Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-521/2024 06.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və cavabdeh X5 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X7 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X13 ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh X13 ilə xx.xx.2009cu il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2011-ci təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Bir müddət münasibətləri yaxşı olsa da sonradan pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-946/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra azyaşlı uşaqlar onun yanında qalmışlar və onların yetkinlik çatanadək saxlanması üçün cavabdeh hər ay hər uşağa 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment cavabdeh E.Şərifodan alınaraq ona verilməsi qət edilmişdir. Bir müddət sonra onlar barışmışlar və birgə münasibətlərdən xx.xx.2021-ci ildə Əminə adlı qızları olmuşdur. Cavabdeh könüllü olaraq Əminə adlı uşağa atalıq vermişdir. Lakin buna baxmayaraq hazırda cavabdeh uşağın saxlanılması üçün heç bir kömək göstərmir. Uşağın geyim və sair xərclərinin həlli məsələsində xeyli maddi çətinliklər çəkir. Odur ki, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 izahatında bildirdi ki, İddiaçı ilə xx.xx.2009-cu il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2011-ci təvəllüdlü Məlahət və xx.xx.2012ci il təvəllüdlü Zeynəb adlı uşaqları doğulmuşdur. Sonra münasibətləri yaxşı olsa da sonradan pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-946/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra az yaşlı uşaqlar iddiaçının yanında qalmışlar və onların yetkinlik çatanadək saxlanması üçün cavabdeh hər ay hər uşağa 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment cavabdeh ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bir müddət sonra onlar barışmışlar və birgə münasibətlərdən xx.xx.2021-ci ildə Əminə adlı qızları olmuşdur. Hazırda onlar faktiki olaraq ayrı yaşayırlar və uşaqlar analarının yanında qalmışlar. Alimentlə bağlı heç bir etirazı yoxdur. Məhkəmə tərəfləri izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018ci il tarixli, AZ-İ seriyalı, № 292690 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə İddiaçı Elşad qızı arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixli № 24 saylı ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Elşad qızı 50 manat məbləğində mediasiya xərci ödəmişdir Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-946/2018 saylı qətnamənin surətində görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 26 oktyabr 2009-cu ildə Mingəçevir şəhər Nikah evində 350 № ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X1 anası-cavabdeh İddiaçı yanında qalmaları müəyyən edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50(əlli) manat, və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilməsi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, xx.xx.2018-ci il tarixdən tutulsun və qətnamənin aliment tələbinə dair olan hissəsi dərhal icra edilməsi qət edilmişdir. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş AZ-İV seriyalı, 525827 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur, atası-Cavabdeh, anası-İddiaçıdır; Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021ci ildə verilmiş AZ-İ seriyalı, № 405501 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı doğulmuş X4 atası hesab olunmuş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli №26 saylı qeydlə edilmişdir. xx.xx.2023-cü il tarixli 986 saylı arayışdan görünür ki, Şərifova X11 şəhəri Günəş küçəsi 13 №li evdə yaşayır. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2011-ci təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Sonra tərəflər boşanmış, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-946/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra az yaşlı uşaqlar onun yanında qalmışlar və onların yetkinlik çatanadək saxlanması üçün cavabdeh hər ay hər uşağa 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Bir müddətdən sonra tərəflər barışmış və birgə münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X12 doğuluşdur. Cavabdeh könüllü olaraq atalıq vermişdir. Hazırda cavabdeh ailəsinə baxmır və heç bir maddi köməklik etmir. Hazırda isə İddiaçı Elşən qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmin adlı uşağın saxlanılmasında iştirak etmədiyini bildirir və aliment tutulmasını xahiş edir. Tətbiq edilən Hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul olunmalıdır. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 600 manat) ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət nəfinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq Q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment xx.xx.2024-cü il tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilməmiş dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-521/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-521/2024
06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver