Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-10/2024 20.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı cavabdeh Səlimova (Babayeva) Zülfiyyə İnqilab qızına qarşı «Atalıq faktoruna dair qeydlərin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 2019-cu il təvəllüdlü X7 bioloji atasının İddiaçı olmaması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin “atalıq qrafasında ata ad, soyad vǝ ata adı kimi “İddiaçı” kimi yazılmasına dair qeydlərin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdeh X5 ilə arasında Şirvan şəhər qeydiyyat şöbəsində 02 iyul 2018-ci il tarixli, 224 nömrəsi ilə qeydə alınmış rəsmi nikah Nefçala Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, cavabdehin dünyaya gətirdiyi 20 oktyabr 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün aylıq 110 (yüz on) manat alimentin tutulması müəyyən edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 20 oktyabr 2019-cu il təvəllüdlü X7 doğum haqqında şəhadətnaməsinin atalıq qrafasında İddiaçı Nürəddin oğlu kimi qeydlər aparılmışdır. Uşağın ona məxsus olmasına əsaslı şübhələri vardır. Belə ki, uşaq dünyaya gələndən 11 ay öncə (2018-ci ilin noyabr ayının əvvəlləri) onlar faktiki münasibətlərini bitirmiş və həmin zaman cavabdeh hamilə olmamışdır. Bundan əlavə olaraq birgə yaşadıqları dövrdə də, cavabdeh onunla ər-arvad kimi yaxın münasibət qurmasına imkanları məhdudlaşdırmış, ailə münasibətləri də elə bu səbəbdən və digər məxfiliyi qorunacaq səbəblərdən bitmişdir. O, 2019-cu ilin iyul ayında ölkəni tərk etmiş, 29 dekabr 2022- ci il tarixində ölkəyə qayıtmışdır. Göründüyü kimi İddiaçı Nürəddin oğlunun atasıdır kimi qeyd edilən azyaşlı 20 oktyabr 2019-cu il təvəllüdlü X7 atası olmasına əsaslı şübhə və faktlar öz təsdiqini tapmaqdadır. Dəfələrlə cavabdehə uşaqla birlikdə tibbi muayinədən keçməsi üçün dəvət etsə də, cavabdeh tərəf müxtəlif bəhanələrlə uşağın atası ilə yəni onunla tibbi muayinədən keçməsindən imtina etmişdir. Bu da cavabdeh tərəfin ona münasibətdə hal-hazırda iddia etdiyi faktların uzə çıxarılmasına maneə kimi qəbul edilməkdədir. Azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X7 doğum haqqında şəhadətnaməsinin “atalıq qrafası” nda ata ad, soyad və ata adı kimi “İddiaçı” kimi qeyd edilmişdir. Hal-hazırda 20 oktyabr 2019-cu il təvəllüdlü X7 doğum haqqında şəhadətnaməsinin “atalıq qrafası”nda ata ad, soyad və ata adı kimi “İddiaçı” kimi yazılmasına dair qeydlərin silinməsi, atalıq faktorunun iddiaçı tərəf olan İddiaçı münasibətdə ləğv edilməsi mütləq və zəruridir. Artıq bir ilə yaxındır ki, məhkəmə davam edir. Mülki iş materialı iki dəfə ekspertizaya göndərilmişdir. Hər ikisində də cavabdeh iştirak etməmişdir. Məhkəmə tərəfindən cavabdehə kifayət qədər vaxt verilmiş, lakin o, məhkəməyə və ekspertizaya gəlməkdən yayınmışdır. İcra məmuru da alimentlə bağlı onu narahat etmir. Sonradan bu məsələ tərəfindən ictimailəşdirildi. Cavabdehlə ümumiyyətlə heç vaxt ər-arvad kimi münasibətləri olmamışdır. Cavabdeh yatarkən başının altında bıcaq qoyaraq bildirirdi ki, “yaxınlaşsan özümü öldürərəm”. İddiaçı qeyd edir ki, o, fəhlə işləyir. Evə gələndə cavabdehin evdə olmadığını görüb valideynlərinə bu barədə məlumat vermişdir. Cavabdeh özbaşına evlərinə və Şirvan şəhərinə xalasıgilə gedirdi. Onunla 2018-ci ildən ayrılmış, onun hamilə olduğunu bilməmişdir. Həmin vaxt Türkiyə Respublikasında işləmiş, sonra bilmişdir ki, uşaq dünyaya gəlmişdir. Azərbaycan Respublikasına gələndə onu hava limanında saxlamışlar. Məlum olmuşdur ki, aliment borcuna görə saxlanılmışdır. 2018-ci ildən sonra cavabdehlə əlaqəsi olmamışdır. Onun Aqil adlı şəxslə əlaqəsi olduğunu eşitmişdir. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili qismində çıxış edən Vəkil da iddianı müdafiə edərək iddiaçının məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İşin mahkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 Babayevin anası olduğunu, oğlunun 2018-ci ildə ailə qurduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, tərəflərin xx.xx.2018-ci ildə toyları olmuş, gəlini olmuş cavabdeh toydan sonra otağından çölə çıxmamış, yeməyini də otağında yemişdir. 01 sentyabr 2018-ci ildə o, xəstələnmiş, gəlini olan cavabdeh isə ona heç vaxt yaxınlaşmamışdır. Valideynlərini çağırmışdır ki, bu nə məsələdir. Onlar gəlmiş, gəlinin qardaşı ona demişdir ki, “canın çıxsın öz işini özün gör, mənim bacım sənin hambalın deyil”. Sonra cavabdeh oğlunu aldadaraq kirayədə gedib yaşamaq istədiyi bildirmiş və onlar bir müddət kirayədə yaşamışlar. Həmin vaxtda da o, ərinə baxmamışdır. Oğlu 13 oktyabr 2018-ci ildə Türkiyəyə getmişdir. Ona 2020-ci ildə məlum olmuşdur ki, nəvəsi olub. O uşağın onun oğlu ilə heç bir bağlılığı yoxdur. Buna baxmayarq 2021-ci ilin yanvar ayında aliment kəsilmişdir. Oğlu ona bildirmişdir ki, gəlinlə heç bir ər-arvad münasibəti olmayıb. Bu məsələ ictimailəşdirilmiş, Xəzər TV-nin verlişində müəyyən edilmişdir ki, uşağa qoyulan ad cavabdehin yaşadığı şəxsin adıdır. İşin məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 Babayevin xalası olduğunu bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, bacısı ona demişdir ki, gəlin ailəsinə baxmır. Onlar bacısından “başlıq parası” istəmişlər. Bacısı da qızıl alıb onlara vermişlər. O, bacısıgilə qonaq gəlmiş və gəlinlə görüşmək istəmişdir. Bacısı ona demişdir ki, gəlin otaqda ola-ola otağa girmə, səni təhqir edər. Sonra eşitmişdir ki, bacısı oğlu və onun yoldaşı kirayədə yaşayırlar. Sonra bacısı oğlu Türkiyəyə getmiş, sonradan eşitmişdir ki, Taryelin oğlu olub. Doğulan uşaq onların evlilik dövrünə düşməmişdir. Bacısına bildirmişdir ki, gəlinin oğlunla ailə münasibətləri olmaya-olmaya necə uşaqları oldu. Həmçinin oğlu da bir xalaoğlu kimi Taryeldən bu uşaq kimindir soruşduqda, Taryel uşağın onun uşağı olmadığını bildirmişdir. İddiaçı tərəf işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçını və nümayəndəni dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-656/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X6 qarşı qızıl-zinət əşyalarının və ödənilmiş 30 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası tam təmin edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, xx.xx.2020-ci ildə isə nikahları pozulmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş sorğudan görünür ki, X11 20 oktyabr 2019-cu ildə Salyan rayonunda anadan olmuşdur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İşə əlavə olunmuş 30 oktyabr 2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, X5 ilə cavabdeh İddiaçı arasında 02 iyul 2018-ci il tarixdə Şirvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 224 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 20 oktyabr 2019-cu ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək anası X3 yanında saxlanılmış və azyaşlı 20 oktyabr 2019-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 110 manat sabit pul məbləğində aliment Neftçala Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(053)-432/2020 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləğindən çıxılmaqla cavabdeh İddiaçı tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-318/2023 nömrəli iş üzrə 12 iyun 2023-cü il tarixli qərardadlarından görünür ki, iddiaçının nümayəndəsinin verdiyi vəsatət təmin olunmuş və qeyd olunan iş üzrə iddiaçının istifadəsində olmuş 050 672-82-53 və cavabdehin istifadəsində olmuş 055 854-45-26 mobil nömrələrinin 2018-ci ilin noyabr ayının əvvəlləri və xx.xx.2019-cu il zaman çərçivəsində anten dairələrinin müəyyən olunması qərara alınmışdır. Eyni tarixli qərardadla iddiaçının nümayəndəsi, Vəkil məhkəmə-tibbi ekspertizasının təyin olunmasına dair vəsatəti qismən təmin edilmiş, iş üzrə Məhkəmə-tibbi bioloji ekspertizası təyin edilmiş və ekspertizanın DNT təhlili üzrə aparılması qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. “Azercell”in xx.xx.2023-cü ildə daxil olmuş 25 iyul 2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilmiş nömrənin qərarda göstərilən müddət üzrə mövcud olan əhatə dairəsinə dair məlumatlar 1 ədəd CD diskdə məhkməyə təqdim edilmişdir. “Bakcell”in xx.xx.2023-cü ildə daxil olmuş 02 avqust 2023-cü il tarixli məktubundan görünür ki, məhkəmənin sorğusu ilə əldə olunmuş mümkün məlumatlar 1 ədəd CD diskdə məhkəməyə təqdim edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 9/691 nömrəli Neftçala Rayon Məhkəməsinə ünvanlanmış vəsatətdən görünür ki, ekspertizanın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş, göstərilən vaxt və tarixdə tərəflərin Birliyin məhkəmətibbi biologiya şöbəsində iştirakının təmin olunması xahiş edilmişdir. İşə əlavə olumuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iclas katibi tərəfindən yuxarıda qeyd olunan vəsatətlə əlaqədar iddiaçının nümayəndəsinə və cavabdehə telefon vasitəsilə məlumat verilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 xx.xx.2023-cü ildə daxil olmuş 9/829 nömrəli məktubunda qeyd olunur ki, sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, X5 isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq 2(053)-318/2023 saylı mülki iş bir cilddə və qərardad icra edilmədən sizə geri qaytarılır. xx.xx.2023-cü il tarixli məktubla Neftçala Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərardadı icra olunması üçün yenidən mülki işlə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 9/1044 nömrəli Neftçala Rayon Məhkəməsinə ünvanlanmış vəsatətdən görünür ki, ekspertizanın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş, göstərilən vaxt və tarixdə tərəflərin Birliyin məhkəmətibbi biologiya şöbəsində iştirakının təmin olunması xahiş edilmişdir. İşə əlavə olumuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iclas katibi tərəfindən yuxarıda qeyd olunan vəsatətlə əlaqədar iddiaçının nümayəndəsinə və cavabdehə telefon vasitəsilə ekspertizanın vaxtı və yeri haqqında lazımı məlumat verilmiş, lakin cavabdeh X5 xx.xx.2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş ekspertizada iştirak etməyəcəyini bildirmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 xx.xx.2023-cü ildə daxil olmuş 9/1136 nömrəli məktubunda qeyd olunur ki, sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, X5 isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi ekspertizanın keçirilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq 2(053)-318/2023 saylı mülki iş bir cilddə və qərardad icra edilmədən sizə geri qaytarılır. Neftçala Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, işin hazırlıq iclası 28 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Həmçinin Məhkəmənin 28 dekabr 2023-cü il tarixli qərardadı ilə müki iş üzrə məhkəmədə işin baxılma müddəti iki ay müddətində uzadılmışdır. 2024-cü ildə işə yeni 2(053)-10/2024 nömrəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 47.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər». Həmin Məcəllənin 52.2 və 52.5-ci maddələrinə əsasən “Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir», «...iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır». Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən «Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər». Yuxarıda qeyd olunan hər iki SD disklərə baxış keçirilərkən müəyyən edilir ki, iddiaçıya məxsus mobil nömrənin anten dairəsinin 2018-ci il noyabr ayından xx.xx.2019-cu il zaman çərçivəsində cavabdehə məxsus mobil nömrənin anten dairəsi ilə eyni ərazidə olmaması müəyyən edilir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdehin məhkəmə iclaslarına gəlməməsi və ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etməsi və ya onun keçirilməsinə mane olması (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir və s.) hallarını həmin tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir”. Məhkəmə işin faktiki hallarını, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarını nəzərə alıb, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə 20 oktyabr 2019-cu il tarixdə Salyan rayonunda anadan olmuş X7 bioloji atasının İddiaçı olmaması müəyyən edilməli, 20 oktyabr 2019-cu il tarixdə Salyan rayonunda anadan olmuş X7 doğumu ilə bağlı doğum haqqında akt qeydləri kitabında 2019-cu ildə aparılmış qeydiyyatda və doğum haqqında şəhadətnamədə onun atasının İddiaçı olmasına dair qeyd yazısı ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 20 oktyabr 2019-cu il tarixdə Salyan rayonunda anadan olmuş X7 bioloji atasının İddiaçı olmaması müəyyən edilsin. 20 oktyabr 2019-cu il tarixdə Salyan rayonunda anadan olmuş X7 doğumu ilə bağlı doğum haqqında akt qeydləri kitabında 2019-cu ildə aparılmış qeydiyyatda və doğum haqqında şəhadətnamədə onun atasının İddiaçı olmasına dair qeyd yazısı ləğv edilsin. Qətnamənin icrası Neftçala rayon qeydiyyat şöbəsinə həvalə olunsun. Cavabdehə izah edilsin ki, Qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-10/2024
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-10/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver