Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-67/2025 26.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Cavabdeh: Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən 1560 ödənilməmiş qalan əmək haqqı məbləğinin, gecikdirilmiş hər gün 1 faiz olmaqla 5475 manat ödəncin, 2000 manat mənəvi ziyanın, 200 manat vəkil xidmətinə ödənişmiş vəsaitin, 60 manat mediasiya xərcinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən İddiaçı 1560 manat ödənilməmiş qalan əmək haqqı məbləğinin, gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla 5475 manat ödənsin, 2000 manat mənəvi ziyanın, 200 manat vəkil xidmətinə ödənilmiş vəsaitin, 60 manat mediasiya xərcinin alınıb ödənilməsi üzrə razılığa gəlirlər. Həmin vəsaiti 160 manat ödəndiyindən 1400 manat və 60 manat mediasiya xərci olmaqla 1460 manat pulu 10 ay müddətində, hər ay 146 manat olmaqla Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ödəyəcəklərini öhdələrinə götürdüyündən iddia tələbinin qalan hissəsindən imtina edir. İddiaçı ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclası zamanı ərizə təqdim etdi və izahatında barışıq sazişi üzrə razılığa gəldiklərini göstərərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizələrini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə bu nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5–ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi tərəflərin real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən İddiaçı 1560 manat ödənilməmiş qalan əmək haqqı məbləğinin, gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla 5475 manat ödəncin, 2000 manat mənəvi ziyanın, 200 manat vəkil xidmətinə ödənilmiş vəsaitin, 60 manat mediasiya xərcinin alınıb ödənilməsi tələbi üzrə razılığa gəlirlər. Həmin vəsaitin yəni, 1560 manatın 160 manat məbləği ödəndiyindən qalan 1400 manat və 60 manat mediasiya xərci olmaqla 1460 manat pulu 10 ay müddətində, hər ay 146 manat olmaqla Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən ödənilməsini öhdələrinə götürdüklərindən iddia tələbinin qalan hissəsindən imtina edir. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən: Elza Cəbrayılzadə