Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1136/2022 09.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Kreditor borclular Borclu1 və Borclu2 qarşı “borc” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor məhkəməyə ərizə ilə müraciət edərək, borclular Borclu1 əsas borc üzrə 536 (beş yüz otuz altı) manat, cərimə borcu üzrə 482 (dörd yüz səksən iki) manat olmaqla, cəmi 1018 (bir min on səkkiz) manat borcun və Borclu2 əsas borc üzrə 227 (iki yüz iyirmi yeddi) manat, cərimə borcu üzrə 204 (iki yüz dörd) manat olmaqla, cəmi 431 (dörd yüz otuz bir manat məbləğində borcun, habelə 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, ərizəyə əlavə olunmuş mədaxil qəbzindən göstərilən məbləğin ödəniş təyinatlı dövlət rüsumu olmaqla qanunvericiliyə uyğun formada dövlət büdcəsinə ödənilməsinin həqiqiliyini qəbzdə nömrə göstərilmədiyindən müəyyən etmək mümkün deyil. Bundan başqa müəyyən edilir ki, kreditor tərəfindən cavabdehlərə qarşı yönəlmiş tələb bir-biri ilə əlaqəli deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən «bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri yatarır. Eyni Məcəllənin 278.2.4-cü maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor borclular Borclu1 və Borclu2 qarşı “borc” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1136/2022
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1136/2022
09.12.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver