Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1052/2024 21.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad etmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-22/2024 nömrəli iş üzrə 27 mart 2024-cü tarixli nömrəli qətnaməsi ilə 16 oktyabr 2012-ci il təvəllüdlü X3 aid olan hissədə yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissə miqdarında alimentin dayandırılması və 16 oktyabr 2012-ci il təvəllüdlü X3 təyin olunmuş alimentə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Cavabdeh ilə 17 noyabr 2014-cü ildə nikah bağladığını, həmin nikahdan 13 noyabr 2010-cu ildə X7, 16 oktyabr 2012-ci ildə X6 və 20 may 2019-cu ildə X10 adlı uşaqlarının doğulduğunu bildirmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-22/2024 nömrəli iş üzrə 27 mart 2024cü il tarixli qətnaməsi ilə cavabdehlə nikahı pozulmuş, 16 oktyabr 2012-ci il təvəllüdlü X2 və 20 may 2019-cu il təvəllüdlü X8 boşanmadan sonra Cavabdeh yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün ondan hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Eyni qətnamə ilə 13 noyabr 2010-cu il təvəllüdlü X4 boşanmadan sonra onun (iddiaçının) yanında qalması müəyyən edilmiş və bu uşağın saxlanılması üçün Cavabdeh hər ay 150 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona (iddiaçıya) ödənilməsi qət edilmişdir. İddiaçı qeyd edir ki, 16 oktyabr 2012-ci il təvəllüdlü X6 cavabdehin razılığı ilə 13 iyun 2024-cü il tarixindən etibarən onun (iddiaçının) yanında qalır və o (iddiaçı), uşağın bütün xərclərini özü qarşılayır. Cavabdeh isə uşağın saxlanması üçün ümumiyyətlə heç bir pul məbləği vermir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını, yəni 16 oktyabr 2012-ci il təvəllüdlü uşağı X3 görə cavabdehə Cavabdeh aliment ödəməkdən azad olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin 24 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini bildirərək, eyni zamanda qeyd etmişdir ki, 16 oktyabr 2012-ci il təvəllüdlü uşağı X6 həqiqətən də 13 iyun 2024-cü il tarixindən etibarən İddiaçı yanında qalır və iddiaçı uşağın bütün maddi və s. tələbatlarını özü ödəyir. Göstərilənlərə əsasən iddianı qəbul edir və onun təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh 15 noyabr 2024-cü ildə məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini və şəxsi işi ilə əlaqədar məhkəməyə gəlməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin ərizəsini nəzərə alaraq sonrakı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilə cavabdehin birgə ailə münasibətlərindən 16 oktyabr 2012ci ildə X6 adlı uşaq doğulub. Uşağın atası İddiaçı, anası isə Cavabdehdır. Bağırova (Orucova) İlahə Bəhlul qızı ilə İddiaçı arasında 17 noyabr 2014-cü ildə bağlanmış və 396 nömrəsi ilə qeydə alınmış nikah Neftçala Rayon Məhkəməsinin 2(053)- 22/2024 nömrəli iş üzrə 27 mart 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, 16 oktyabr 2012-ci il təvəllüdlü X2 və 20 may 2019-cu il təvəllüdlü X8 boşanmadan sonra Bağırova (Orucova) İlahə Bəhlul qızının yanında qalmaları müəyyən edilmiş, 16 oktyabr 2012-ci il təvəllüdlü X2 və 20 may 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Bağırova (Orucova) İlahə Bəhlul qızına ödənilməsi qət edilmişdir. Eyni qətnamə ilə 13 noyabr 2010-cu il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı yanında qalması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Bağırova (Orucova) İlahə Bəhlul qızından hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilib. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Neftçala rayonu, T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbi tərəfindən verilmiş arayışların məzmunundan görünür ki, 16 oktyabr 2012-ci il təvəllüdlü X1 rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsində atası İddiaçı yanında yaşayır və eyni qəsəbədə yerləşən T.İsmayılov adına tam orta məktəbin 7-ci sinfində təhsil alır. Beləliklə tərəflərin məhkəməyə bildirdikləri və iş materialları ilə müəyyən olunur ki, 16 oktyabr 2012-ci il təvəllüdlü X6 hazırda İddiaçı yanında qalır və uşağın bütün maddi və s. ehtiyacları iddiaçının özü tərəfindən qarşılanır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə hesab edir ki, 16 oktyabr 2012-ci il təvəllüdlü X2 hazırda iddiaçının yanında qalması, uşağın bütün maddi və s. ehtiyaclarının iddiaçı özü tərəfindən qarşılanması istər İddiaçı, istərsə də Cavabdeh maddi vəziyyətində baş vermiş diqqətəlayiq dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən «Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər». İşin hallarından görünür ki, 13 noyabr 2010-cu il təvəllüdlü X7 və 16 oktyabr 2012-ci il təvəllüdlü X6 hazırda faktik olaraq İddiaçı, 20 may 2019-cu il təvəllüdlü X10 isə Cavabdeh yanında qalırlar. Lakin, iddiaçı öz yanında qalan 16 oktyabr 2012-ci il təvəllüdlü X2 bütün maddi və s. qayğılarını qarşıladığına baxmayaraq, yuxarıda göstərilən məhkəmə qətnaməsinin qüvvəsinə görə həmin uşağa görə cavabdehə aliment ödəmək məcburiyyətindədir. İddiaçının daimi (müntəzəm) qazancı (gəliri) vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay «1 uşağa görə – qazancının (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi» miqdarında aliment tutulur. Məhkəmə işin faktik hallarını və ailə qanunvericiliyinin yuxarıda istinad olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı 16 oktyabr 2012-ci il təvəllüdlü X3 görə aliment ödəməkdən azad edilməli, 20 may 2019-cu il təvəllüdlü X9 görə cavabdehə ödədiyi alimentin məbləği qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 16 oktyabr 2012-ci il təvəllüdlü uşağı X3 görə aliment ödəməkdən azad edilsin. 20 may 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşana çatanadək saxlanması üçün İddiaçı cavabdeh Orucova (Bağırova) İlahə Bəhlul qızının xeyrinə hər ay tutulmalı olan alimentin məğləği iddiaçının qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında müəyyən edilsin. Alimentin yeni qaydada hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1052/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1052/2024
21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver