Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-463/2025 12.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqının 1/2 hissəsinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci ildə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü, X5, xx.xx.2013cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan övladları onun himayəsinə verilmişdir. Aralarındakı nikah pozularkən uşaqlara maddi cəhətdən cavabdehin baxacağı barədə razılığa gəlmişlər. Bu səbəbdən həmin vaxt aliment kəsdirməmişdir. Hazırda cavabdeh uşaqlara baxmaqda ona heç bir köməklik göstərmir. Uşaqlara baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini, heç bir yerdə işləmədiyini, buna görə də alimentə ehtiyacı olduğunu bildirmişdir. Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Mingəçevir DYMX-də işlədiyini və 980 manat məbləğində əmək haqqı aldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmiş, yazılı izahat verərək uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının 1/2 hissəsinin tutulmasına etiraz etməmişdir. İşə onun iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini xahiş etmişdir. İş materialları : Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2131/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Ağdaş rayon İHB-nin Yuxarı Nemətabad kənd icra nümayəndəliyində bağlanmış və 11 nömrə ilə qeydiyyata alınmış rəsmi nikah qeydi pozulması qət edilmişdir. AZ-İ 472711 №li xx.xx.2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, xx.xx.2023-cü il tarixdə 157 № ilə nikahın pozulması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. “Mediasiya Şurası” Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞ/MT018/2025-00057 nömrəli “Mediasiya prosesinə xitam verilməsi” haqqında protokol hazırlanmışdır. xx.xx.2024-cü il tarixli 1299 №li arayışdan görünür ki, Hüseynova X4 şəhəri, H.Əliyev prospekti, ev 35, mənzil 37 ünvanında (qeydiyyat ünvanı: 18-ci Bağ küçəsi, ev 18) qeydiyyatsız yaşayır. AZ-İİİ 126851 №li xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİ 941911 №li xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV 806554 №li xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV 475004 №li xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci ildə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü, X5, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflərin arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı cavabdehin əvvəllər maddi köməklik göstərdiyini, hazırda heç bir köməklik etmədiyini, uşaqlarının təlabatlarını ödəməkdə çətinlik çəkdiyini qeyd etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü, X5, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2019cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqının 1/2 hissəsinin tutulub ona ödənilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat, Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2025-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqının 1/2 hissəsində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun əmək haqqının 1/2 hissəsində aliment tutularaq İddiaçı ödənilsin. Aliment xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-463/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-463/2025
12.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver