Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-746/2022 10.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi, Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 2linin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq bölünməsi, ümumi əmlakın 1/2 hissədə payının müəyyən edilərək aralarında bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə 16 oktyabr 2003-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 15 avqust 2004-cü il təvəllüdlü Fatimə, 09 aprel 2006-cı il təvəllüdlü Tural adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah ləğv olunmuşdur. Nikahlarının pozulmasına baxmayaraq birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında birlikdə yaşayırlar. ünvan 2lini 03 iyul 2009-cu il tarixdə, X2 tərəfindən 2007-ci ildə ona bağışlanmış Moskva şəhərində olan mənzilinin satışından əldə etdiyi pul ilə almışdır. Boşandıqları üçün bir mənzildə yaşamaları mümkün deyil. Bu səbəbdən də cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzildə hər birinin payı ½ hissədə müəyyən edilməklə bölünməsini təklif etsə də, razılaşmamışdır. Buna görə də Mingəçevir şəhərinin Y.Muradov küçəsindəki 39 saylı evin 15 saylı mənzilinin cavabdehlə aralarında bölünərək, ümumi əmlakın ½ hissəsinə payının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi, vəkili Vəkil məhkəmə iclasında oxşar məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Moskvada X2in evi ona bağışlaması barədə iddiaçının izahatı həqiqətə uyğun deyil. Həmin evin alınmasında, sənədləşməsində çəkilmiş xərclərdə onun da iştirakı olmuşdur. Moskvadakı ev satıldıqdan sonra aldığı pulun çox hissəsini iddiaçı orada olan borclarını ödəməklə, tanışlarına borc verməklə xərcləmişdir. Həmin puldan yalnız 35000 (otuz beş min) pul ayrıldı ki, ev alacaqlar. O, özü axtarıb ev tapdı, evi 37.000 manata satılırdı. Valideynləri də 2000 (iki min) manat pul verdikdən sonra mübahisələndirilən evi aldılar. Birgə nikahdan doğulmuş uşaqlar onun yanında qalırlar. Ona görə də evin üçdə iki hissəsi onun, üçdə bir hissəsi isə iddiaçının olması barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(051)-1502/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı qızı ilə Cavabdeh arasında 16 oktyabr 2003-cü ildə Mingəçevir şəhəri Nikah Evində bağlanmış 162 nömrəli nikah pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 15 avqust 2004-cü il təvəllüdlü X5 və 09 aprel 2006-cı il təvəllüdlü X6 anası Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X5 15 avqust 2004-cü ildə, X7 isə 09 aprel 2006-cı ildə doğulmuşlar. Şəhadətnamələrdə uşaqların atası İddiaçı, anası kimi isə Cavabdeh qeyd edilmişdir. İşə əlavə olunmuş 11 sentyabr 2007-ci il tarixdə Moskva şəhərində tərtib olunmuş Vəsiyyətnamənin tərcümə olunmuş surətindən görünür ki, X2 Moskva şəhəri, Koptevskiy bulvarı, ev 11, mənzil 62 ünvanında yerləşən mənzilini xx xxxxxx 1974-cü il təvəllüdlü İddiaçı vəsiyyət etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, 21 ay 1965-ci il təvəllüdlü X1 26 avqust 2007-ci ildə Moskva şəhərində ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, 09 aprel 1939-cu il təvəllüdlü X2 11 iyun 2008-ci ildə Moskva şəhərində ölmüşdür. İşə əlavə olunmuş 24 iyun 2009-cu ildə Moskva şəhərində tərtib olunmuş mənzilin alqı-satqı müqaviləsinin tərcümə olunmuş surətindən görünür ki, satıcı İddiaçı Moskva şəhəri, Koptevskiy bulvarı, ev 11, mənzil 62 ünvanın yerləşən ümumi sahəsi 36,8 m2 olan mənzili X4 998.000 rubla satmışdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Y.Muradov küçəsindəki 39 saylı evin 15 saylı mənzili tam mülkiyyət hüququ üzrə 05.01.2010-cu il tarixdə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddiaçının nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın umumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmalkın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Həmin Mcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində göstərilmişdir ki, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İddiaçı tələbində mülkiyyətində olan mübahisələndirilən mənzili – Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 39 saylı evin 15 saylı mənzili vəsiyyətnamə ilə ona bağışlanmış mənzilin satışından əldə edilmiş vəsaitlə aldığını, uzun müddət mənzildə birlikdə yaşadıqlarını, hazırda ailə münasibətləri pozulduğuna görə bir mənzildə yaşamaqları mümkün olmadığı üçün mənzilə ikidə bir hissədə onun, ikidə bir hissədə cavabdehin payının müəyyən olunmasını xahiş etmişdir. Cavabdeh isə etirazında qeyd edilən mənzilin, həqiqətən də Moskva şəhərində olan evin satışından əldə etdikləri vəsaitdən 35000 manat və valideynləri tərəfindən verilmiş 2000 manat hesabına aldıqlarını, ancaq Moskva şəhərindəki mənzilin iddiaçıya vəsiyyətnamə əsasında vərəsəlik qaydasında verilməsi barədə iddiaçının izahatının əsassız olduğunu bildirərək, birgə nikahdan olan uşaqların onun yanında qalmalarını nəzərə alaraq mənzilə üçdə bir hissədə iddiaçının, üçdə iki hissədə onun payının müəyyən olunmasını xahiş etdi. Angaq məhkəmə iclasında təqdim olunmuş sənədlərlə müəyyən edildi ki, Moskva şəhərində olan mənzil iddiaçıya vəsiyyət edilmiş, hazırda yaşadıqları mübahisəli mənzil də həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmış, ancaq cəmi 2000 manat iddiaçının valideynləri tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehin etirazı əsassızdır,ona görə də iddia təmin olunmalı, Mingəçevir şəhəri, Y.Muradov küçəsində yerləşən 39 saylı evin 15 saylı mənzilin üzərində ikidə bir hissədə iddiaçının, ikidə bir hissədə cavabdehin payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri, Y.Muradov küçəsində yerləşən 39 saylı evin 15 saylı mənzilindən İddiaçı payı 1/2 hissə, Cavabdeh payı isə 1/2 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-746/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-746/2022
10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver