Məhkəmə qərarları › İş №2(051)-833/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-833/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-833/2023 17.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı Cavabdeh İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddia ərizəsini verdiyi vaxtdan hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat məbləğində alimentin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 29 mart 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirdi ki, aralarında razılıq əldə olduğunu və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin hazırki iş üzrə tələb alimentlə bağlı olduğundan və qanunvericiliyə əsasən iddiaçı dövlət rüsumundan azad olduğundan, dövlə rüsumu ödənilməmişdir. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ərizənin geri qaytarılmasını tələb etdiyindən və cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar