Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-52/2025 11.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2008-ci il təvəllüdlü Fatimə adlı qızının saxlanması üçün ərizə verilən tarixdən başlanmaqla Cavabdeh sabit pul məbləğində 250 manat alimentin alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, xx.xx.2008-ci il təvəllüdlü qızı Fatimə üçün onun xeyrinə 250 manat aliment təyin edilməsini və xx.xx.2010-cu il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Yusuf adlı uşaqlar üçün təyin edilmiş alimentin məbləğinin azaldılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuşdur. Birgə nikah münasibətlərindən onların 24 iyul 2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2010-cu il təvəllüdlü Aysu, 04 iyul 2014-cü il təvəllüdlü Yusuf adlı uşaqları olmuşdur. Cavabdeh ilə aralarındakı nikah Mingəçevir şəhər məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və onlar ayrılmışlar. Həmin müddətdə uşaqları cavabdehin yanında qalmışdır. Cavabdeh uşaqlara şiddət göstərdiyindən 24 iyul 2008-ci il təvəllüdlü qızı Fatimə onun yanından çıxıb onun yanına gəlmişdir. Bu səbəbdən Cavabdeh qarşı uşaq tələbinə dair iddia qaldırmışdır. Cavabdeh ona qarşı aliment tələbinə dair iddia qaldırmış və Mingəçevir şəhər məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2(051)-1996/2023 saylı qətnaməsi ilə ondan xx.xx.2010-cu il təvəllüdlü Aysu, 04 iyul 2014-cü il təvəllüdlü Yusuf adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 175 manat aliment təyin olunmuşdur. Məhkəmə 24 iyul 2008-ci il təvəllüdlü qızı Fatimə üçün ondan aliment qət etməyərək həmin övladının mənim yanımda olmasını nəzərə almışdır. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iş üzrə iddia tələbini qəbul etmirlər. Belə ki, iş üzrə tərəf aliment tələb etsə də uşaq atasına qulluq edir və atasının qayğısına qalır. Uşağa baxmaqla bağlı hansı xərcləri ödəməsi maraqlıdır. İddiaçı hansı xərcləri ödəməsi və uşaq üçün hansı miqdarda xərc çəkməsini təsdiq edən sübut təqdim etmir. Uşaq dedikləri 24 iyul 2008-ci il təvəllüdlü Fatimə atasına qulluq edir və atasının qulluğunda durur. Bunun əksini təsdiq edən sübutlar hardadır və niyə təqdim edilmir. 24 iyul 2008-ci il təvəllüdlü Fatimə adlı qızının atasının yanında qalmasının səbəbi atasına qulluq etməsi və atasının tək olmasıdır. Bundan əlavə xx.xx.2010-cu il təvəllüdlü Aysu və 04 iyul 2014-cü il təvəllüdlü Yusif adlı uşaqlar onun yanındadırlar və xərcləri daha çoxdur. Belə ki, iki uşağa görə 175 manat aliment kəsilməsinə baxmayaraq İddiaçı daha çox aliment tələb edir. Bu hansı ədalətə uyğundur? Əlbəttə ki, onun yanında olan uşaqların xərcləri daha çoxdur, bundan əlavə Zaur sahibkardır və yetərincə qazancı var və onun işləmək qabiliyyəti yüksəkdir. O isə şəkər xəstəsidir, gözləri xəstəliklə əlaqədar demək olar çox zəif görür və uşaqlar azyaşlı olduğu üçün işləyə bilmir. Ona görə də iddianın əsassız olması səbəbindən rədd edilməsini xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş AZ-T seriyalı, 216309 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X1 atası İddiaçı anası Cavabdehdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1996/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. İddiaçı 11 oktyabr 2010-cu il tarixdə doğulmuş Aysu və 04 iyul 2014-cü il tarixdə doğulmuş Yusif adlı uşaqların saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-465/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmişdir. İddiaçı ilə Cavabdeh arasında 28 avqust 2007-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış 363 №-li nikah pozulmuşdur. Nikah pozulduqdan sonra 24 iyul 2008-ci il təvəllüdlü X3, 11 oktyabr 2010-cu il təvəllüdlü X4 və 04 iyul 2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İşə əlavə olunmuş Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)- 171/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş. İddiaçı, Cavabdeh ilə birgə nikahlarından olmuş 24 iyul 2008-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İşə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1351/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmişdir. Tərtər Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(061)- 171/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh gəlməməsi səbəbindən ilkin mediasiya sessiyası keçirilə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat, Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2025-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən aslı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərtbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə qanunvericiliyinin və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan normaları baxımından Kollegiya hesab edir ki, bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Məhkəmənin 2(051)-1996/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra hazırki iş üzrə iddiaçının tələbi üzrə Tərtər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-171/2024 saylı qətnaməsi ilə İddiaçı, Cavabdeh ilə birgə nikahlarından olmuş 24 iyul 2008-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilmişdir. Həmin uşağın iddiaçının himayəsinə verilməsi ilə onunla bağlı çəkilən xərclər artıq iddiaçı tərəfindən qarşılanmağa başlamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın aliment miqdarının azaldılması ilə bağlı hissəsinə dair təmin edilməsi üçün əsaslar var və iddiaçı tərəf azaldılacaq alimentin məbləğini qeyd etmədiyindən və məhkəmə həm iddiaçı, həm də cavabdehin maddi vəziyyətini nəzərə alaraq cəmi tutulan 350 manat alimentin 50 manat məbləğində azadılmasını məqbul hesab edir. Bundan başqa məhkəmə iddia tələbinin aliment təyin etmə hissəsinə dair qeyd edir ki, iddiaçının tələbi həmin hissədə tam əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçı öz tələbini əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və xırdavat mağazası vardır. Bunun əksinə cavabdehin heç bir yerdən rəsmi gəliri yoxdur və iddiaçı tərəf tərəfindən bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının cavabdehdən fərqli olaraq gəlir yerinin olmasını və aliment almaq zəruriyyətinin olmamasını, habelə himayəsində olan uşağa baxmaq üçün alimentə möhtac olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı tutulan alimentin məbləği azaldılaraq, 11 oktyabr 2010-cu il tarixdə doğulmuş Aysu və 04 iyul 2014-cü il tarixdə doğulmuş Yusuf adlı uşaqların saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilmiş aliment azaldılaraq cəmi 300 manat müəyyən edilsin və hər ay tutularaq Cavabdeh verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-52/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-52/2025
11.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver