Məhkəmə qərarları › İş №2(051)-825/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-825/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-825/2024 09.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 14 iyul 2008-ci il təvəllüdlü İlya, 28 sentyabr 2009-cu il təvəllüdlü Şəhanə, 11 avqust 2014cü il təvəllüdlü Elcan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat alimentin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 14 iyul 2008-ci il təvəllüdlü İlya, 28 sentyabr 2009-cu il təvəllüdlü Şəhanə, 11 avqust 2014-cü il təvəllüdlü Elcan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 70 manat olmaqla cəmi 210 manat alimentin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından 14 iyul 2008-ci il təvəllüdlü İlya, 28 sentyabr 2009-cu il təvəllüdlü Şəhanə, 11 avqust 2014-cü il təvəllüdlü Elcan adlı uşaqları olmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və uşaqlar onun yanında qalmışdır. Cavabdeh uşaqları ilə maraqlanmır. Onların heç bir ehtiyaclarını ödəmir. Ona görə də, Cavabdeh 14 iyul 2008-ci il təvəllüdlü İlya, 28 sentyabr 2009-cu il təvəllüdlü Şəhanə, 11 avqust 2014-cü il təvəllüdlü Elcan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 70 manat olmaqla cəmi 210 manat alimentin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, iddiaçı ilə 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların faktiki nikahından 14 iyul 2008-ci il təvəllüdlü İlya, 28 sentyabr 2009-cu il təvəllüdlü Şəhanə, 11 avqust 2014-cü il təvəllüdlü Elcan adlı uşaqları olmuşdur. Hər uşağa 70 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, 14 iyul 2008-ci il təvəllüdlü X3, 28 sentyabr 2009-cu il təvəllüdlü X2, 11 avqust 2014-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşağın yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Ona görə də Cavabdeh 14 iyul 2008-ci il təvəllüdlü İlya, 28 sentyabr 2009-cu il təvəllüdlü Şəhanə, 11 avqust 2014-cü il təvəllüdlü Elcan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 70 manat, cəmi 210 manat miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14 iyul 2008-ci il təvəllüdlü İlya, 28 sentyabr 2009-cu il təvəllüdlü Şəhanə, 11 avqust 2014-cü il təvəllüdlü Elcan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 70 manat, cəmi 210 manat məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasına xx.xx.2024-cü il tarixdən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar