Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-590/2023 27.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əlavə xərcin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx.xx.2023-cü il tarixdə, Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əlavə xərcin artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2003-cü il tarixdə doğulmuş lal və kar olan qızı Arzunun maddi köməyə ehtiyacı olduğu üçün əlavə xərc olaraq 200 manat və 60 manat mediasiya xərcinin tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəf məhkəməyə iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanması barədə xx.xx.2023-cü il tarixli ərizə ünvanladığından, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əlavə xərcin artırılması tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-590/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-590/2023
27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver