Məhkəmə qərarları › İş №2(051)-525/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-525/2025

22.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-525/2025 22.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, övladı Cavabdeh 2025-ci üçün minimum əmək haqqının 1 (bir) misli qədər aliment və mediasiyaya ödədiyi 60 (altmış) manatın yarısı, yəni 30 (otuz) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı onunla əsaslandırmışdır ki, O, X3 ilə 1962-ci rəsmi nikaha daxil olmuşdur. Bu rəsmi nikahdan 1963-cü il təvəllüdlü X4, 1965-ci il təvəlüdlü X5, 1967-ci il təvəllüdlü X6 1969-cu il təvəllüdlü Cavabdeh dünyaya gəlmişdir. Lakin həyat yoldaşı X3 2009-cu ildə vəfat etdikdən sonra qızı Cavabdeh onu aldadaraq etibarından su-istifadə edərək ona aid ünvan 1 ünvanında yerləşən mənzili öz adına keçirməyə nail olmuşdur. Ona həmən evdə elə bir şərait yaratmışdır ki, o onunla birgə yaşaya bilmir. 1963-cü il təvəllüdlü X4 əlil olduğu üçün ona kömək edə bilmir. Evi bağışladığı qızı İnarə isə ona maddi cəhətdən saxlanmaqda kömək etmir. Onun aldığı təqaüd dərmanlarını almağa belə kömək etmir. O, müvəqqəti olaraq X1 yanında yaşamağa məcburdur. Kirayədə yaşamaq və dolanmaq üçün ona ən aşağı 400 manat tələb olunur. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, 400 manat pensiya alır. O, kirayədə yaşayır və bu məbləğ ona kifayət etmir. O cavabdehdən aliment tutulmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddiaçı 440 manat pensiya alır. Onun tərəfi isə vergi və digər silinmələrdən sonra 359 manat maaş alır. Bundan başqa onun tərəfinin himayəsində uşağı da vardır. Həmçinin iddiaçının onun müvəkkilindən başqa iki oğlu da vardır. Belə ki, hazırda yaşayış minimum 400 manatdır. İddiaçı isə 440 manat pensiya alır. Odur ki, məhkəmədən iddia tələbininn rədd edilməsini xahiş edir. Məkhəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq son baxış iclasına cavabdeh tərəf gəlməmişdir. Bununla belə məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞŞ/MT018/2025-00043 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər razılıq vermədiyindən ilkin mediasiya sessiyası davam etdirilə bilməmişdir. İşdə olan Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı qızıdır. İşdə olan AZE MİS portalından çıxarışdan görünür ki, İddiaçı 440.69 manat məbləğində pensiya alır. İşdə olan AZE MİS portalından çıxarışdan görünür ki, Cavabdeh dayə vəzifəsində çalışır və 540.5 manat əmək haqqı alır. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçı cavabdehin anasıdır. İddiaçı maddi yardıma ehtiyacı olduğunu və kirayədə yaşadığını iddia edərək cavabdehdən ona ödənilməsi üçün aliment tutulmasını xahiş edir. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının maddi yardıma ehtiyacı olmayan şəxsdir. Belə ki, AZE MİS portalından çıxarışlardan aydın olur ki, iddiaçı ilə cavabdehin əldə etdiyi aylıq gəlirlər bir-birinə yaxın məbləğlərdir. Bununla bərabər pensiyaçılar üçün aylıq yaşayış minimumu 2025-ci il üzrə 232 manat müəyyən edildiyi təqdirdə iddiaçı 440.69 manat pensiya alır. Həmçinin kirayədə yaşaması ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı yaşayış minimumundan artıq məbləğdə pensiya aldığından və cavabdehin daha artıq gəlirlərə malik olmasına dair sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Belə ki, Ailə Məcəlləsi 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı maddi yardıma ehtiyacı olmasına dair heç bir əsaslı sübut irəli sürməmiş, yalnız məhkəmə iclası zamanı verdiyi formal mülahizələrlə kifayətlənmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı maddi yardıma ehtiyacı olduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normaların tələbindən çıxış edərək və iş materiallarının araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar