Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Neftçala rayonu İş № 2(053)-1154/2024 01.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Kreditor (ünvan: Neftçala şəhəri, M.Qorki küçəsi, “Loqofon” mağazası) xx xxxxxxx 1996-cı ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş Borclu (ünvan: Neftçala rayonu, Qırmızıkənd kəndində) borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor 130 manat məbləğində əsas borc, 104 manat məbləğində gecikdirilmiş borca görə hesablanmış cərimə borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 334 manat məbləğində pulun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün Neftçala Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər». Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən ərizə üzrə məhkəmə əmri verilə bilər. Kreditor məhkəməyə təqdim etdiyi ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu ilə Neftçala şəhəri, M.Qorki küçəsi ünvanında yerləşən “Loqofon” mağazasının sahibi Kreditor arasında 22 oktyabr 2022-ci ildə 108 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcluya verilmiş kredit üzrə müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyi üçün, borclunun kreditora ümumilikdə 130 manat məbləğində əsas borcu, 104 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 281.1.7-ci maddələrinə əsasən kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu 130 (yüz otuz) manat məbləğində əsas borc, 104 (yüz dörd) manat məbləğində cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, ümumilikdə 334 (üç yüz otuz dörd) manat məbləğində vəsait tutularaq Kreditor ödənilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1154/2024
Neftçala Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(053)-1154/2024
01.10.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver