Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-923/2020 19.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı “cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayilov Elgiz oğlunun onunla birgə rəsmi nikahdan doğulmuş xx.xx.2000-ci il təvəllüdlü qızımız X2 və xx.xx.2002-ci il təvəllüdlü X1 universitetdə təhsil aldıqlarını nəzərə alaraq, onların 23 yaşına çatana kimi əlavə xərclərində iştiraka cəlb edilməsi və hər ay hər uşağa 170 manat olmaqla,cəmi 340 manat sabit pul məbləğində vəsaitin alınib ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işdə olan sənədləri araşdırıb məcmu halda qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmagı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiaçı və cavabdeh onların iştirakı olmadan işə baxılmasını tələb etməmişdir. Ərizənin baxılmamış saxlanması ilə yanaşı tərəflərə izah edilməlidir ki, MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdəərizənin baxılmamış saxlanması haqqında öz qərardadını ləğv edir. İddia ərizəsinin baxılmamış saxlanması həmin tələblə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263, 264, 267,268,395 və 396-cı maddələrini rəhbər tutub qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən 10 gün müddətində qərardaddan Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM HüseynMirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-923/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-923/2020
19.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver