Məhkəmə qərarları › İş №2(052)-73/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-73/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-73/2025 13.05.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X12 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin edilmiş alimentin miqdarının azaldılaraq 18 may 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 2(052)- 58/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən 18 may 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına şatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Sonradan isə cavabdehin ərizəsinə əsasən Naftalan Şəhər Məhkəməsinin 8(052)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin məbləği indeksasiya olunmuş, nəticədə məbləğ artırılaraq minimum əmək haqqının 0.72 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. O, hazırda təyin olunan aliment pulu ilə razı deyildir və həmin məbləği ödəməyə imkanı çatmır. Belə ki, sonradan başqa qadınla, Nümayəndə ilə nikaha daxil olmuş, birgə nikahdan 3 nəfər oğlu-xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2020ci il təvəllüdlü X3 və eyni təvəllüdlü X4 adlı ekiz uşaqları anadan olmuşdur. O, evdə tək qazanc gətirəndir. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq əmək haqqısı 441 manatdır. Onun bundan başqa qazancı və gəliri yoxdur. Təyin olunan alimentin məbləği isə çox yüksəkdir və onun həmin məbləğdə aliment ödəməyə gücü çatmır. Ona əmək haqqından çox az miqdarada pul qalır və həmin məbləğlə də, ailəsini saxalaya bilmir. Cavabdeh isə Naftalan şəhər körpələr evində işləyir, bildiyinə görə 500 manatdan çox əmək haqqı alır. Odur ki, tutulan aliment məbləğinin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Asif onun həyat yoldaşıdır. Birgə nikahlarından 3 nəfər övladları dünyaya gəlmişdir. Böyük oğlu xx.xx.2017-ci, digər iki nəfər oğilları isə əkizdirlər və xx.xx.2020-ci ildə anadan olmuşlar. Yoldaşı hazırda özəl kursların birində müəllim işləyir və aylıq 441 manat əmək haqqı alır. Onun əlavə qazancı və gəliri yoxdur. Uşaqlar azyaşlı olduqları üçün isə, o, özü də işləyə bilmir və evdə uşaqların qayğısına qalır. Bu səbəbdən Asifə maddi olaraq köməklik göstərə bilmir. Həm Asifin, həm də onun valideynləri onlara maddi köməklik göstərir. Asifin hazırda indeksasiya olunmuş aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Həmçinin cavabdeh özü işləyir və əmək haqqı alır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Nümayəndə arasında 02 fevral 2017-ci il tarixdə Goranboy rayonu Əlirzalı S.Ə.D-də 02 nömrə ilə nikah bağlanmışdır. Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası İddiaçı, ana qrafasında isə anası Nümayəndə göstərilmişdir; Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası İddiaçı, ana qrafasında isə anası Nümayəndə göstərilmişdir; Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası İddiaçı, ana qrafasında isə anası Nümayəndə göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(052)-58/2019 saylı qətnaməsinin surətindən görünür ki, Naftalan Şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli 2(052)-134/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 18 may 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 130 (yüz otuz) manat miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Naftalan Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(052)-03/2025 saylı qərardadının surətindən görünür ki, Naftalan Şəhər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(052)-58/2019 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği indeksasiya olunmuş, 18 may 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.72 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil idarəsində tərbiyəçi (uşaq bağçası/peşəkar) vəzifəsində işləyir və aylıq 575 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-3-cü bəndində qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə iddiaçının himayəsində əlavə üç nəfər azyaşlı uşağın olmasına, cavabdehin isə daimi iş yerinin olmasına, eləcədə işin diqqətəlayiq hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naftalan Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(052)-03/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, azyaşlı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia qismən təmin edilən zaman azaldılmış alimentin miqdarının tutulmasının hesablanmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(052)-03/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. 18 may 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin azaldılmış miqdarının hesablanmasına başlansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar