Məhkəmə qərarları › İş №2(053)-1156/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1156/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1156/2024 03.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «doğum haqqında akt qeydinin atalığa dair hissədə ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maraqlı şəxs 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə iiddia ilə məhkəməyə müraciət edərək, 09 mart 2024-cü il təvəllüdlü X1 doğumu haqqında 3187 №-li akt qeydinin atalığa dair hissəsinin ləğv edilməsi və 001597 №-li doğum haqqında şəhadətnamədə uşağın onun adı ilə müəyyən edilmiş atalıq qeydinə düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 16 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “xahiş edirəm” hissəsində dəqiqləşdirmə apararaq 09 mart 2024-cü il təvəllüdlü X1 doğumu haqqında 3187 №-li akt qeydində ata kimi barəsində qeyd edilən bütün məlumatların ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddia ərizəsini və dəqiqləşmə haqqında ərizəni müdafiə edərək bildirmişdir ki, o, cavabdehlǝ 09 iyul 2010 – 12 fevral 2024-cü illər ərzində rəsmi nikah münasibətlərində olmuş, bu müddətdə 06 iyul 2011-ci il təvəllüdlü X5 və 17 iyun 2013-cü il təvəllüdlü X7 adlı iki övladları dünyaya gəlmişdir. Gülnarla ailə münasibətləri 2021-ci ildən etibarən faktiki olaraq pozulsa da, rəsmi nikahları Neftçala Rayon Məhkəməsinin 2(053)-156/2024 nömrəli qətnaməsi ilə 12 fevral 2024-cü il tarixdə pozulmuş və həmin nikahın xitamı xx.xx.2024-cü il tarixdə 29 №-li qeydlə aktlaşdırılmışdır. Yalnız bu tarixdən sonra xx.xx.2024-cü il tarixdə cavabdehin X3 adlı övladı dünyaya gəlmiş, bununla bağlı 20 may 2024-cü il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində 3187 nömrəli akt qeydi aparılmış və 001597 nömrəli doğum haqqında şəhadətnamə ilə uşağın anası Cavabdeh, atası isə İddiaçı olaraq müəyyən edilmişdir. Qeyd edir ki, həmin uşağın bioloji olaraq onunla heç bir qohumluq əlaqəsi yoxdur. Bunu cavabdeh özü də etiraf edir. Onun barəsində atalıq doğulduğu vaxt anası ilə olan nikahlarına hələ xitam verilməməsi və nikahın pozulmasının dövlət qeydiyyatına alınmaması əsası ilə müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh gəlməmiş, lakin məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia tələbinin etirafı barədə ərizə təqdim edərək iddia tələbini tam olaraq etiraf etdiyini, iddiaçı ilə rəsmi nikahları pozulsa da 2021-ci ildən faktiki olaraq ayrı yaşadıqlarını, 09 mart 2024-cü il tarixdə dünyaya gəlmiş övladı X2 iddiaçı ilə heç bir bağlılığının olmadığını bildirmişdir. Yuxarıda qeyd etdiklərinin nəzərə alınaraq iddiaçı X4 iddia tələbinin təmin edilməsini xahiş etməklə yanaşı əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhərində yaşadığından və azyaşlı övladına davamlı qulluq zərurəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş maraqlı şəxs 5 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi gəlməmiş, lakin məhkəməyə 29 noyabr 2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda şöbədaxili işlərin çox olması səbəbindən xx.xx.2024-cü il tarixə, saat 14:30-a təyin edilmiş İddiaçı Cavabdeh qarşı doğum haqqında akt qeydinin atalığa dair hissədə ləğvi tələbinə dair mülki işə 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Nikahın pozulması haqqında» şəhadətnamənin və Neftçala Rayon Məhkəməsinin e-2(053)-156/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında mövcud olmuş nikah pozulmuş, 15 aprel 2024-cü il tarixdə nikaha xitam verilmişdir. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X3 09 mart 2024-cü ildə Bakı şəhərində doğulubdur. Müvafiq şəhadətnamədə uşağın atası kimi İddiaçı qızı, anası kimi isə Cavabdeh yazılıb. Bununla əlaqədar olaraq 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 20 may 2024-cü ildə 3187 nömrəsi ilə qeydiyyat aparılaraq «Doğum haqqında» şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubunun məzmunundan görünür ki, 09 mart 2024-cü il təvəllüdlü Balaxanım Cəbrayılzadənin doğumu haqqında akt qeydində ata haqqında məlumatların qeydiyyat şöbəsi tərəfindən dəyişdirilməsinin mümkün olmadığı, bu səbəbdən Balaxanım Cəbrayılzadənin atalıq faktının məhkəmə qaydasında mübahisələndirilməsi iddiaçıya tövsiyə olunmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddianı etiraf etdiyini yazılı formada bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər». Azərbaycan Respublikası MPM-nin 52.2 və 52.5-ci maddələrinə əsasən “Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir», «...iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barşıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır». Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddianın etiraf olunması qanuna zidd deyil və heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də iddianın etiraf olunması məhkəmə tərəfindən qəbul edilə bilər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən «Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır». Eyni Məcəllənin 220.4-cü maddəsinə əsasən «…Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir”. Məhkəmə işin faktiki hallarını, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarını nəzərə alıb, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 09 mart 2024-cü ildə Bakı şəhərində doğulmuş X1 doğumu ilə bağlı doğum haqqında 3187 №-li akt qeydləri kitabında 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 20 may 2024-cü ildə aparılmış qeydiyyatda ata kimi İddiaçı barəsində qeyd olunan bütün məlumatlar ləğv edilsin. Qətnamənin icrası Neftçala rayon qeydiyyat şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar