Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1377/2025 07.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (arvadı) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 06 yanvar 2006-cı il təvəllüdlü X4 və 06 sentyabr 2007-ci il təvəllüdlü X8 təhsil müddətinin bitdiyi tarixə yəni 30 iyun 2028-ci il tarixədək aylıq qazancının üçdə bir hissəsi miqdarında pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09 fevral 2005-ci ildə ailə qurmuş, birgə nikahlarından 06 yanvar 2006-cı ildə X9 və 06 sentyabr 2007-ci ildə X16 dünyaya gəlmişdir. Onların rəsmi nikahı 10 avqust 2015-ci ildə Neftçala rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Nikahları pozularkən uşaqların yetkinlik yaşına çatanadək ananın himayəsinə verilmişdir. 14 may 2015-ci il tarixi məhkəmə əmrinə əsasən, Cavabdeh aylıq qazancının üçdə bir hissəsi yetkinlik yaşına çatanadək 06 yanvar 2006-cı il təvəllüdlü X4 və 06 sentyabr 2007-ci il təvəllüdlü X16 üçün İddiaçı xeyrinə tutulub. İddiaçı qeyd edir ki, cavabdeh alimenti vaxtı-vaxtında ödəmiş indiyədək aliment borcu olmamışdır. Lakin uşaqlar hal -hazırda təhsil aldığı üçün onların xərclərini tam olaraq qarşılamağa maddi imkanının olmadığını qeyd edir, özü X13 LTD-də laborant vəzifəsində işləyir və aylıq əmək haqqı 450 manat təşkil edir. Uşaqlar Bakıda təhsil aldıqları üçün orada kirayə yaşayırlar və xərcləri gündən-günə artır. 06 yanvar 2006-cı il təvəllüdlü X9 hazırda Bakı şəhəri Yasamal rayonunda yerləşən, X24 mərkəzində əyani olaraq Tibbi Yardım üzrə ödənişli əsaslarla təhsil alır, 06 sentyabr 2007-ci il təvəllüdlü X16 isə ADNSUnun Geoloji-kəşfiyyat fakultəsinin mədən mühəndisliyi ixtisası üzrə dövlət sifarişli 1-ci kurs tələbəsidir. İddiaçı bildirir ki, uşaqların təhsil məsrəfləri, onların gündəlik tələbatlarının qarşılanması onun üçün çox çətindir, buna görə də uşaqların təhsil müddətləri bitənədək Cavabdeh aylıq qazancının üçdə bir hissəsinin onun xeyrinə tutulmasını xahiş edir. Daha sonra Cavabdeh xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, iddiaçı ilə 9 fevral 2005-ci ildə daxil olduğu rəsmi nikah 10 avqust 2015-ci il tarixdə Neftçala Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Nikahları pozularkən uşaqları yetkinlik yaşına çatanadək iddiaçının himayəsinə verilmişdir. Neftçala Rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli, 2(053)- 445/2015 saylı məhkəmə əmri ilə birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçını xeyrinə aylıq qazancımın (başqa gəlirlərimin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Bildirir ki, özü hərbi qulluqçudur və uşaqların yetkinlik yaşlarına çatanadək 10 ildən artıq müddət ərzində aylıq qazancının (başqa gəlirlərimin) 1/3 hissəsi miqdarında aylıq aliment məbləğləri mütəmadi olaraq əmək haqqından tutularaq iddiaçının xeyrinə ödənilmişdir. Hətta böyük övladı 2024-cü ilin yanvar ayında yetkinlik yaşına çatdığı halda 2025-ci ilin sentybr ayınadək ondan tutulan alimentin məbləği yenə də əmək haqqımın 1/3 hissəsi olaraq davam etmişdir. Yəni ondan 1 uşağa görə 21 ay artıq aliment tutulmuşdur. 2015-ci il tarixində X5 ilə faktiki nikaha daxil olmuş və xx.xx.2022-ci il ildə nikahları rəsmiləşdirilmişdir. Həyat yoldaşıyla faktiki və rəsmi nikahlarından xx.xx.2016-cı il tarixində əkiz övladları Mirzə və Xəzər, xx.xx.2021-ci il tarixində isə əkiz ölvaldarı Qəzənfər və Hüseyn anadan olmuşdur. Aldığı əmək haqqı ilə 4 azyaşlı uşaqlı 6 nəfərlik ailəsinin tələbatlarını çətinlikdə ödəyir. Qeyd etdiklərindən göründüyü kimi himayəsində 4 azyaşlı uşaq olduğu və iddiaçı ilə nikahlarından olan uşaqlarına görə yetkinlik yaşlarına çatanadək aliment məbləğlərini tam ödədiyi, hətta artıq ödədiyi halda iddiaçının ondan “əlavə xərclər” tələb etməsi tam ədalətsizdir . Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (arvadı) X5 iddia tələbini qəbul etməyərək, iddia tələbinə etirazı müdafiə edərək bildirmişdir ki, 2015-ci ildə cavabdeh ilə faktiki nikaha daxil olub və həmin nikahdan 4 azyaşlı uşağı var. 6 nəfərlik tərkibdən ibarət ailəsini tələbatlarını çətinliklə ödəyir. Cavabdeh iddiaçı ilə nikahlarından olan uşaqlara görə yetkinlik yaşına çatanadək alimentin məbləğlərini tam ödədiyini, hətta artıq ödədiyi halda iddiaçının ondan əlavə xərclər tələb etməsinin ədalətsiz olduğunu vurğulayır və iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 718160 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı ildə Neftçala rayonu, Mirqurbanlı məhəlləsində doğulmuşdur, anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında akt qeydləri kitabında 07 fevral 2006-cı il tarixdə 11 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 001174 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2007-ci ildə Neftçala rayonu, Mirqurbanlı məhəlləsində doğulmuşdur, anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında akt qeydləri kitabında 19 oktyabr 2007-ci il tarixdə 79 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 352632 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanan nikah xx.xx.2015-ci ildə pozulmuş, nikahın pozulması haqqıda akt qeydləri kitabında 60 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli 2(53)- 445/2015 nömrəli məhkəmə əmrinə əsasən, Cavabdeh hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment 06 yanvar 2006-cı il tarixdə doğulmuş Ləman və 06 sentyabr 2007-ci ildə doğulmuş Əli adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının başlanğıcı 14 may 2015 hesab olunması əmr edilmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(53)-505/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında 09 fevral 2005-ci ildə Neftçala Rayon VVADQ şöbəsində qeyd edilmiş 39 nömrəli nikah akt qeydi ilə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ tərəfindən verilən 30 iyun 2025-ci il tarixli 125 nömrəli arayışa görə X16 həqiqətən Geoloji-kəşfiyyat fakultəsinin əyani şöbəsinin 050624 “Mədən mühəndisliyi” ixtisası üzrə 1-ci kurs 159.24 saylı qrup tələbəsidir. İş materiallarında olan X24 Mərkəzinin verdiyi 14 iyul 2025-ci il 267 nömrəli arayışa əsasən X1 Elm Tədris Mərkəzində əyani olaraq Tibbi Yardım üzrə xx.xx.2024-cü ildən bəri təhsil alır. İş materiallarında olan AZ-İİ 443234 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasında Goranboy Rayon qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətindən və EMİS-dən olan yoxlamadan görünür ki, Cavabdeh və X3 birgə nikahından xx.xx.2016-cı il tarixində X11, xx.xx.2016-cı il tarixində X12, xx.xx.2021-ci il tarixində X6 və xx.xx.2021-ci il tarixində X10 doğulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə 09 fevral 2005-ci ildə ailə qurmuş, birgə nikahlarından 06 yanvar 2006-cı ildə X9 və 06 sentyabr 2007-ci ildə X16 dünyaya gəlmişdir. Onların rəsmi nikahı 10 avqust 2015-ci ildə Neftçala rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Nikahları pozularkən uşaqların yetkinlik yaşına çatanadək ananın himayəsinə verilmişdir. 14 may 2015-ci il tarixi məhkəmə əmrinə əsasən, Cavabdeh aylıq qazancının üçdə bir hissəsi yetkinlik yaşına çatanadək 06 yanvar 2006-cı il təvəllüdlü X4 və 06 sentyabr 2007-ci il təvəllüdlü X16 üçün İddiaçı xeyrinə tutulub. İddiaçı qeyd edir ki, cavabdeh alimenti vaxtı-vaxtında ödəmiş indiyədək aliment borcu olmamışdır. Lakin uşaqlar hal -hazırda təhsil aldığı üçün onların xərclərini tam olaraq qarşılamağa maddi imkanının olmadığını qeyd edir, özü X13 LTD-də laborant vəzifəsində işləyir və aylıq əmək haqqı 450 manat təşkil edir. Uşaqlar Bakıda təhsil aldıqları üçün orada kirayə yaşayırlar və xərcləri gündən-günə artır. 06 yanvar 2006-cı il təvəllüdlü X9 hazırda Bakı şəhəri Yasamal rayonunda yerləşən, X24 mərkəzində əyani olaraq Tibbi Yardım üzrə ödənişli əsaslarla təhsil alır, 06 sentyabr 2007-ci il təvəllüdlü X16 isə ADNSU-nun Geoloji-kəşfiyyat fakultəsinin mədən mühəndisliyi ixtisası üzrə dövlət sifarişli 1-ci kurs tələbəsidir. İddiaçı bildirir ki, uşaqların təhsil məsrəfləri, onların gündəlik tələbatlarının qarşılanması onun üçün çox çətindir, buna görə də uşaqların təhsil müddətləri bitənədək Cavabdeh aylıq qazancının üçdə bir hissəsinin onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, uşaqların yetkinlik yaşlarına çatanadək 10 ildən artıq müddət ərzində aylıq qazancının (başqa gəlirlərimin) 1/3 hissəsi miqdarında aylıq aliment məbləğləri mütəmadi olaraq əmək haqqından tutularaq iddiaçının xeyrinə ödənildiyini qeyd edir. Hətta böyük övladı 2024-cü ilin yanvar ayında yetkinlik yaşına çatdığı halda 2025-ci ilin sentybr ayınadək ondan tutulan alimentin məbləği yenə də əmək haqqımın 1/3 hissəsi olaraq davam etmişdir. Yəni ondan 1 uşağa görə 21 ay artıq aliment tutulmuşdur. 2015-ci il tarixində X5 ilə faktiki nikaha daxil olmuş və xx.xx.2022-ci il ildə nikahları rəsmiləşdirilmişdir. Həyat yoldaşıyla faktiki və rəsmi nikahlarından xx.xx.2016-cı il tarixində əkiz övladları Mirzə və Xəzər, xx.xx.2021ci il tarixində isə əkiz ölvaldarı Qəzənfər və Hüseyn anadan olmuşdur. Aldığı əmək haqqı ilə 4 azyaşlı uşaqlı 6 nəfərlik ailəsinin tələbatlarını çətinlikdə ödəyir. Qeyd etdiklərindən göründüyü kimi himayəsində 4 azyaşlı uşaq olduğu və iddiaçı ilə nikahlarından olan uşaqlarına görə yetkinlik yaşlarına çatanadək aliment məbləğlərini tam ödədiyi, hətta artıq ödədiyi halda iddiaçının ondan “əlavə xərclər” tələb etməsi tam ədalətsizdir . Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. Bu Məcəllənin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Bunun davamı olaraq, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin məqsədi yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan və gəlir əldə etmək imkanı obyektiv olaraq olmayan övladlara onların valideynlərinin öz imkanları daxilində maddi yardımının təmin edilməsidir. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara valideynləri tərəfindən alimentin ödənilməsi iki qaydada həyata keçirilir: aliment ödənilməsi barədə valideyn və övlad arasında bağlanan sazişə əsasən (Ailə Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq, tərəflər alimentin miqdarı, ödənilmə qaydası və şərtləri barədə razılığa gələ bilərlər); tərəflər arasında belə saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyən edilən həcmdə və qaydada. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimenti məhkəmə hər ay ödənilən sabit pul məbləğində təyin etməklə yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün ödənilən alimentin miqdarını dəyişdirə və yaxud valideyni aliment ödəməkdən azad edə bilər. Bu Məcəllənin 112.2-ci maddəsinə görə həmin şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Onu da xüsusilə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh və iddiaçının nikahından olan övladları yetkinlik yaşına çatmış, tələbə olmuşlar, lakin onların ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, onların ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassız olduğundan İddiaçı Cavabdeh qarşı “valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsi” tələbinə dair iddası rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsi” tələbinə dair iddası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1377/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1377/2025
07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver