Məhkəmə qərarları › İş №2(051)-55/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-55/2020

07.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-55/2020 07.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıcavabdeh “X14” ASC-yə qarşı“əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh “X14” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1) xx xxxxx 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının ödənilməsi (2005-ci və 2006-cı illərin, əmək haqqı); 2) xx xxxxx 2006-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək hesablanacaq əmək haqqı 11 il 8 ay 23 gün; 3) xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixinədək hesablanacaq əmək haqqı; 4) xx xxxxx 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penya hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “ X14” X15 Cəmiyyətinin sədri X8 tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və X11 nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir.Baş idarə həmin ərizəyə baxılması üçün 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilmişdir.8 saylı region üzrə Əmək Müfəttişliyin işçisi “MMT” ATSC-nə gəlmiş və araşdırma apararaq müəyyən etmişdir ki,həqiqətən də onun əmək hüquqları kobudcasına pozulmuşdur.Ona görə də xx xxxxxx 2017-ci il tarixli 000121 nömrəli protoklu tərtib etmişdir.Həmin protokolda qeyd olunanları nəzərə alaraq 8 saylı region üzrə Dövlət Əmək ‘Müfəttişliyinin rəisi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2018-ci il tarixli 000132 nömrəli qərarı ilə” MMT” ATSC-i İH -nin sədrini Azərbaycan Respublikası - İnzibati Xətalar Məcəlləsinin 192.4- cü maddəsinə ilə təqsirli bilib bir min beş yüz manat məbləğində cərimə etmişdi.”MMT” ATSC-i İH-nin sədri X2 şəhər Məhkəməsinə şikayət edərək , həmin qərarın ləğv edilməsini xahiş etmişdir.Lakin Mingəçevir şəhər Məhkəməsinin İnzibati Xəta haqqında iş üzrə xx xxxxxx 2018-ci il tarixli 3(051) -178/2018 nömrəli qərarı ilə 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin qərarını qüvvədə saxlamışdır.Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə razılaşmayan “MMT” ATSC-i İH-nin sədri X2 şəhər Məhkəməsinin 27fevral 2018-0ci il tarixli qərarından Şəki Apelyasiya Məhkəməsinə qərarın ləğv edilməsi üçün şikayət etmişdi.Ancaq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “MMT” ATSC- i İH-nin sədri X6 şikayəti təmin edilməmişdir.Onun yaşını və xəstəliyini nəzərə alaraq cərimə məbləği beş yüz manat məbləğində azaldılmışdır.“X14” ATSC-i İH-nin sədri X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu ,129-cu,172-ci və 315- ci maddələrinin tələblərini nəzərə almamış və vəzifə səlahiyyətlərini aşaraq mənim əmək hüquqlarımı kobud şəkildə pozmuşdur.Yuxarıda göstərilənlərdən hər bir nəticə alınmadığına görə, o əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinə ərizə ilə - müraciət etdim.Həmin ərizədə təkrar baxılması üçün 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilmişdir. Onlar isə əmək hüquqlarımın bərpa olunması ilə əlaqədarməhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edirlər. Ona görə də 1) xx xxxxx 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının ödənilməsi (2005-ci və 2006-cı illərin, əmək haqqı); 2) xx xxxxx 2006-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək hesablanacaq əmək haqqı 11 il 8 ay 23 gün; 3) xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixinədək hesablanacaq əmək haqqı; 4) xx xxxxx 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penya hesablanması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Onlar tərəfindən müvafiq araşdırma aparılmış və İddiaçı hüquqlarının pozulması aşkar olunmuşdur. Bununla əlaqədar “X14” ASC-yə protokol tərtib olunmuş və onun əsasında qərar qəbul olunmaqla 1500 manat cərimə olunmuşdur. Qərardan məhkəməyə şikayət verilsə də qərar qüvvəsidə qalmışdır. Belə olan halda İddiaçı tərəfindən verilmiş iddianın əsaslı olması qənaətindədir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 2005-ci ildən hazırki vaxta kimi X14 ATSC-dən əmək haqqı ala bilməmişdir. Bu barədə “X14” ASC-nin rəhbəri X9 barəsində protokol tərtib olunmuş və onun əsasında qərar qəbul olunmaqla 1500 manat cərimə olunmuşdur. Qərardan məhkəməyə şikayət verilsə də qərar qüvvəsidə qalmışdır. Mingəçevir şəhər məhkəməsinin qərarında “X14” ASC tərəfindən şikayət verilmiş və Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə ASC-nin rəhbəri X9 1000 manat cərimə edilmilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, Məmmədov X10 Maşın Təmir ATSC-də işləmiş və 2005-ci il tarixdən hazırki vaxta kimi əmək haqqı almamışdır. İddiaçı xx xxxxx 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqının ödənilməsi (2005-ci və 2006-cı illərin, əmək haqqı) tələbi tam əsaslıdır. Belə ki, bu hesablama iş materiallarında olan sənədlərlə öz əksini tapmışdır. Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən təqdim edilən sənədlər əsasında hesablama aprılmış və İddiaçı illər üzrə işlədiyi aylar və minimum əmək haqqı nəzərə alımaqla illər üzrə əmək haqqı hesablanmış və 2006-cı ildən 2019-cu ilin sentyabr ayının 1-ə kimi əmək haqqı cəmi 9562,39 manat təşkil etmişdir. xx xxxxx 2006-cı il tarixinə ödənilməyən 714 manat üçün hər gecikən günə 1% miqdarında penya isə illər üzrə hesablanma nəzərə alınmaqla hesablanmış 9562,39 manat məbləğin 10 % miqdarında yəni 956 manat hesablanması məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Bundan əlavə mübahisəli iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi və Həmin Məcəllənin 60-cı fəslinin müddəaları tətbiqi məqsədə müvafiqdir. Məhkəmə iş materiallarını təhlil edəndə müəyyən olunur ki, iddiaçı cavabdeh uzun illər əmək haqqı almamış və bununla da onun əmək hüquqları pozulmaqla ona ziyan dəymişdir. Buna görə də iddiaçıya dəymiş zərərə görə cavabdeh tərəfindən iddiaçıya müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. “X14” ASC-dən xx xxxxx 2006-cı il tarixinə ödənilməyən 714 manat əmək haqqı (2005-ci və 2006-cı illərin əmək haqqı), xx xxxxx 2006-cı il tarixdən xx xxx 2019-cu il tarixinədək hesablanacaq 9562,39 manat əmək haqqı və xx xxxxx 2006-cı il tarixinə ödənilməyən əmək haqqına görə 956 manat miqdarında penya olmaqla, cəmi 11232,39 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar