Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-959/2025 23.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü Ömər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat alimentin, uşağın 3 yaşına çatana kimi 100 manat əlavə xərcin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını, daha sonra ərizə verərək 180 manat məbləğində alimentin və 20 manat əlavə xərcin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2022-ci ildə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Birgə ər-arvad münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü Ömər adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinə girdikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Ailənin bərpası üçün cəhd etsə də, cavabdeh onu dəyərləndirməmişdir. Övladı Ömərə çətinliklə, doğmalarının yardımı ilə baxır. Bu müddət ərzində Cavabdeh övladı ilə maraqlanmamışdır. Uşağına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini, buna görə də alimentə ehtiyacı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə verərək, iddia tələbini qismən qəbul etdiklərini, oğlu Cavabdeh 150 manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmişdir. İş materialları : AZ-V 094177 №li xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ 479303 №li xx.xx.2025-ci ildə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 14 № ilə qeyd edilmişdir. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00094 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh İMS-da iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli 1299 №li arayışdan görünür ki, Rzayeva X1 şəhəri, H.Əliyev prospekti, ev 35, mənzil 37 ünvanında (qeydiyyat ünvanı: 18-ci Bağ küçəsi, ev 18) qeydiyyatsız yaşayır. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə 2022-ci ildə rəsmi nikah qeydi olmadan ailə münasibətlərinə girmiş və birgə yaşadıqları dövrdə xx.xx.2023-cü il təvəllüdlü Ömər adlı uşaqları doğulmuşdur. Atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Tərəflər faktiki olaraq ayrılmışlar. Uşaq iddiaçının himayəsindədir. İddiaçı hazırda uşağının təlabatlarını ödəməkdə çətinlik çəkdiyini qeyd etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü Ömər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat məbləğində alimentin və uşağ 3 yaşına çatana kimi 20 manat əlavə xərcin tutulub ona ödənilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiyini, cavabdehin 150 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat, Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2025-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin iddia tələbinə etirazı ilə bağlı qeyd edir ki, uşağı saxlamaq vəzifəsi daşıyan valideynin gəlirlərinin az olması onu uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbini azaldaraq 180 manat həcmində alimentin və 20 manat məbləğində əlavə xərcin tutulmasını xahiş etmişdir. Eyni zamanda uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması nəzərə alınmalı, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü Ömər adlı uşağın saxlanması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (180 manat) misli həddində aliment və uşağın 3 yaşına çatana kimi saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,05 misli həddində əlavə xərc tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2025ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində aliment və uşağın 3 (üç) yaşına çatana kimi saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,05 misli həddində əlavə xərc tutularaq İddiaçı ödənilsin. Aliment xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-959/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-959/2025
23.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver