Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1224/2025 05.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı, Kreditor Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Kreditor Borclu onun xeyrinə əsas kredit üzrə 350 manat borcu barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən kecirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılmalıdır. Belə ki, Azərbayçan Respublikası Mülki Prosessual Məçəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məçəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələb aşkadırsa və ya həmin tələb borçlunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məçəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Göründüyü kimi Kreditor Borclu arasında kredit müqaviləsi bağlandığına hazırki iş üzrə ərizəyə əmr içraatı qaydasında baxıla bilməz. Həmin Məçəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad cıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məçəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia içraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbayçan Respublikasının Mülki Prosessual Məçəlləsinin 276 və 279-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Kreditor Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda hazırkı ərizə üzrə ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1224/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1224/2025
05.08.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver