Məhkəmə qərarları › İş №2(051)-69/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-69/2025

07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-69/2025 07.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, sonradan iddia tələbini dəqiqləşdirərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 18 sentyabr 2010-cu il təvəllüdlü Orucov Nihad Telman oğlunun və 09 oktyabr 2012-ci il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən edilməsinə və Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 18 sentyabr 2010-cu il təvəllüdlü Orucov Nihad Telman oğlunun və 09 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 08 dekabr 2009cu ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan 18 sentyabr 2010-cu il təvəllüdlü X6 və 09 oktyabr 2012-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Evləndikdən sonra ailə münasibətləri normal olmuşdur. Bir-birilərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Mingəçevir şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(051 )-1298/2020 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş 18 sentyabr 2010-cu il təvəllüdlü X3 və 09 oktyabr 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Qeyd edir ki, hazırda uşaqlar 18 sentyabr 2010-cu il təvəllüdlü X6 və 09 oktyabr 2012-ci il təvəllüdlü X7 onun yanındadır. Onların bütün xərcləri onun tərəfindən ödənilir. Buna görə də məhkəmə qaydasında uşaqların onun yanında qalmasının müəyyən edilməsinə və Alimentin sabit pul məbləğində tutulmasına dair zərurət var. Ona görə də, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 18 sentyabr 2010-cu il təvəllüdlü X3 və 09 oktyabr 2012-ci il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən edilməsinə və Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 18 sentyabr 2010-cu il təvəllüdlü X3 və 09 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, təmsil etdiyi şəxs İddiaçı İlyas qızı ilə 08 dekabr 2009-eu il tarixdə ailə qurmuşlar. Birgə nikahdan 18 sentyabr 2010-cu il təvəllüdlü Nihad və 09 oktyabr 2012-ci il təvəllüdlü Nahit adlı iki övladları olmuşdur. Aralarında olan münasibətlər pozulduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051 )-1298/2020 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı İlyas qızı arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra 18 sentyabr 2010-cıı il təvəllüdlü X3 və 09 oktyabr 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Aralarında olan nikah 2020-ci il tarixdə rəsmi olaraq pozulmuş və övladları Cavabdeh himayəsinə verilmişdir. Nikah pozulduqdan bir müddət sonra onlar yenidən münasibətlərini bərpa etmiş və bir ailə kimi bir yerdə yaşamağa başlamışlar. Lakin bu ilin may ayının əvvəlində İddiaçı yenə də söz- söhbət yaradaraq evdən çıxıb getmişdir. Həmin gün baş verən söz-söhbətin səbəbi onun Cavabdeh valideynlərinə qarşı hörmətsizlik etməsi səbəbindən baş vermişdir. Cavabbeh onun bu bərəkətlərinə qarşı narazılığını bildirdikdə evi tərk edib getdi. Evdən gedərkən uşaqlar cavabdehlə qalmış və özü ilə aparmamışdır. Lakin gedəndən bir neçə gün sonra qardaşı zəng edərək Günayın uşaqları görmək istədiyini bildirdi. O da, etiraz etməyərək uşaqlara anaları ilə gedib görüşməyə icazə verdi. Uşaqlar gedəndən sonra anaları onları yanında saxlayaraq qayıtmağa icazə verməmişdir. Bir neçə gün keçdikdən sonra oğlu X6 geri qayıdıb gəlmişdir. Evə qayıdıb gələrkən Nihad bildirdi ki, o, anasının yanına qayıtmaq istəmir və atası ilə birlikdə qalmaq istəyir. Digər övladı Orucov Nahit hazırda anasının yanındadır. Övladların hər ikisi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1298/2020 saylı qətnaməsinə əsasən cavabdehin himayəsinə verilmişdir. Belə olan halda digər övladı X2 da anasından alınaraq ona verilməsini xahiş edir. Övladlarının hər ikisi ona çox bağlıdır. Məhkəmə iclası zamanı psixoloq X1 iştirakı ilə dindirilən X6 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, o, atasının yanındadır. Hazırda o atası ilə birgə yaşayır. O, atasını çox istəyir, atasına daha çox bağlıdır və atası ilə qalmaq istəyir. Məhkəmə iclası zamanı psixoloq X1 iştirakı ilə dindirilən X7 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, onun 12 yaşı var. Hazırda anası ilə yaşayır. O, anasını çox istəyir və anası ilə qalmaq istəyir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatını, o cümlədən iş materiallarını əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)- 1298/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş 18 sentyabr 2010-cu il təvəllüdlü X3 və 09 oktyabr 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Orucov Nihad Telman oğlu 18 sentyabr 2010-cu il tarixdə və X7 09 oktyabr 2012-ci il tarixdə anadan olmuşlar, anaları İddiaçı, ataları Cavabdehdur. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024–cü il tarixli 5-3-3/2-128/2024 nömrəli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun, Ailə Məcəlləsinin müvafiq müddəalarını və azyaşlıların fikrini rəhbər tutaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X2 isə anası İddiaçı yanında qalması uşaqların mənafeyi naminədir. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanını tərəfindən alınan izahatlardan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 atası Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X7 isə anası İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 08 dekabr 2009-cu ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 18 sentyabr 2010-cu il təvəllüdlü X6 və 09 oktyabr 2012-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(051 )-1298/2020 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş 18 sentyabr 2010-cu il təvəllüdlü X3 və 09 oktyabr 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İddiaçının və cavabdehin məhkəmə iclası zamanı verdikləri izahatları ilə müəyyən olunur ki, sonradan Orucov Nahit anasının yanına getmiş, hazırda da onun yanında qalmaqdadır. Eyni zamanda məhkəmə iclası zamanı uşaqların izahatları ilə, həmçinin Qəyyumluq və Himayəçilik orqanının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2010-cu il təvəllüdlü X6 atası Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X7 isə anası İddiaçı yanında qalmaq istəyirlər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, həmçinin ananın (iddiaçının) Nihad adlı uşağın onun himayəsinə verilməsini istəməsini, onun şəxsən öz uşağının qayğısına qalıb onu böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ana, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Nihad adlı uşaq 14 yaşına çatdığına görə ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə ayrı yaşayan valideynlərdən birini seçmək hüququna malikdir. Belə olan halda uşağın fikrinin nəzərə alınması onun mənafeyinə uyğundur. Çünki uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. İşdən də müəyyən olunur ki, uşaqların məhkəmə qətnaməsi ilə atanın yanında qalması müəyyən edilsə də, sonradan Nahit adlı uşaq öz istəyi ilə anasının yanına getmiş, Nihad adlı uşaq isə atasının yanında qalmışdır. Hazırda Nihad adlı uşağın gündəlik məişət ehtiyaclarını atası, Nahit adlı uşağın ehtiyaclarını isə anası ödəyir. Belə olan halda uşaqların ananın yanında qalmasına dair məhkəmə qətnaməsindən asılı olmayaraq, hazırkı mübahisə uşaqların mənafeyinə uyğun həll edilməlidir, uşağın mənafeyi isə onu tələb edir ki, uşaqlar özləri hansı valideyinin yanında qalması ilə bağlı seçimlərini etdiklərindən məhkəmə hesab edir ki, Nihad adlı uşaq atasının, Nahit adlı uşaq isə anasının yanında saxlanmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Həmin Məcəllənin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsində göstərilmişdir ki, uşaqlarla qəddar rəftar, onlara qarşı psixi zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. BMT Baş Məclisinin xx.xx.1959–cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6–cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşağın valideynlərdən hansının yanında yaşamasını həll edərkən, məhkəmə ilk növbədə uşağın mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, xx.xx.2010-cu il təvəllüdlü X6 atası Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X7 isə anası İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Ona görə də tərəflərin birgə nikahından doğulan xx.xx.2010-cu il təvəllüdlü X6 atası Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X7 isə anası İddiaçı yanında qalmaları, həm işin həqiqi hallarına, həm də uşaqların üstün mənafelərinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bununla yanaşı, məhkəmə mübahisənin düzgün həlli edilməsi baxımından, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, Komissiyanın rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, komissiya tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etmiş, nəticədə belə qərara gəlmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X2 isə anası İddiaçı yanında qalması uşaqların mənafeyi naminədir. Məhkəmə komissiyanın gəldiyi nəticə ilə razılaşır və onu sübut növü kimi qəbul edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li qərarına əlavə və dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020–ci il tarixli qərarının 7.1–ci bəndinə əlavə edilmiş abzasa əsasən “Məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.” “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə, həmçinin qeyd edir ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X5rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Bununla yanaşı, məhkəmə tərəflərə izah edir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X2 isə anası İddiaçı himayəsinə verilməsi gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində yeni əsaslarla iddia qaldırılmasını istisna etmir. Belə ki, zaman keçdikcə uşaqların valideynlərin hansının yanında yaşaması ilə bağlı vəziyyət dəyişə, habelə tərəflər uşaqları ilə ünsiyyət hüququndan istifadə edərək onların məhəbbətini qazana və uşaqlarının ona olan münasibətinin dəyişməsinə nail ola bilər. Bu cür yeni əsaslar yarandığı halda isə o, həmin əsaslara istinad edərək uşağın onun himayəsinə verilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır. Məhkəmə Nahit adlı uşağın mənafeyini, onun yaşını, onun təhsilini, o cümlədən valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması uşağın maraqlarına və qanuni manafelərinə uyğun olduğundan, iddia qismən təmin edilməlidir, qalan hissədə iddia təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, uşaqların öz istəyi ilə, yəni Nahit adlı uşağın anasının, Nİhad adlı uşağın isə atasının yanında qalması müəyyən edildiyindən alimentin tutulması ilə bağlı məsələyə münasibət bildirərək uşaqlarından birinin atasının, digərinin isə anasının yanında qalmasını nəzərə alaraq tərəflərdən aliment tutulmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulan xx.xx.2012-ci il təvəllüdlü X2 isə anası İddiaçı yanında qalması müəyyən edilsin. İddia qalan hissə də təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar