Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-529/2025 12.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların Cavabdeh alınaraq ona verilməsi, cavabdehdən iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-529/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin 17 mart 2025-ci il tarixli, 2(051)-529/2025 saylı qərardadından şikayət vermiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(051)-529/2025 saylı qərardadı ilə İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)-529/2025 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)- 559/2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ləğv edilmiş, iddia tələblərinin eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsinin araşdırılması üçün mülki işin materiallarının Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə hazırlıq iclası zamanı iddia ərizəsinə əlavə edilmiş sənədlər barədə izahat verdi və iddia tələbini müdafiə etdi, həmçinin məhkəmədən işin məhkəmə baxışına təyin edilməsi barədə qərarda çıxarılmasını xahiş etdi Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki iş ümumiyyətlə məhkəmədə baxılmalı deyil, çünki eyni məsələ üzrə mülki işə Nərimanov Rayon Məhkəməsində baxılmış və məhkəmənin 2(005)-408/2022 nömrəli xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vardır və iş hal-hazırda icra mərhələsindədir, icrası başa çatmayıb. Yəni həmin məhkəmə qərarı icra olunduqdan sonra və yaxud icrası mümkün olmayan şəkildə məhkəməyə qaytarıldığı təqdirdə, yeni hal yaranmış olar və hazırki iddia qaldırıla bilər. Belə ki, iş aidiyyəti üzrə düzgün olaraq Nərimanov Rayon Məhkəməsində baxılmalıdır, lakin hər bir halda İddiaçı bu iddianın qaldırılması ilə mövcud məhkəmə qətnaməsinin icrasına maneə törədir. Nərimanov Rayon Məhkəməsində baxılmış 2(005)-408/2022 saylı iş üzrə cavabdeh qismində çıxış edən İddiaçı mövcud məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınır. Onun barəsində Mingəçevir Şəhər Məhkəməsi tərəfindən inzibati qaydada tənbeh tətbiq olunmuş, bundan əlavə şəxs barəsində işdən qərəzli yayınmasına dair psixoloq rəyi mövcuddur. Bütün bunlar ona dəlalət edir ki, İddiaçı mövcud qərarın icrasından yayınır və heç bir yeni əsas olmadan işi üzrə yenidən iddia qaldırmaqla yayındırma təsirini davam etdirir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı məhkəmənin həmin qərardadından şikayət vermiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(051)–529/2025 nömrəli qərardadı ləğv edilmiş, iddia tələblərinin eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsinin araşdırılması üçün mülki işin materiallarının Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya Məhkəməsi qərarında əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülən hər iki tələb - həm uşağın yaşayış yerinin müəyyən olunması, həm də aliment tələbi - daha əvvəl eyni subyektlər arasında Nərimanov Rayon Məhkəməsində baxılmış və bu səbəbdən eyni predmet və əsaslarla irəli sürülən iddia təkrar baxılma predmetinə çevrilmişdir. İddiaçı tərəfindən verilmiş iddiada hər hansı yeni əsas mövcud deyildir. Yuxarıda qeyd edilmiş halları nəzərə alaraq, o cümlədən Şəki Apellyasiya Məhkəməsinin mövqeyinə və 28 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən işin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə və əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, iddiaçının aliment və uşaq tələbinə dair üzrə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması ilə əlaqədar xitam verilməlidir. Belə ki, işdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 867 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqlar yetkinlik yaşına çatana kimi Cavabdeh yanında saxlanılmaları, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının X2 və X1 cavabdeh İddiaçı alınaraq anasına verildiyi tarixdən dərhal sonra hesablanması qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-864/2024 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsinə əsasən verilmiş icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-16/2025 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İddiaçı və zərərçəkmiş şəxs Cavabdeh nümayəndəsi- vəkili Vəkil1 tərəfindən verilmiş şikayətlər təmin olunmamış, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 3(051)-864/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-247/2025 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1 (bir) ay müddətə inzibati qaydada həbs edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-89/2025 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 3(051)-247/2025 nömrəli qərarı inzibati tənbehin müddətinə aid hissədə dəyişdirilmiş, İddiaçı təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) ay inzibati həbs müddəti 15 (on beş) günə endirilmiş, həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:00-dan hesablanması, Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 3(051)-247/2025 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə məhkəmə hazırlıq iclasında işin məhkəmə baxışına təyin edilməsi məsələsinin müzakirəsi zamanımüəyyən etdi ki, hazırda qüvvədə olan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların iddiaçıdan alınıb cavabdehə verilməsi, həmçinin həmin uşaqları saxlanılması üçün alimentin ödənilməsi ilə bağlı mübahisə öz həllini tapmış, lakin iddiaçı məhkəmə qətnaməsi qərəzli olaraq icra etməmişdir. Ona görə də iddiaçının barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Bununla belə İddiaçı yeni əsaslara istinad etmədən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulduqdan sonra uşaqların iddiaçıdan alınıb cavabdehə verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin icra sənədinin icra edilməsi ilə bağlı dəfələrlə məcburi icra tədbirləri təyin edilməsinə baxmayaraq, iddiaçı qərəzli olaraq icra sənədinin icrasından boyun qaçıraraq, uşaqların hazırkı iş üzrə cavabdehə verilməsini təmin etməmişdir. Ona görə də iddiaçı barəsində Azərbaycan Respublikası İXM-in 528-ci maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Hazırda həmin inzibati tənbeh tədbirlərinin verilməsi haqqında məhkəmə qərarlarıqüvvəyə minmişdir. Göründüyü kimi iddiaçı uşaqları hazırkı iş üzrə cavabdehə verməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının məhkəmə qətnaməsini icra etməməsinə yönəlmiş qərəzli hərəkələri, yəni uşaqları öz yanında saxlaması qanunsuzdur və yeni əsas kimi qəbul edilə bilməz. Bu hal isə onun barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirləri və hazırda qüvvədə olan inzibati xəta haqqında məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Bununla belə iddiaçı hazırkı iş üzrə ilkin və əlavə iddia ərizələrində heç bir yeni əsasa istinad etmədən aliment və uşaq tələbinə dair ilkin və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi birgə nikahdan doğulmuş uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilmişdir. Belə olan halda iddiaçının iddiası eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia kimi qiymətləndirilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 7.8-ci maddəsinə əsasən məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-ci bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014cü il tarixdə doğulmuş Bahar adlı uşaqların Cavabdeh alınaraq ona verilməsi, cavabdehdən iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2017-ci il tarixdə doğulmuş Fateh və 24 oktyabr 2014-cü il tarixdə doğulmuş Bahar adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2025-ci il tarixdə saat 15:56:05-də "xxxx" MMC, Yevlax RPF, Mingəçevir MXŞyə ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 50 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-529/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-529/2025
12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver