Məhkəmə qərarları › İş №2(053)-1027/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1027/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1027/2024 24.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 iyun 2007-ci il təvəllüdlü X4, 11 sentyabr 2010-cu il təvəllüdlü X2, 12 avqust 2014-cü il təvəllüdlü X5 və 21 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün qazancın və bütün gəlirlərinin (başqa gəlirlərin) yarısı hissəsindən aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 08 oktyabr 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında iştirak edib, iddiasını müdafiə edərək Cavabdeh ilə 25 sentyabr 2006-cı ildə el adətinə uyğun olaraq ailə həyatı qurduğunu, 13 fevral 2007-ci ildə isə nikah bağladığını qeyd etmiş, həmin nikahdan 21 iyun 2007-ci il təvəllüdlü X8, 11 sentyabr 2010-cu il təvəllüdlü X6, 12 avqust 2014-cü il təvəllüdlü X9 və 21 sentyabr 2017-ci il təvəllüdlü X7 adlı uşaqlarının doğulduğunu bildirmişdir. Cavabdehlə aralarında davam edən ailə münaqişəsi nəticəsində faktik olaraq ayrılmışlar. Cavabdeh nə ona, nə də uşaqlarına baxmır. Uşaqlar hal-hazırda onun himayəsindədir və onlar ünvan 1 ünvanında kirayədə yaşayırlar. Cavabdeh Qarabağda hərbiçi işləyir və yüksək əmək haqqı alır. Hal-hazırda da o, hərbi xidmətdədir. Qeyd edir ki, cavabdehlə birgə yaşasalar da, o, uşaqları ilə maraqlanmır, onların böyüyüb saxlanılması üçün ona dəstək olmur. Cavabdeh hər həftənin beşinci günü evə gəlir, birinci gün öz işinə qayıdır. O, aylıq əmək haqqı verilən zaman evə gəlmir, gəlsə də ailəsinə heç bir maddi dəstək göstərmir. Uşaqlara özünün və atasının maddi köməkliyi ilə çox çətinliklə baxır. Uşaqlarının normal yaşayıb böyüməsi üçün daimi maddi və mənəvi qayğı zəruridir. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşaqlarının saxlanılması vaxt keçdikcə daha da mürəkkəbləşir. Uşaqlarını normal böyütmək üçün alimentə ehtiyacı var. Alimentlə bağlı ilk olaraq 27 iyun 2024-cü il tarixdə qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edibdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı 08 oktyabr 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək Samux rayonu, Seyidlər kəndində yaşadığını, maddi imkanı olmadığı üçün növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edildiyinə baxmayaraq gəlmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı və cavabdeh arasında 13 fevral 2007-ci ildə nikah bağlanmışdır. İddiaçının nikahdan əvvəlki soyadı «İsmayılova» olub. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, X8 21 iyun 2007-ci ildə, X6 11 sentyabr 2010-cu ildə, X9 12 avqust 2014-cü ildə, X7 21 sentyabr 2017-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İddiaçının bildirdikləri ilə müəyyən olunur ki, uşaqlar hazırda onun yanında qalırlar. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay «3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı» miqdarında aliment tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktik hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, 21 iyun 2007-ci il təvəllüdlü X4, 11 sentyabr 2010-cu il təvəllüdlü X2, 12 avqust 2014-cü il təvəllüdlü X5 və 21 sentyabr 2017ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (və ya başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 27 avqust 2024-cü ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 21 iyun 2007-ci il təvəllüdlü X4, 11 sentyabr 2010-cu il təvəllüdlü X2, 12 avqust 2014-cü il təvəllüdlü X5 və 21 sentyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının (və ya başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 27 avqust 2024-cü ildən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar