Məhkəmə qərarları › İş №2(051)-43/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-43/2021

30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-43/2021 30.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı, Cavabdeh, qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqlarla ünsiyyət hüququnun həyata keçirilməsi vaxtının azaldılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaqlarla ünsiyyət hüququ hüququnun həyata keçirilməsi vaxtının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək 17 fevral 2015-ci il təvəllüdlü X6 və 28.07.2016-cı il təvəllüdlü X8 ilə görüş vaxtıın bazar günü saat 14:00-dan 16:00-dək azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 26.08.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər həftənin şənbə günü saat 10:00-dan 13:00-dək, bazar günü saat 14:00-dan 20:00-dək uşaqları 17 fevral 2015-ci il təvəllüdlü X6 və 28.07.2016-cı il təvəllüdlü X8 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 13.05.2019-cu il tarxli qətnaməsi ilə qayınatası X7 və qayınanası Nağıyeva Xatirə Ataş qızının hər həftənin şənbə günü 10:00-dan 12:00-dək nəvələri 17 fevral 2015-ci il təvəllüdlü X6 və 28.07.2016-cı il təvəllüdlü X8 ünsiyyət hüququnun həyata keçirilməsi üçün onun tərəfindən maneələr aradan qaldırılması qət edilmişdir. Hər dəfə qətnamələrin icrasını təmin etmək məqsədi ilə uşaqları atası, babası və nənəsinə təhvil verir, bütün bunlar icra məmurunun iştirakı ilə baş verir. Qətnamələrdə uşaqların harada və hansı şəraitdə görüşməsi qeyd edilməsə də icra məmuru uşaqların babası və atası tərəfindən uşaqları özləri ilə aparmasına şərait yaradır. 26.10.2019-cu il tarixdə uşalarla yenə görüş verərkən oğlunun saçının biədəb şəkildə kəsilməsini və oğluna cavabdeh tərəfindən şillə vurduğunu bilmiş, bununla bağlı polis şöbəsinə müraciət etmiş, polis şöbəsində cavabdeh bildirmişdir ki, o, uşağı vurmayıb, uşaqlar bibisinin yanında qalmışlar. Uşaqlara ata ilə görüş verilib, bibisi ilə görüş məhkəmə tərəfindən müəyyən olunmayıb. Belə çıxır ki ataya uşaq lazım deyil o, görüş vaxtı evdə olmur, uşaqları hər an özbaşına nəzarətsiz qoyub gedə bilər. Qayınanası səhərdən axşama kimi hər gün kafedə işləyir, qayınatası isə səhərdən axşama kimi taksi fəaliyyəti göstərir. Özü işləyir, həftənin şənbə və bazar günləri onun istirahət günləridir. Həmin günü uşaqları ilə istirahət etmək, birlikdə keçirmək istəyir. Lakin hər iki istirahət günü görüş vaxtı olduğu üçün uşaqlarla vaxt keçirə bilmir. Bundan əlavə oğlu Hüseyn 2021-2022-ci il tədris ilində birinci sinifə, Kənan isə məktəbə hazırlıq qrupuna gedəcəkdi. Uşaqların hər ikisi Mingəçevir şəhər Liseyinə gedəcəklər. Bazar günü görüşdə olduqları üçün gün rejiminə əməl edə bilmir, yuyunma və dərsə hazırlanmalrı üçün vaxt çatmır, axşam saat 9:00-da yatırlar. Uşaqları ilə asudə vaxt keçirə bilmir. İddianın təmin olunmasını, Cavabdeh ilə az yaşlı uşaqları 17 fevral 2015-ci il təvəllüdlü X6 və 28.07.2016-cı il təvəllüdlü X8 ilə bazar günü olan görüş vaxtının saat 14:00-dan 16:00-dək azaldılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, nikahları pozulduqdan sonra birgə nikahdan doğulmuş Hüseyn və Kənan adlı uşaqlar iddiaçının yanında qalmışlar. İddiaçı onun uşaqlarla ünsiyyət yaratmasına mane olduğuna görə o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək uşaqları ilə ünsiyyət vaxtının müəyyən olunmasaı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə onun hər həftənin şənbə günü saat 10:00-dan 13:00-dək, bazar günü saat 14:00-dan 20:00-dək uşaqları ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilmişdir. O, hər gün işdə olur. Bəzən şənbə və bazar günləri də işə getməyə məcbur olur. Ona görə də müəyyən edilmiş vaxtdan bəzən tam istifadə edə bilmir. Bazar günü olan görüş saatlarının azaldılması da onun hüququnu məhdudlaşdıracaqdır. O, atadır və uşaqların tərbiyəsinə mənfi təsir göstərəcək hər hansı bir hərəkət etmir. O da istəyir ki, uşaqları tərbiyəli böyüsünlər, normal inkişaf etsinlər. İddiaçının iştirakı ilə ancaq onun iştirakı olmadan psixoloji ekspertiza keçirilmiş, uşaq da iddiaçının təsiri ilə həqiqətə uyğun olmayan sözlər demiş, bu əsasdan da rəy verilmişdir. İddianın təmin olunmamasını xahiş edir. Bundan əlavə iddiaçı hər hansı bazar günü uşaqlarla istirahətə, gəzməyə getmək istəsə bu barədə ona məlumat verər, o da həmin günü uşaqlarla görüşə gəlib onların əylənməsinə, istirahətinə mane olmaz. İddianın təmin olunmamasını xahiş edir. Mingəçevir şəhər İcra Hakimiyyətinin yanında qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X9 məhkəmə iclasında bildirdi ki, iddiaçının tələbi üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, tərəflər 2014-cü ildə ailə qurmuşlar, tərəflər arasında olan nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqları17 fevral 2015-ci il təvəllüdlü X6 və 28.07.2016-cı il təvəllüdlü X8 anasının yanında qalmışlar. Gəncə şəhər Psixonevroloji dispanseri 12 noyabr 2020-ci il tarixli 296 nömrəli rəyində göstərilir ki, X3 atası Cavabdeh hərəkətləri və davranışları uşağa psixoloji təsir göstırə bilər. Uşaqların atası görüş vaxtı uşaqları özü ilə aparır və uşaqlar nənəsi, babası, bibisi ilə də görüşürlər. Komissiya İddiaçı iddia ərizəsini digər materiallaı öyrənib, müzakirə edərək uşaqlarla ataları Cavabdeh ilə görüş vaxtının azaldılmasına etiraz etmir. Məhkəmə iddiaçını, cavabdehi, qəyyumluq və himayəçilik orqanın nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, uşaqları17 fevral 2015-ci il təvəllüdlü X6 və 28.07.2016-cı il təvəllüdlü X4 atası Cavabdeh oğlu, anası X5r. İşə əlavə olunmuş qəyyumluq və himayəçilik orqanın 11 mart 2021-ci il tarixli 33 saylı rəyində göstərilir ki, İddiaçı iddia ərizəsini digər materiallaı öyrənib, müzakirə edərək uşaqlarla ataları Cavabdeh ilə görüş vaxtının azaldılmasına etiraz etmir. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1394/2019 №-li 26 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh hər həftənin şənbə günü saat 10:00-dan 13:00-dək, bazar günü saat 14:00-dan 20:00-dək uşaqları-17 fevral 2015-ci il təvəllüdlü X6 və 28 iyul 2016-cıil təvəllüdlü X8 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə şəhər Psixonevroloji Dispanserin 296 №-li 12.11.2020-ci il tarixli rəydən görünür ki, 17.02.2015-ci il təvəllüdlü X3 atası Cavabdeh hərəkətləri və davranışı psixoloji cəhətdən təsir edə bilərdi. İşə əlavə olunmuş Gəncə şəhər Psixonevroloji Dispanserin 297 №-li 12.11.2020-ci il tarixli rəydən görünür ki, X8 ilə nitk kontaktı yaratma mümkün olmadığından onun psixoloji vəziyyətini aydınlaşdırmaq və qoyulmuş suala cavab vermək mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsində göstərilir ki, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən uşaqla yaşayan valideyn uşağın fizikipsixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Ailə Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrıldıqdan sonra birgə nikahdan doöulmuş Hüseyn və Kənan adlı uşaqlar iddiaçının yanında qalmışlar. Mingəçevir şəhər məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh olunun hər həftənin şənbə günü saat 10:00-dan 13:00-dək, bazar günü saat 14:00-dan 20:00-dək Kənan və Hüseyn adlı uşaqları ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilmişdir. İddiaçı bazar günü görüş saatının azaldılaraq saat 14:00-dan 16:00-dək müəyyən olunmasını xahiş etmiş, iddiasını cavabdehin öz hərəkətləri ilə uşaqlara mənfi təsir göstərməsi və eləcə də həmin istirahət günü özü də uşaqlarla istirahət etmək istəməsi ilə əsaslandırmışdır. Cavabdehin öz hərəkətləri ilə uşaqların tərbiyəsinə mənfi təsir göstərməsi məhkəmə iclasında sübut olunmadı. Ancaq istirahət günü olan bazar günü iddiaçının da uşaqları ilə ünsiyyətdə olmaq hüququnu, eləcə də uşaqları növbəti dərs günlərinə hazırlamaq üçün bazar günü görüş saatlarının vaxtının dəyişdirilməsi məqsədə müvafiqdir. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə bazar günlərində cavabdehin uşaqları ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün müəyyən edilmiş görüş saatlarının vaxtı dəyişdirilərək saat 10:00-dan 16:00-dək müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh uşaqları-17 fevral 2015-ci il təvəllüdlü X6 və 28 iyul 2016-cı il təvəllüdlü X8 ilə Mingəçevir şəhər məhkəməsinin 2(051)-1394/2019 №-li 26 avqust 2019-cu il tarixli qətnaməsilə bazar günləri üçün müəyyən edilmiş ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı görüş saatlarının vaxtı dəyişdirilərək saat 10:00-dan 16:00-dək müəyyən edilsin. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar