Məhkəmə qərarları › İş №2(051)-643/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-643/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-643/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında saxlanması və aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaqların onun yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə xx.xx.2009-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxx 2010-cu il təvəllüdlü Asiman və xx xxxxxx 2012-ci il təvəllüdlü Aliyə adlı iki uşaqları olmuşdur. Cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulan zaman onlar bir mənzildə yaşayırdılar. Ona görə də uşaqların kimin yanında qalmaları müəyyən edilməmiş və aliment məsələsinə baxılmamışdır. Artıq bir neçə aydır ki, o, uşaqları ilə birlikdə ayrı yaşayırlar. Cavabdeh uşaqları ilə maraqlanmamış və uşaqların saxlanması üçün heç bir maddi kömək etməmişdir. Uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdeh müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğuldur və qazancı vardır. Ona görə də iddianın təmin olunmasını, uşaqların onun yanında saxlanmasını, xx xxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü MuradlıAliyə Ərşad qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 50 (əlli) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddianı qəbul edərək məhkəmə iclasında izahatında bildirdi ki, uşaqların iddiaçının yanında qalmalarına, xx xxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü MuradlıAliyə Ərşad qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçıya hər ay hər uşağa 50 manat aliment ödəməyə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh oğlu və İddiaçıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-767/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında olan Ağdam rayon Mərzili Kənd Ərazi nümayəndəliyində xx.xx.2009-cu il tarixdə 09 nömrə ilə qeydə alınmış nikah aktın pozulmsı qət edilmişdir. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmaları məsələsi həll edilməlidir. Lakin iş materialları ilə müəyyən edildi ki, tərəflər arasındakı nikah pozulan zanman boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmaları müəyyən edilməmişdir. Məhkəmə iclasında, həmçinin müəyyən edildi ki, tərəflər boşandıqdan sonra birgə nikahdan doğulmuş Asiman və Aliyə adlı uşaqlar iddiaçının yanında qalmışlar. Hər iki tərəf uşaqların ananın yanında qalmaları razılığına gəlrlər. Məhkəmə hesab edir ki, bu, uşaqların mənafeyinə uyğundur və tərəflərin hüquqlarnı pozmur. Ona görə də iddia uşaqların iddiaçının yanında qalmaları tələbinə dair hissədə təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşağın maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahdan iki nəfər uşaqları olmuşdur. Tərəflər ayrılmışlar. Uşaqlar iddiaçının yanında qalırlar. Uşaqların saxlanmasında tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Odur ki, iddia aliment tələbinə dair hissədə də təmin edilməli, cavabdehdən hər ay hər uşağa 50(əlli) manat, cəmi 100(bir yüz) manat sabit pul məbləğində aliment alınıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, xx xxxxxx 2021-ci il tarixdən tutulmalı və qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. xx xxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları müəyyən olunsun. xx xxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 (əlli) manat, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 (əlli) manat, cəmi 100 (bir yüz) sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, xx xxxxxx 2021-ci il tarixdən tutulsun və qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar