Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1061/2022 20.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün alimentin 386 manat məbləğində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 01 dekabr 2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 22 aprel 2022-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 193 manat, ayda 386 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək Cavabdeh ilə 14 fevral 2020-ci ildə nikah bağladığını, onunla birgə nikahından 22 aprel 2022-ci ildə X3 və X4 adlı əkiz uşaqlarının doğulduğunu bildirmişdir. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, bir-birilərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyumağa başlamış, yaşadığı mühitə uyğunlaşa bilməməsi səbəbindən cavabdehlə aralarında mübahisə yaranmışdır. Dəfələrlə cavabdehə bu barədə etirazını bildirib, ayrı yaşamaq barədə xahiş etsə də, heç bir faydası olmamışdır. Cavabdeh yeni doğulmuş körpələrin qayğıları ilə maraqlanmır. Beləliklə, münasibətləri daha da korlanmış, hazırda tamamilə kəsilmişdir. Hazırda ayrı-ayrılıqda yaşayırlar. Uşaqlar isə onun (iddiaçının) yanında qalırlar. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmadığından və heç bir köməklik göstərmədiyindən uşaqların maddi təminatının ödənilməsində çətinlik çəkir. Böyük əkin sahəsi və şəxsi təsərrüfatı olan cavabdeh heyvandarlıqla və balıqçılıqla da məşğuldur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə münasibətləri normal olmuş, aralarında ciddi bir narazılıq olmamış, yalnız ayrı yaşamaqla bağlı fikir ayrılığı mövcud olmuşdur. Belə ki, iddiaçı ondan valideynlərindən tamamilə ayrı yaşamağı tələb etmiş, bu barədə razılığa gələ bilmədiklərindən iddiaçı ondan ayrılmışdır. Təxminən 1 il 4 aya yaxındır ki, ayrı yaşayırlar. Hələ ki, nikahları pozulmayıb. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur, çünki fərdi qaydada fəhləliklə məşğul olur. Aylıq qazancı isə uşaqlara ümumilikdə 386 manat aliment ödəməsinə imkan vermir. Ona görə də hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə hər ay 200 manat məbləğində aliment ödəyə bilər. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərə görə iddia qismən təmin edilməlidir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 14 fevral 2020-ci ildə nikah bağlanıb. İddiaçının nikahdan əvvəlki soyadı “Cəfərli” olub. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin ümumi ailə münasibətlərindən 22 aprel 2020-ci ildə X4 və X3 adlı əkiz uşaqlar doğulub. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, uşağın əvvəlki təminat səviyyəsini saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 150 manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». İddia ərizəsi məhkəməyə 01 noyabr 2022-ci ildə daxil olub. Beləliklə, alimentin hesablanması və ödənilməsi 01 noyabr 2022-ci ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 22 aprel 2022-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 01 noyabr 2022-ci ildən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1061/2022
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1061/2022
20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver