Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-913/2020 11.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «aliment borcunun silinməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı 2020-ci ilin mart, aprel və may ayları ərzində yaranmış 300 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Mingəçevir şəhər məhkəməsinin 2(051)-1051/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən ondan xx xxxxxx 2009-cu il təvəllüdlü Kənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. O, 2020-ci ilin fevral ayına kimi aylıq aliment ödənişlərini hər ay davamlı olaraq vaxtında ödəmişdir. Son üç ayı iş yerləri bağlanmış, məhdud çərçivədə olan iş yerlərində fəaliyyət göstərmişdir. Özü musiqiçidir. Qazancı toy məclisərindən və şənliklərdən olan gəlirlərdən ibarət olur. Operativ Qərargahın müvafiq qərarına əsasən xx.xx.2020-ci il tarixə kimi ölkədə karantin rejimi tətbiq olunduğundan toy mərasimlərinədə qadağa qoyulmuşdur. Buna görə də işləyə bilmədiyinə qazancı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Başqa qazanc yeridə yoxdur. Ona görə də yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, tək işləyən özüdür uşağına da tək baxır. Uşağın maddi tələbatı günü gündən artır. Oğlu Kənanın hazırda 11 yaşı var. Ödənilməyən aliment borcuna da ehtiyacı vardır. Cavabdeh uzun müddətdir ki, aliment borcunu ödəmir. Özü Kollecdə müəllimə işləyir. Başqa bir yerdən də gəliri yoxdur. Cavabdeh isə işləyir, kifayət qədər gəlirə malikdir və uşağın saxlanması üçün maddi imkanı vardır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İşə əlavə edilmişMingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, borclu İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ödənilməyən 600 manat aliment borcu vardır. İşə əlavə olunmuş Bank Respublika tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus olan hesab nömrəsindən xx xxxxxx 2020-ci il tarixdə 100 manat pul hesabdan aliment məxaric edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1051/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnamədən görünür ki, İddiaçı tutulan alimentin məbləği artırılaraq xx.xx.2009-cu il təvəllüdlü Kənan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100(bir yüz) manat müəyyən edilərək hər ay tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edirki, iddia təmin edilməməlidir. Beləki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahdan xx xxxxxx 2020-ci ildə Kənan adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar ayrılmışlar. Ayrıldıqdan sonra uşaq Cavabdeh yanında qalmışdır. Məhkəmənin qərarı ilə uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 100 manat miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı alimenti ödəyə bilmədiyini, ona görə də aliment üzrə yaranmış borcları ödəməkdən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həmdə borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Buna görə də məhkəmə hesab edir ki, iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimen tödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağa zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilirki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdə natamam ilə və ya qismən azad edə bilər. İş materialları ilə müəyyən edilirki, iddiaçı 2020-ci ilin mart, aprel və may ayları ərzində yaranmış 300 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin yaranmış borcun digər üzrlü səbəbdən əmələ gəlməsini təsdiq edən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-913/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-913/2020
11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver