Məhkəmə qərarları › İş №2(051)-727/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-727/2021

05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-727/2021 05.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçıun iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü Güllü, xx.xx.2013-cü il təvəllüdlü Ofeliya və xx.xx.2015-ci il təvəllüdlü Günel adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 175 manat, cəmi 525 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2009-cu ildə rəsmi qaydada nikahlarını qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Güllü, xx.xx.2013-cü il təvəllüdlü Ofeliya və xx.xx.2015-ci il təvəllüdlü Günel adlı övladları olmuşdur. Cavabdehin günahı ucbatından 2019-cu ildə ailə münasibətləri pozulmuş. Belə ki, o Rusiyada olduğu zaman cavabdeh başqa kişi ilə yaşamış və uşaqlara işkəncə vermişdir. Bir neçə aydır ki, cavabdehlə narazılıqları olmuş və onlar faktiki olaraq ayrılmışlar. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)170/2020 saylı qətnaməsi ilə övladları onun himayəsinə verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Uşaqlar hal hazırda onun himayəsindədirlər və azyaşlı olduqları üçün heç bir yerdə işləyə bilmir. Ona görə də məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü Güllü, xx.xx.2013-cü il təvəllüdlü Ofeliya və xx.xx.2015-ci il təvəllüdlü Günel adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 175 manat, cəmi 525 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü Güllü, xx.xx.2013-cü il təvəllüdlü Ofeliya və xx.xx.2015-ci il təvəllüdlü Günel adlı uşaqları olmuşdur. Həmin şəhadətnamələrdə uşaqların atası kimi İddiaçı, anası kimi Cavabdeh göstərilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxxxx 2010-cu il təvəllüdlü X3, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 atası kimi İddiaçı, anası kimi Cavabdeh göstərilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 170/2020 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) ilk iddia qismən təmin olunmuş, xx xxxxxx 2010-cu il təvəllüdlü X3, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 iddiaçı-ataları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, iddianın Cavabdeh valideynlik hüququnda məhrum edilmə tələbinə dair hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1320/2020 nömrəli qətnaməsi ilə (hakim Ələddin Məcidov) iş üzrə Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-170/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu 154 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşaqların yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Ona də Cavabdeh Güllü, Ofeliya və Günel adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 300 manat miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı xx xxxx 2021-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat cəmi 300 (üç yüz) manat aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasına xx xxxx 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar