Məhkəmə qərarları › İş №2(051)-412/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-412/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-412/2021 18.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh oğlu ilə xx xxxxxx 2015-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2016-cıil təvəllüdlü Tapdıq adlı bir nəfər uşaqları doğulmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Ailə münasibətləri pozulduğu üçün məhkəməyə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmışdır. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulması, cavabdehdən xx xxxxxx 2016-cıil təvəllüdlü Tapdıq adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olunmuş 120 manat miqdarında alimenti ödəyir. Həmin məbləğlə uşağın ehtiyaclarını ödəyə bilmir. Hal-hazırda Cavabdeh N saylı hərbi hissədə işləyir, bildiyinə görə 1000 manat əmək haqqı alır, qazancı dəyişkən deyil. Ona görə də iddianın təmin olunmasını, xx xxxxxx 2016-cıil təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin aylıq qazancanın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılıb qanuna müvafiq qərar qəbul edilməsini bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx xxxxxx 2020-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)- 1178/2019 №-li qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan xx xxxxxx 2015-ci il tarixli nikahın pozulması, Cavabdeh xx xxxxxx 2016-cıil təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər ayrıldıqdan sonra uşaq iddiaçının yanında qalır. Tərəflər uşağın saxlanması ilə bağlı razılığa gələ bilməmişlər. Ona görə də iddiaçı aliment tələbində haqlıdır və cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə valideynin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulub dövlət budcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörtdə bir) hissəsi miqdarında aliment tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar