Məhkəmə qərarları › İş №2(051)-843/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-843/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-843/2023 20.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun ailə üzvləri ilə bərabər ünvan 1 ünvanına köçürülmələri və cavabdehlər tərəfindən sözügedən mənzilə köçmələri bağlı yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı 9781 nömrəli Orderlə 17 mart 1981-ci ildə X2na verilmişdir. Sözügedən evdə o və qardaşları Cavabdeh2 və Cavabdeh1 istifadəçi kimi yazılmışlar. X2 xx.xx.2018-ci ildə vəfat etmişdir. Sözügedən mənzil özəlləşdirilməmiş və onlardan heç birinin adına keçirilməmişdir. Atası vəfat edənə kimi mənzildə həmin vaxt anası, o və onu ailə üzvləri (arvadı və uşaqları) yaşamışlar. Qardaşları həmin vaxt sözügedən mənzildə yaşamamışlar. Onun və ailə üzvlərinin hazırda yaşamaq üçün başqa yaşayış yeri yoxdur. O uşaqlıqdan həmin evdə yaşayır, ailə qurduqdan sonra yoldaşı ilə bərabər həmin evdə qalmışlar. Hər üç xx.xx.2004-cü il təvəllüdlü Əziz, xx.xx.2006-cı il təvəllüdlü Ülviyyə və xx.xx.2014-cü il təvəllüdlü Jalə adlı uşaqları həmin evdə anadan olmuş və orada yaşamışlar. Sözügedən mənzilin orderində onun adı var və mülkiyyət hüququnun təstiqi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Lakin qardaşlarının hərəkətləri nəticəsində mənzildən lazımi qaydada istifadə edə bilmir. Övladları ilə birlikdə uzun illərdir yaşadıqları mənzildən ayrı düşməkləri onlara problemlər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı iddiaçı, iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, sözügedən evdə 2023-cü ilin mart ayınadək yaşamışdır, sonradan qardaşları onları evdə yaşamağa qoymamışlar, belə ki, onları evdən çıxarmışlar. Onlar mübahisəli evdə qeydiyyatdadırlar. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. (Əvvəlki məhkəmə iclaslarında öz izahatında bildirmişdir ki, evdən 2018-ci il tarixdə köçüb getmişlər, hazırda başqa mənzildə kirayədə yaşayırlar. Mənzilə ehtiyacları var) Məhkəmə iclası zamanı Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, qardaşı İddiaçı 2015-ci ildən özü evi ailəsi ilə könüllü tərk etmişdir. Mingəçevir şəhərində dörd otaqlı evi olmuş, sonra oranı satıb başqa yerdə ev almışdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında iddiaçının mübahisəli mənzildən özünün könüllü olaraq getdiyini yəni evdən çıxarılmadığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştiraki olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2003-cü il tarixli, AZ-İ seriyalı 010175 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhəri VVADQ şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 45 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əzizova” soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-T seriyalı 145293 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X4 birgə nikahından xx.xx.2004-cü il tarixdə X14 doğulmuşdur. İşin materiallarında olan xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı 351968 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X4 birgə nikahından xx.xx.2014-cü il tarixdə X15 doğulmuşdur. İşin materiallarında olan xx.xx.2006-ci il tarixli, AZ-İ seriyalı 741898 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X4 birgə nikahından xx.xx.2006-cı il tarixdə X11 doğulmuşdur. İşin materiallarında olan Azərbaycan SSR Mingəçevir Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.1981-ci il tarixli, 9781 saylı orderinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 ünvan 2 ünvanından 3 otaqlı ev verilmişdir. Ailə tərkibi arvadı Əzizova Mələksuma, oğlu İddiaçı, oğlu Cavabdeh2 və oğlu Cavabdeh1 ibarətdir. İşin materiallarında olan arayışa əsasən X10 xx.xx.2018-ci ildə vəfat etmişdir. İşin materiallarında Mingəçevir şəhər 14 saylı MİS tərəfindən verilmiş arayışa əsasən Cavabdeh2, Cavabdeh1, X1 şəhəri A.Məmmədov küçəsi ev 15, mənzil 28 ünvanında yaşayırlar. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən iddiaçı tərəfindən mübahisələndirilən mənzilə köçürülməsinə dair əsaslarının mövcud olmasının sübutetmə yükü iddiaçının, lakin həmin mənzilə köçürülməsinə dair əsaslarının mövcud olmasının sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə iddiaçının ailə üzvləri ilə bilikdə mübahisəli mənzilə köçürülmələri və maneələrin aradan qaldırılması hüququna qiymət verərkən, həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin iddiaçının mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil tərəflərin mərhum X2na 17 mart 1981-ci il tarixli, 9781 saylı orderlə verilmişdir. X9, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 adları qeyd olunmuşdur. Sonradan anaları Əzizova Mələksuma və X2 2018-ci il tarixində vəfat etmişdir. Cavabdeh xx.xx.2003-cü il tarixində X3 ilə nikah bağladıqdan sonra mübahisəli evdə yaşamışlar və 3 nəfər uşaqları dünyaya gəlmişdir. Cavabdeh bundan sonra izahatına əsasən 2018-ci il tarixdə həmin mübahisəli evdən köçərək Mingəçevir şəhərində başqa mənzildə öz ailəsi ilə bərabər yaşamağa başlamışdır. İddiaçı 2018-ci il tarixidən iddia verilənədək yəni 2023-cü il tarixədək həmin mənzildə yaşamamışdır. Hazırda isə iddia tələbi irəli sürərək mənzilə köçürülməsini xahiş edir. Belə ki cavabdehlər iddiaçının həmin mənzilə köçürülməsinə mane olurlar. İlk növbədə Məhkəmə nəzərə alır ki, iddiaçının həmin mənzilə köçürülməsi üçün onun istifadə hüququnun olması və həmin hüququ əmələ gətirən əsasın aradan qalxıbqalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, iddiaçı 1981-ci il tarixdən həmin mübahisəli evdə yaşasa da sonradan iddiaçının ailə üzvləri yəni arvadı və uşaqları birlikdə həmin mənzildən könüllü köçərək Mingəçevir şəhərində başqa bir mənzildə yaşamışdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamış və könüllü surətdə evdən çıxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçının cavabdehlərin faktiki olaraq sahiblik etdikləri mənzilə olan ehtiyacı aradan qalxmışdır. Belə ki, iddiaçının istifadə hüququ itirildiyindən mənzilə köçürülməsi də əsassızdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan, ünvan 3 ünvanında yerləşən mənzil orderlə tərəflərin X2na verilmişdir. Hazırda isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyi həyata keçirir. Mənzil qanunvericiliyinin əsasən, mübahisəli mənzil xüsusi təyinatlı mənzil hesab olunur və həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddəsində qeyd olunduğu kimi ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmçinin Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər faktiki olaraq mübahisəli mənzildə yaşadıqlarından orderlə verilmiş mənzilə gözlənilən mülkiyyət hüquqlarımövcuddur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı”iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X20 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X20 Məhkəməsinin mövqeyinə uyğun gələn mövqedən yanaşmış və V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarından da göründüyü kimi, iddiaçı 1981-ci il tarixindən həmin mənzildə yaşadığından hazırki iş Azərbaycan SSR Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bununla yanaşı məhkəmə, iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına istinad etməsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı öncəki məhkəmə iclası zamanı bildirmişdir ki, mənzildən 2018-ci il tarixdə könüllü çıxıb getmişdir. İddia isə 2023-cü il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, bu müddət ərzində iddiaçının mənzilə ehtiyacı olsaydı mənzildən çıxdıqdan sonra qısa müddət ərzində evə köçürülməsinə dair iddia tələbi ilə müraciət edərdi. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçının istifadə hüququ itirildiyindən iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçının ailə üzvləri ilə bərabər mənzilə köçürülmə və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı və onun ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar