Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1000/2022 13.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, uşağı – 14 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə ailə qurduğunu, nikahlarını 28 iyun 2019-cu ildə rəsmiləşdirdiklərini bildirmişdir. Onların həmin nikahdan 14 oktyabr 2020-ci il təvəllüdlü X2 adlı uşağı doğulub. Cavabdeh onu və uşağını saxlamaqdan imtina etmiş və ailənin dolanışığına heç bir maddi yardım göstərməmişdir. Bu səbəbdən cavabdehdən aliment tələb etmək məcburiyyətində qalıb. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qubadlı rayonu N saylı hərbi hissəsində xidmət edir. Göstərilənlərə əsasən, iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı (iddiaçının nikahdan əvvəlki soyadı “Məmmədova” olub) ilə Cavabdeh arasında 28 iyun 2019-cu ildə nikah bağlanıb. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, tərəflərin ailə münasibətlərindən 14 oktyabr 2020-ci ildə X2 adlı uşaq doğulmuşdur. İddiaçının bildirdikləri ilə müəyyən olunur ki, uşaq hazırda onun yanında qalır. “X3 İştirak Edilməməsi barədə” arayışdan görünür ki, cavabdehə 19 avqust 2022-ci il tarixli mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh X3 iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay «1 uşağa görə – qazancının (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi» miqdarında aliment tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktik hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, 14 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (və ya) başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən “Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 05 oktyabr 2022-ci ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. 14 oktyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin hesablanması və ödənilməsi 05 oktyabr 2022-ci ildən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra on gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1000/2022
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-1000/2022
13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver