Məhkəmə qərarları › İş №2(052)-127/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-127/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-127/2024 15.08.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları 05 may 2014cü il təvəllüdlü X3 və 18 iyun 2016-cı təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 may 2014-cü il tarixdə nigahlarını Cəncə "ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə iki uşaqları X3 - 05 may 2014-cü il təvəllüdlü və X4 - 18 iyun 2016-cı təvəllüdlü olmuşdur. Daha sonra cavabdehlə birgə yaşamaları mümkün olmadığı üçün ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalmış və hal-hazırda da onunla birlikdə yaşayırlar. Cavabdeh bu müddətdə uşaqları barədə heç düşünməmiş, onların harada yaşaması, necə dolanması onun vecinə də olmamışdır. Hazırda cavadehdən sabit pul məbləğində hər uşaq üçün yaşayış minimumu həddində, yəni 235 (iki yüz otuz beş) manat, iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Belə ki, daha əvvəl cavabdehdən uşaqların saxlanılması üçün alimentin tutulmasına dair məhkəmə qərarları qəbul edilsə də, sonradan cavabdeh ilə barışdıqları üçün o, icra şöbəsinə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən alimentin tutulmasına dair icra işlərinə xitam verilmişdir. Daha sonra yenidən ayrılsalar da, cavabdeh daimi olaraq uşaqların saxlanılması üçün ona aylıq ödənişlər etmişdir. Lakin cavabdeh həmin məbləğləri hər dəfə onun deməsindən sonra və hissə-hissə olmaqla ödədiyindən uşaqların tələbatlarını vaxtı-vaxtında ödəməkdə əziyyət çəkmişdir. Bu səbəbdən istəyir ki, aliment məbləği ona rəsmi şəkildə konkret gündə və konkret məbləğdə ödənildin. O özü hazırda "xxxx" MMC-də işləyir və 320 manat əmək haqqı alır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, ümumiyyətlə gələcəkdə uşaqlarının anaları ilə yaşamasını istəmir. Çünki iddiaçı hazırda uşaqlarına lazımi qaydada qayğı göstərmir. İddiaçı gün ərzində işdə olur, işdən sonra isə evdə uşaqları tək və baxımsız qoyaraq idman zalına və sair yerlərə gedir. Uşaqlar ilə əlaqə saxlayan zaman isə, onlar daim evdə kimsəsiz və baxımsız olduqlarını, yəməklərinin yaxşı olmadığını, yalnız mərci və makaron yediklərini, analarının onları evdə tək qoyaraq getdiyini bildirirlər. Bu səbəbdən yaxın zamanda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, uşaqların analarından alınaraq ona verilməsini xahiş edəcəkdir. Bundan başqa hazırda qətnamə olmasa da, o, daim uşaqların xərclərini ödəmiş, hər ay iddiaçıya yetəri qədər pul vəsaitləri ödəmişdir. Daimi olaraq iddiaçıya 400, 500, hətta 700 manat ödədiyi vaxtlar olmuşdur. Lakin iddiaçı həmin məbləğlərin ən çoxu 100 manatını uşaqları üçün xərcləmişdir. Əvvəllər mebel ustası kimi fəaliyyət göstərsə də, hazırda sağlamlığı ilə bağlı işləmir və daimi iş yeri, eləcə də qazancı yoxdur. Bu səbəbdən iddianın qismən, yəni hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat miqdarında təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 may 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 iyun 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli müvəqqəti aliment təyin edilməsi barədə qərardadından görünür ki, məhkəmənin aliment təyin olunması barədə qətnaməsi çıxanadək 05 may 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 108 manat aliment Cavabdeh alınıb İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan Goranboy rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural İsayevin xx.xx.2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(052)-59/2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 10 iyun 2016-cı il tarixli, 2(052)- 59/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17 may 2014cü il tarixdə Gəncə “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 805 saylı nikah qeydi pozulmuşdur. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(052)- 07/2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 18 iyun 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Goranboy rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural İsayevin xx.xx.2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(052)-07/2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən əldə olunmuş arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir və 345 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsi 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iki nəfər azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat, cəmi 470 manat alimentin tutulması tələbinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən 17 iyul 2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 may 2014-cü il təvəllüdlü X2 və 18 iyun 2016-cı təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 17 iyul 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar