Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-845/2024 22.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X4 Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh 05 yanvar 2024-cü il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılmasıüçün hər ay 500 məbləğdə alimentin və uşaq 3 yaşına çatana kimi özünə 250 manat alimentin ərizə məhkəməyə daxil olduğu gündən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 05 yanvar 2024-cü ildə Narin adlıövladları dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan münasibətləri pisləşmişdir. Cavabdeh münasibətlərinin yaxşılaşması üçün heç bir addım atmamışdır. Hazırda o cavabdehlə ayrı yaşayır. Cavabdeh hətta uşağını saxlamaqdan da boyun qaçırdır. O uşağını çox çətinliklə saxlayır. Belə ki, cavabdeh onun hamiləliyinin 2 aylığında evdən qovmuşdur. Həmin vaxtdan da hazırki vaxtadək nə onunla, nədə ki, uşağı ilə maraqlanmamışdır. Bundan başqa o uşağı dünyaya gətirən ərəfələrdə cavabdeh bir dəfə də olsun ki, dərman xərclərini xəstəxana xərclərini ödəməmişdir. Bu azmış kimi cavabdeh heç uşağına aliment də ödəmək istəmir. Halbuki, cavabdeh diş həkimi işləyir və yüksək gəlir əldə edir. Odur ki, 05 yanvar 2024-cü il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılmasıüçün hər ay 500 məbləğdə alimentin və uşaq 3 yaşına çatana kimi özünə 250 manat alimentin ərizə məhkəməyə daxil olduğu gündən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı yoxdur. Cavabdeh işləsə də, onun aylıq gəliri cəmi 86 manat təşkil edir, belə ki, cavabdehin gün ərzində iki saat işləyir. Ondan başqa cavabdehin əlavə gəliri də yoxdur. Ona görə də iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin etibarnamə üzrə nümayəndə və vəkillərinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Mingəçevir regional ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 384 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verilmişdir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə doğulmuş X5 adlı uşağın atası Cavabdeh və anası İddiaçıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar, onların birgə nikahlarından xx.xx.2024-cü il tarixdə doğulmuş X5 adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Narin adlı uşağın doğulduğu gündən 3 il müddət keçməmişdir. Cavabdeh uşağın saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də iddiaçı sabit pul məbləğində aliment və Narin adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün vəsait tələb edir. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC-də həkim stomatoloq kimi fəaliyyət göstərir və 86,25 manat əmək haqqı alır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment və əlavə xərc tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması və əlavə xərc tələbi cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, iddiaçının da işləməsini, qanunvericiliyə əsasən uşağın saxlamasın da onun da üzərinə vəzifə qoyulmasını, həmçinin cavabdehin əmək fəaliyyəti məşğul olmasını nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat məbləğində aliment tutulmalı, eyni zamanda cavabdehdən, Narin adlı uşaq üç yaşına çatana qədər hər ay 25 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edildiyindən aliment həmin tarixdən tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin əlavə gəlirlərə malik olması barədə sübutlar məhkəmə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2024-cü il tarixdə doğulmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və Narin adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 25 (iyirmi beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-845/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-845/2024
22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver