Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-611/2020 02.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı nikahın pozulması və alimentin məbləğinin azaldılması tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Sonra Cavabdeh iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək nikahın pozulmasını xahiş etmişdir. İddiaçı,qarşılıqlı iddia üzrə cavabdehİddiaçı məhkəmə iclasındailk iddianı müdafiə etdi, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını 2009-cu ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxx 2010-cu il təvəllüdlü Bühran və xx xxxxx 2013-cü il təvəllüdlü Ayşə adlı iki nəfər uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehlə faktiki olaraq ayrılmışdır. Ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışlar. Uşaqların saxlanmasında çətinlik çəkir. Uşaqlarına valideynləin köməyi ilə baxır. Cavabdehin də uşaqlarına baxmaq borcudur. Ona görə də cavabdehdən xx xxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşağa 160 (bir yüz altmış) manat alimentin alınıb ona verilməsini xahiş edir. Aralarındakı nikahın pozulmasına razı deyil. Cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilk iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı isə müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə nikahlarını 2009-cu ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxx 2010-cu il təvəllüdlü Bühran və xx xxxxx 2013-cü il təvəllüdlü Ayşə adlı iki nəfər uşaqları olmuşdur. Sonra ailə münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar. Üç ildir ki, ayrı yaşayırlar. Artıq ailə münasibətlərinin bərpası mümkün deyil. Onlara barışıq üçün vaxt verilmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı ilə aralarındakı nikahın pozulmasını xahiş edir və nikah pozulduqdan sonra uşaqların iddiaçının yanında qalmasına etiraz etmir. Uşaqların saxlanılması üçün İddiaçı hər ay hər uşağa 50 manat aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ilk iddia qismən təmin olunmal, qarşılıqlı iddia isə təmin olunmalıdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında xx xxxx 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 260 № ilə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxx 2013-cü il təvəllüdlü X5 adlı iki nəfər uşaqları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşaqların maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər uşaqların saxlanması ilə əlaqədar razılığa gəlməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı uşaqların saxlanılması üçün aliment tələbində haqlıdır. Lakin tələb olunan miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı olması sübut olunmadı. Odur ki, uşaqların saxlanılması üçün aliment tələbinə dair ilk iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa 120 manat, cəmi 240 manat miqdarında aliment alınıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, xx xxxxxx 2020-ci il tarixdən tutulmalı və qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər arasındakı ailə münasibətləri pozulmuş, onlar faktiki olaraq ayrılmışlar. Tərəflərə barışıq üçün vaxt verilmiş, lakin heç bir nəticəsi olmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və yə onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin olunmalı, tərəflər arasındakı nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1 maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər faktiki ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar ananın, iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yanında qalmışlar və tərəflər bunu mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmaları tərəflərin hüququnu pozmur və uşaqların mənafeyinə uyğundur. Ona görə də məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra xx xxx 2010-ci il təvəllüdlü Bürhan və xx xxxxx 2013-cü il təvəllüdlü Ayşə adlı uşaqlar anaları İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İlk iddia qismən təmin olunsun. xx xxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat, xx xxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, xx xxxxxx 2020-ci il tarixdən tutulsun və qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qarşılıqlı iddia təmin olunsun. Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış 260 №-li nikah pozulsun. Nikah pozulduqdan sonra xx xxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxx 2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-611/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-611/2020
02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver