Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1075/2024 16.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı uşağın saxlanılması üçün anaya ödənilən müavinətin dayandırılması tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirdiyinə görə onun saxlanılması üçün təyin edilmiş əmək pensiyasının anası Cavabdeh hər ay üçün ödənilən tam hissəsinin ödənişinin dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 49.1, 49.2, 49.3 və 49.5-ci maddələrinə əsasən «Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur», «On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər», «Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər» və «Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər». İddia ərizəsinə əlavə olunmuş «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2009-cu il tarixdə doğulmuşdur. Onun atası X1, anası isə Cavabdehdır. İddia ərizəsinə əlavə olunmuş Neftçala Rayon İcra Hakimiyyəti başçısının 14 noyabr 2022-ci il tarixli 150 nömrəli sərəncamından görünür ki, yetkinlik yaşına çatmayan, xx xxxxx 2009-cu il təvəllüdlü İddiaçı ilə bağlı zəruri hüquqi prosedurları həyata keçirmək üçün ona əmisi X2 qəyyum təyin edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan Məcəllənin tələblərinə əsasən yalnız qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edə bilərlər. Yuxarıda sadalananlardan görünür ki İddiaçı 15 yaşı var və o, yetkinlik yaşına çatmayıb. Həmçinin müəyyən olunur ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 14 noyabr 2022-ci il tarixli 150 nömrəli sərəncam ilə X2 (iddiaçının əmisi) İddiaçı ilə bağlı zəruri hüquqi prosedurları həyata keçirmək üçün ona qəyyum təyin edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd olunan tələblə məhkəməyə müraciət etməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Hazırkı qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən «Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur». Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1075/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1075/2024
16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver