Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Neftçala rayonu İş № 2(053)-1184/2025 29.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Kreditor (ünvan: Neftçala şəhəri, M.Qorki küçəsi, «Loqofon» mağazası) xx xxxxxx 1985-ci ildə Neftçala şəhərində doğulmuş Borclu (ünvan: Neftçala şəhəri, məhəllə 5) borcun tutulmasına dair məhkəmə əmri verilməsi ilə bağlı ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM Kreditor 319 manat məbləğində əsas borc, 287 manat məbləğində gecikdirilmiş borca görə hesablanmış cərimə borcu olmaqla, cəmi 606 manat məbləğində pulun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün Neftçala Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər». Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən ərizə üzrə məhkəmə əmri verilə bilər. Kreditor məhkəməyə təqdim etdiyi ərizə və ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu ilə Neftçala şəhəri, M.Qorki küçəsi ünvanında yerləşən «Loqofon» mağazasının sahibi Kreditor arasında 01 fevral 2024-cü ildə alğı-satqı müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcluya verilmiş kredit üzrə müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyi üçün, borclunun kreditora 319 manat məbləğində əsas borcu, 287 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 və 281.1.7-ci maddələrinə əsasən kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu 319 (üç yüz on doqquz) manat məbləğində əsas borc və 287 (iki yüz səksən yeddi) manat məbləğində cərimə borcu olmaqla, cəmi 606 (altı yüz altı) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində vəsait tutularaq Kreditor ödənilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1184/2025
Neftçala Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(053)-1184/2025
29.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver