Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-403/2022 02.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı qı zı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat, məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat məbləğində aliment tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs Cavabdeh ilə 03.10.2014-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahdan 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşaqları dünyaya gəlmişdir. Faktiki olaraq ayrı yaşayırlar.Həyat yoldaşı Cavabdeh ailəsinə baxmır, ona heç bir maddi və mənəvi dəstək göstərmir. O bildirir ki, övladının maddi cəhətdən saxlanılmasında çətinlik çəkir , övladını maddi cəhətdən təmin edə bilmirki , bu da uşağın normal inkişafına və onun problemlərinin həllinə maneəçilik törədir. Övladının maddi təminatını ödəmək onun üçün olduqca çətindir. Ona görə də Mingəçevir şəhər məhkəməsinə müraciət edərək Cavabdeh 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat, məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərmişdir ki, həqiqətən, o İddiaçı ilə 03.10.2014-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahdan 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşaqları dünyaya gəlmişdir. Faktiki olaraq ayrı yaşayırlar. O, 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat aliment ödəməyə maddi imkanı çatır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşaqları olmuşdur. Onun atası kimi Cavabdeh, anası kimi İddiaçı göstərilmişdir. İşə əlavə olunmuş İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə təqdim olunmuş ərizəsində göstərilir ki, 180 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş Cavabdeh məhkəməyə təqdim olunmuş ərizəsində göstərilir ki, 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat alimentin ondan alınıb İddiaçı verilməsinə etiraz etmir. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşaqların saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır.Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu, həmçinin tərəflərin razılığını nəzərə almaqla uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay 180 manat aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilmədiyinə baxmayaraq, iddiaçı 07 yanvar 2022-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 10.11.2015-ci il təvəllüdlü Cahid adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180(bir yüz səksən manat) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulmasına 07 yanvar 2022-ci ildən başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-403/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-403/2022
02.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver