Məhkəmə qərarları › İş №2(051)-577/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-577/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-577/2021 17.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azadılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2004-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2005-ci ildə X5 və xx xxxxx 2007-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx xxxxxx 2005-ci il təvəllüdlü X5 və xx xxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Maddi vəziyyəti olduqca çətindir. O özü xəstədir və heç bir yerdə işləmir. Başqa bir yerdən isə qazancı yoxdur. Təyin olunmuş alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın təmin olunmasını, müəyyən olunmuş alimentin miqdarı azadılaraq hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat olması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı və xx xxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər uşağa 150 manat cəmi 300 manat miqdarında aliment tutulub ona verilməsi qət edilmişdir. İddia tələbi ilə razıdır. İddiaçı xəstə olduğu üçün alimenti ödəyə bilmir. Buna görə də, hər uşağa 50 manat omaqla cəmi 100 manat məbləğində alimentin tutulmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Regional Asan Xidmət tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli doğum haqqında şəhadətnamələrin notariat qaydasında təstiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxx 2005-ci il təvəllüdlü X8 oğlu və X4 doğulmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-4324/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 xx xxxxxx 2005-ci il təvəllüdlü X5 və xx xxxxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq ondan hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması xx xxxxxx 2016-cı ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanununa görə uşaqlar üçün yaşayış minumunun məbləği 117 manat müəyyən edilmişdir “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən aslı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərtbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra iddiaçının və ya cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik olması məhkəmə iclasında müəyyən edilmədi. İddiaçı alimentin azaldılmasını xəstə olması ilə əsaslandırmışdır. İş materialları və tərəflərin izahatlarından da tərəflərin öz aralarında razılığa gəlməsi və Cavabdeh iddianı qəbul etməsi alimentin azaldılması üçün əsas sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar var və iddia cavabdehin iddianı qəbul etdiyi həcimdə yəni, hər ay 50 manat olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı tutulan alimentin məbləği azaldılaraq xx xxxxxx 2005-ci ildə anadan olmuş X3 və xx xxxxx 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat müəyyən edilsin və hər ay tutularaq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar