Məhkəmə qərarları › İş №2(051)-503/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-503/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-503/2021 26.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddaçı: İddiaçı nümayəndəsi (vəkil) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, məhkəmədən xx.xx.2020-ci il tarixdə doğulmuş Turqut adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aylıq qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması haqada qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs cavabdeh Pirverdiyev Elman ilə 2019-cu il tarixdə qeyri-rəsmi nikaha girməklə faktiki olaraq ailə qurmuşlar. Faktiki münasibətlərindən xx.xx.2020-ci il tarixdə Turqut adlı uşaqları doğulmuşdur. Sonradan cavabdeh rəsmi qaydada uşağın atalığını qəbul etmişdir. Ailə münasibətlərinin pozulması zəminində tərəflər ayrılmışlar və ayrılarkən uşaq iddiaçının yanında qalmışdır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir, iddiaçı isə azyaşlı uşağının saxlanmasında çətinlik çəkir. Belə ki, təmsil etdiyi şəxs heç bir yerdə işləmir, əlavə gəliri və ya gəlir gətirən hər hansı əmlakı yoxdur. Cavabdeh isə Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayonu üzrə X1 işləyir və yüksək məbləğdə aylıq əmək haqqı alır. Onun aliment ödəmək üçün kifayət qədər maddi imkanı vardır. Odur ki, iddianın təmin olunaraq xx.xx.2020-ci il tarixdə Turqut adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aylıq qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin bununla belə məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli teleqramla göstərdi ki, iddianı tam qəbul edir və işə onun iştirakı olmadan baxılıb yekun vurulmasını xahiş edir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan doğum haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə qeyri-rəsmi nikahından xx.xx.2020-ci il tarixdə Turqut adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsində qeyd olumuş xx xxxxxxxx 2020-ci ol tarixli, 84 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı doğulmuş X3 atası Cavabdehdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə 2019-cu il tarixdə qeyri-rəsmi nikaha girməklə faktiki olaraq evlənmişlər. Onların faktiki birgə münasibətlərindən xx.xx.2020-ci il tarixdə Turqut adlı uşaqları doğulmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə uşağın atalığını qəbul etmişdir. Tərəflər faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra uşaq iddiaçının yanında qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 76.1-ci və 76.1.1.1 maddələrinin tələblərinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün məhkəmə tərəfindən 1 uşağa görə onların valideynlərinin qazancının və ya başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulur. “X5” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay aylıq qazancının 1/4 hissəsi məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə tərəflərin ailə və əmlak vəziyyətinə münasibətdə azyaşlı uşaqların üstün mənafelərini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2020-ci il təvəllüdlü Turqut adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulub İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə doğulmuş Turqut adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar