayında pensiya almışdır. Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2010-cu il tarixli, 2(051)-254/2010 saylı qətnaməsi ilə ona hər ay verilməsi qət edilmiş 20 manat aliment ona ödənilmir. Üçüncü şəxs Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, hazırki tarixədək iddiaçının ümumilikdə 3200 manat məbləğində borcunun olduğunu və həmin borc məbləğindən 680 manat, iddiaçının cavabdehə 2010-cu il fevral ayından 2012-ci ilin dekabr ayınadək ödəməli məbləğ olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən iddiaçının onun vəkilinin (nümayəndəsinin) və cavabdehin izahatlarını, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2022-ci il tarixdə ilə qeydə alınmış nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2009-cu il tarixdə, 156 saylı akt qeydi ilə pozulmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqənda arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Dövlət Məşğulluq Xidmətində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır. İşin materiallarında olan X4 iştirak edilməməsi barədə Arayışdan görünür ki, X8 mediasiya prosesinə gəlməmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 3 saylı Mərkəzi Aran filialının 15 noyabr 2022-ci il tarixli, № **********2 saylı məktubundan görünür ki, X8 adlı şəxs filialdan heç bir növ əmək pensiyası, sosial müavinət və ya təqaüd almamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 3 saylı X11 Filialının xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-130363/2023 saylı məktubundan görünür ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 3 saylı X11 filialından heç bir növ pensiya, müavinət və ya təqaüd almır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-43711/2023 saylı məktubundan görünür ki, Nazirliyin “Sosial ödənişlər” və “Pensiya” altsistemlərinin məlumat bazalarına əsasən vətəndaş 9 aprel 1978-ci il təvəllüdlü X6 əlilliyə görə sosial müavinət və ya əmək pensiyası təyin edilməmişdir. İşin materiallarında olan ünvan 1 qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməsi, İddiaçı hər ayda 20 (iyirmi) manat aliment alınıb X6 verilməsi, alimentin tutulmasına 01 fevral 2010-cu ildən başlanması, cavabdehdən 20 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2022ci il tarixli, № 5476/2010-3-14 saylı arayışından görünür ki, Borclu İddiaçı tərəfindən aliment ödənilməmiş və xx.xx.2022-ci il tarixə 3020 manat aliment borcu yaranmışdır. İşin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2023cü il tarixli, № 5476/2010-3-16 saylı arayışından görünür ki, Borclu İddiaçı tərəfindən aliment ödənilməmiş və xx.xx.2023-cü il tarixə 3200 manat aliment borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 2010-cu ildə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, keçmiş ərindən əlilliyinə görə aliment ödəməyi tələb etmişdir. ünvan 1 qətnaməsi ilə İddiaçı hər ayda 20 (iyirmi) manat aliment alınıb X6 verilməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh əlillik dərəcəsi olmadığına və sosial müavinət almadığına görə həmin qətnamə əsasında təyin edilmiş aliment öhdəliyinə xitam verilməsini və yığılmış aliment borcunun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, ünvan 1 qətnaməsi ilə İddiaçı hər ayda 20 (iyirmi) manat aliment alınıb X6 verilməsi, alimentin tutulmasına 01 fevral 2010-cu ildən başlanması, cavabdehdən 20 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda məhkəmə qeyd edirik, ünvan 1 qətnaməsində işin materiallarında göstərilmiş Mingəçevir Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2010-cu il tarixli, 73912 saylı arayışında X5 2-ci qrup əlil olduğu qeyd edilmişdir. X1 məhkəmə iclas zalında sonuncu dəfə 2012-ci ilin dekabr ayında pensiya aldığını bildirmişdir. Belə ki, cavabdehin pensiya alması faktı məhkəmə qətnaməsi və cavabdehin izahatı ilə təsdiqlənsə də, sonradan cavabdehin sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq ona təyin edilmiş əlillik dərəcəsi ləğv edilmiş və 2012-ci ilin dekabr ayından sonra pensiya almamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 85.1.3-cü maddəsinə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin artıq 2013-cü il tarixinin yanvar ayından etibarən artıq əlillik dərəcəsinin ləğv edildiyini və sosial müavinət və ya pensiya almadığını bildiyi halda icra şöbəsinə müraciət edib alimentlə bağlı 2013-cü il yanvar ayından etibarən alimentin hesablanmamasını tələb etməməsi və bunun nəticəsində də icra vərəqəsi üzrə 2013-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayınadək 2520 manat məbləğində aliment borcunun yaranması halı Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqoriyasına daxil edilməlidir. Həmin Məcəllənin 113.2.3-cü maddəsinə əsasən aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Yekunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin əlillik dərəcəsi olmadığından və heç bir sosial müavinət almadığından iddia təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2010-cu il tarixli, 2(051)-254/2010 saylı qətnaməsinə əsasən müəyyən edilmiş İddiaçı hər ay 20 manat məbləğində alimentin X6 verilməsinə dair aliment öhdəliyinə xitam verilməli və 2013-cü il tarixindən başlayaraq 2023-cü il tarixədək yaranmış aliment borcu yəni 2520 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2010-cu il tarixli, 2(051)-254/2010 saylı qətnaməsinə əsasən müəyyən edilmiş İddiaçı hər ay 20 manat məbləğində alimentin X6 verilməsinə dair aliment öhdəliyinə xitam verilsin və 2013-cü il tarixinin yanvar ayından başlayaraq 2023-cü il tarixinin iyun ayınadək yaranmış 2520 manat məbləğində aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-394/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-394/2023
04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver