Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-782/2024 17.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçıu nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə alınan kreditin yarısının qaytarılması” tələbinə dair mülki işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə alınan kreditin yarısının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 7, mənzil 176 ünvanda qeydiyyatdadır və orada yaşayır. Ona görə də mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş Elektron Məhkəmə Sstemindən çıxarışından görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 7, mənzil 176 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2. 44.2.2. Məhkəmənin öz icraatına qəbul etdiyi işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş məhkəmənin icraatına xx.xx.2024-cü ildə daxil olmuşdur. İddiaçı cavabdehin qeydiyyat ünvanını Mingəçevir şəhəri, M.Moqamayev prospekti, ev 73, mənzil 33 olaraq göstərmişdir. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında cavabdeh ərizə verərək onun qeydiyyat ünvanın ünvan 2 göstərmiş və işin aidiyyatı üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə şəxsiyyət vəsiqəsi verilmişdir. Cavabdeh yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 7, mənzil 176 ünvanıdır. Beləliklə iş məhkəməyə daxil olmazdan əvvəl cavabdehin rəsmi qeydə alındığı yer Sabunçu rayonu olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.3, 44.2.2, 45.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə alınan kreditin yarısının qaytarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-782/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-782/2024
17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver