Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-683/2022 14.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh X17 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı: X3 cavabdeh X16 qarşı «alimet» tələbinə və X13 X6 qarşı «nikahın pozulması və uşaq» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X1 Vüsal Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 birgə nikahdan doğulmuş yetkinlik çatmayan uşağın saxlanılması üçün hər ay 193 manat məbləğində sabit pul məblətində alment tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X17 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 ilə aralarında olan nikahın pozulması birgə nikaşdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd adlı uşağın X4 alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı X9 və maraqlı şəxs Mingəçevir Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhəkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.-ci maddəsinə əsasən iddiaçının və maraqlı şəxsin iştrakı olmadan məhkəmə iclasının keçirilməsi mümkündür. İddiaçı X9 iddiasını onunla əsaslandırmışdır ki, o X17 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd adlı uşaqları anadan olmuşdur. Onların uşaqlarının ehtiyaclarını əsasən anası və qardaşı ödəmişdir. Uşaq doğulduqdan sonra 40 gün anasının yanında qalmış və bütün xərcləri anası ödəmişdir. Ərinin yaşadığı evə qayıtdıqdan sonra yenədə uşağın və onun ehtiyaclarını valideynləri ödəmişdir. Bu illir ərzində cavabdeh uşağın maddi cəhətdən saxlanılması üçün heç bir köməklik göstərmir. Uşaq allerqiyaməşəli xəstədir və xüsusi qidaya ehtiyacı vardır. Odur ki, məhkəmədən xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd adlı uşağın saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində almentin tutularaq cavabdedən alınması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı X17 ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, X9 ilə xx.xx.2015-ci ildə nikaha girməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd adlı uşaqları olmuşdur. Cavabdehlə birgə yaşadıqları müddətdə əvvəllər problemləri olmamışdır. Lakin sonradan X7 təqsiri üzündən ailədə zidiyyət başladı. X9 onu bir ər kimi saymır, tez-tez ailədə əsassız mübahisələr yaradır. Artıq bir neçə müddətdir ki, X14 atası evinə gemiş və ayrı yaşayırlar. Artıq uzun müddətdir ki, ər-arvad münasibətlərini kəsmiş və birgə təsərrüfat idarə etmirlər. Birgə nikahdan doğul uşağa bir ana kimi baxmır. Övladları azyaşlı olduğundan onların ata qayğısına, ata nəvazişinə ehtiyacları var. Odur ki, məhkəmədən X14 ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd adlı uşağın X2 alınaraq onun himayəsinqə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı X13 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia üzrə iddiaçının izahatına uyğun olaraq izahat verdi və qarşılıq iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iş materialları ilə tanış olaraq hesab edir ki, iddia tələbi və qarşılıq iddia tələbidə qismən təmin olunmalıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah 27 noyabr 2015-ci ildə 383 № ilə Mingəçevir şəhər qeydiyyat şöbəsində qeydə aınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikah münasibətindən 29 iyul 2006-cı il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanın 05 oktyabr 2022-ci il tarixli rəyində göstərilir ki, xx.xx.2016-cı il təvəllüdlü X5 anası X7 yanında qalması uşaqların mənafeyinə uyğundur. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, X17 «Şizofrenəbənzər pozuntu, davamlı remissiya vəziyətində» diaqnozu il xəstə olmaqla 2-ci qrup əlilildir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin münasibətləri pisləşdiyi ücün onlar bir neçə müddətdir ki, ər-arvadlıq əlaqələrini kəsərək ayrılmışlar. Həmin müddət ərzində tərəflər ailənin bərpasını təmin edə bilməmiş, əksinə münasibətləri daha da pisləşmişdir, birgə təsərrüfatı idarə etmirlər, ayrı yaşayırlar. Hazırda iddiaçı və cavabdeh nikahın ləğv olunmasını təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına catmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1–ci maddəsinə əsasən ər–arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri–mümkünlüyü məhkəmə tərəfindən müəyyən edilikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ona görə məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah tərəflərə barışmaları üçün vaxt verilmədən pozulmalıdır. Nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalmasını müəyyən edərkən aşağıdakıları qeyd edir. Belə ki. iş materiallarında olan sübutlar müqayisəli şəkildə təhlil edilərkən məlum olmuşdur ki, Mingəçevir şəhər Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2016-cı il təvəllüdlü X5 anasının yanında qalması uşağın mənafeyi naminədir. Məhkəmə Mingəçevir şəhər Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən toplanmış sübutları və həmin araşdırmaları mötəbər sübut kimi qəbul edərək iddianın rəyə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilər. Həmin Məcəllənin 22.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcədə bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlən görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə görə analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İddiaçının aliment tələbi ilə bağlı qeyd olunmalıdır ki, valideynin uşaqların saxlanması üçün aliment ödənilməsi vəzifəsini müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. İş materillarını tədqiq edərək, yuxarıda sadalanlara əsasən və tərəflərin maddi vəziyyətini, belə X13 «Şizofrenəbənzər pozuntu, davamlı remissiya vəziyətində» diaqnozu il xəstə olmaqla 2-ci qrup əlil olmasını nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia tələbi alimentə dair hissəsi qismən təmin edilməli xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün X10 hər ay 110 manat alimentin tutulması məqsədə müvafiqdir. Alimentin tutulmasına məhkəməyə ərizə verildiyi tarixdən yəni, xx.xx.2022-ci ildən hesablanmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: X17 ilə X9 arasında olan Mingəçevir şəhər VVDQ şöbəsində 27 noyabr 2015-ci ildə 383 nömrə ilə qeydə alınmış nikah aktı pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X11 anası X3 yanında qalsın. X15 xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (bir yüz on) manat miqdarında sabit pul məbləğində aliment tutulub X6 verilsin. Alimentin tutulmasına xx.xx.2022-ci ildən hesablansın. Hər iki iddia qalaq hissədə təmin edilməsin. Tərəflərə, nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-683/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-683/2022
14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver