Məhkəmə qərarları › İş №2(051)-779/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-779/2021

01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-779/2021 01.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 İcra məmuru: X6 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində toplanmış alimentin məbləğinin silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 11000 manat tələb etdiyi aliment borcu əsassız olduğuna görə aliment borcunun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, o Cavabdeh ilə 28.10.2000-ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan 06 aprel 2002-ci il təvəllüdlü Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı övladları olmuşdur. Ailə daxili münaqişələri olduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin 07.12.2016-cı il tarixli 2(051)- 5424/2016 saylı qətnaməsi ilə aralarındaki nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay 150 manat alimentin ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. O qətnamə ilə müəyyən edilmiş alimenti və ondan artıq məbləğdə alimenti və ondan da artıq məbləğdə pulu cavabdehə göndərmişdir. Belə ki, onların nikahları pozulsa da, onlar öz aralarında barışmışlar. Bu müddətə o Rusiya Federasiyasında işləmiş və cavadehə onların saxlanması üçün lazımi miqdarda pul göndərmişdir. Sonradan o yeni ailə qurduqdan sonra cavabdeh ondan 11000 (on bir min) manat aliment tələb edir. Onun bu tələbi əsassız və uydurmadır. Belə ki, o, özünün Mingəçevir Şəhər Məhkəməsinə ünvanlandığı və 28.08.2020-ci il tarixdə 2(051)-1549 sayla qeydə alınmış “ümumi birgə əmlak hesab edilməsi və sair tələbinə dair” iddia ərizəsində etiraf edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli 2(051)-5424/2016 saylı qətnaməsi ilə aralarındaki nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa 150 manat aliment qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş və daha sonra onlar öz aralarında barışdıqlarından, o sosial düzəltmək məqsədilə nikahları pozulsa da, alimentdən imtina etmişdir. Bu müddət ərzində İddiaçı Rusiya Federasiyasında işləmiş və könüllü onlara vəsaitlər göndərmişdir. Rusiya Federasiyasında olduğu müddətdə İddiaçı Rusiya Federasiyasından gələrkən ayrıca mənzil alacağı və ailəlikcə bir yerdə yaşayacaqları vədini vermiş və onlar da onun yolunu gözləmişlər. 2019-cu ilin oktyabr ayında gələn İddiaçı nəinki ayrıca mənzil almış, hətta yaxın qohumu ilə evlənib onların birgə inşa etdirdikləri evə onu köçürmüşdür. Bundan başqa, Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı “Sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddia ərizəsində də etiraf edir ki: “Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il 2(051)-5424/2016 saylı qətnaməsi ilə aralarındaki nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa 150 manat aliment qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş və daha sonra onlar öz aralarında barışdıqlarından, o sosial düzəltmək məqsədilə nikahları pozulsa da, alimentdən imtina etmişdir. Bu müddət ərzində İddiaçı Rusiya Federasiyasında işləmiş və könüllü onlara vəsaitlər göndərmişdir. Rusiya Federasiyasında olduğu müddətdə İddiaçı Rusiya Federasiyasından gələrkən ayrıca mənzil alacağı və ailəlikcə bir yerdə yaşayacaqları vədini vermiş və onlar da onun yolunu gözləmişlər. 2019-cu ilin oktyabr ayında gələn İddiaçı nəinki ayrıca mənzil almış, hətta yaxın qohumu ilə evlənib onların birgə inşa etdirdikləri evə onu köçürmüşdür. Hazırda oğlu Abuzərin 18 yaşı tamam olmuşdur.” Bundan başqa Cavabdeh Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəisinin adına ünvanladığı 09.09.2020-ci il tarixli 4115 sayla qeydə alınmış ərizəsində göstərir ki: “Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il 2(051)-5424/2016 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı Abuzər və Türkan adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat miqdarında alimentin alınıb ona verilməsi nəzərdə tutulmuşdur”. Bildirmiş ki, İddiaçı ona aliment ödəmir. Hal-hazırda 2700 manat aliment borcu var. Ona ödənilməli olan 2700 manat alimnet borcunun ödənilməsi üçün qanuni tədbirlər görülməsini xahiş etmişdir.” Daha sonra Cavabdeh Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin rəsinin adına ünvanladığı 14.09.2020-ci il tarixdə 4235 sayla qeydə alınmış ərizəsində göstərir ki, “borclu İddiaçı hal-hazırda ona 11000 manat aliment borcu var”. Cavabdeh öz iddia ərizələrində etiraf edir ki, onun tərəfindən ona uşaqların saxlanması üçün vəsait göndərilmiş və o, yalnız 18.09.2003-cü il təvəllüdlü övladları Türkanın saxlanması üçün 01.10.2019-cu ildən başlamaqla saxlanması üçün hər ay 200 manat alimentin tutulmasını məhkəmədən xahiş etmiş və 09.09.2020-ci il tarixinə aliment borcunun 2700 (iki min yedi yüz) manat olmasını və tədbirlər görülməsini tələb etmişdir. Belə olan halda 09.09.2020-ci il tarixinə aliment borcu 1 (bir) uşaq üçün hesablana bilər. Belə ki, Abuzərin 06.04.2020-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Türkan üçün isə 450 manat aliment ödəmişdir. Odur ki, hazırki vəziyyətdə onun ona heç bir borcu qalmamışdır və cari borcu ödəməkdə davam edir. Ona görə də Məhkəmədən Cavabdeh 11000 manat tələb etdiyi aliment borcu əsassız olduğuna görə aliment borcunun olmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, 07.12.2016-cı il tarixli 2(051)-5424/2016 saylı qətnaməsi ilə aralarındaki nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay 150 manat alimentin ondan tutulub Cavabdeh verilməsi qət edilmişdir. Lakin İddiaçı aliment borcunun ödənilməsindən qərəzli boyun qaçırır. Halbuki, İddiaçı buna maddi imkanı var. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İcra məmuru Babayev Orxan Azad oğlu məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, İddiaçı həqiqətən 11.400 manat məbləğində Cavabdeh aliment borcu vardır. Aliment borcunun ödənilməsini təmin etmək məqsədilə sistemdə İddiaçı adına olan əmlaklar axtarılmış və onun adına nəqliyyat vasitəsi aşkar edilmişdir. Həmin əmlak qiymətləndirilmiş və nəticədə İddiaçı 10.500 manat məbləğində aliment borcu qalmışdır. İddiaçının Rusiyadan oğluna göndərdiyini iddia etdiyi 2000 manat məbləğ pul isə icra şöbəsində video-kameradan da istifadə olunmaqla üzləşdirmə zamanı oğlu tərəfindən inkar olunmuşdur. İşə əlavə olunuş Mingəçevir Şəhər Məhkəməsinin 07 dekabr 2016-cı il 2(051)-5424/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan 28 oktyabr 2000ci ildə Mingəçevir şəhər Nikah evində bağlanmış nikah qeydi pozulması, nikah pozulduqdan sonra 06 aprel 2002-ci il Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı uşaqlar cavabdeh-anası Cavabdeh yanında qalması müəyyən olunması, İddiaçı 06 aprel 2002-ci ildə Abuzər və 18 sentyabr 2003-cü ildə Türkan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 21 noyabr 2016-cı ildən başlayaraq, hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinliyib, təqdim olunmuş sübutları araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası AM-nin 107.02-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi və iddiaçı məhkəməyə bu barədə mötəbər sübutlarını təqdim etməmişdir. Halbuki sübutları təqdim etmək onun hüququdur. Belə ki, aliment borcundan azad olunmaq üçün əsaslı sübut təqdim olunmamışdır. Rusiya Federasiyasında olduğu zamanlarda oğluna 2000 manat pul yolladığını iddia etsə də, bu iddianı təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə həmin iddia işdə olan sənədlər və icra məmurunun izahatı ilə təkzib olunmuşdur. İddiaçı aliment ödənilməsinin üzürlü sayılmasını cavabdehin İcra və Probasiya Şöbəsinə təqdim etdiyi ərizəsində aliment borcu məbləğini 2700 manat olaraq göstərməsi və oğlu Abuzərin 18 yaşına çatması ilə əsaslandırsa da bu yığılmış aliment borcunu ödəməmək üçün əsas ola bilməz. Azərbaycan Respublikası və Beynəlxalq hüquq normalarından da bilindiyi kimi uşağa baxmaq və onların qayğısına qalmaq valideynlərin borcudur. İddiaçı maddi imkansızlığı və bu imkansızlıq üzündən alimentin ödənilməməsinin üzrlü sayıla bilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Bunun əksinə cavabdehin nümayəndəsi və vəkili R.Kərimlinin izahatından da görünür ki, İddiaçı aliment ödəmək üçün yetərli imkanı var. Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu kimi müəyyən olunmuşdur. Valideynlər üçün oxşar vəzifə müəyyən edən Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə yuxarıda yazılan hüquq normalarını əsas götürərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində toplanmış alimentin məbləğinin silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar