Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-15/2025 04.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş, hazırda himayəsində yaşayan 04 mart 2008-ci il təvəllüdlü Nihat və 13 may 2009-cu il təvəllüdlü Gülay adlı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay 470 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin 02 sentyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizənin “xahiş edirəm” hissəsinin aşağıdakı kimi oxunmasını xahiş etmişdir: “İddiaçı ilə cavabdeh X2 birgə nikahından doğulmuş, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 yaşayış yerinin müəyyən edilməsi və hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 235 manat olmaqla, iki uşağın saxlanılması üçün hər ay cəmi 470 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarasınız”. Neftçala Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş rəy verilməsi üçün Neftçala rayon İcra Hakimiyyətinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 11 dekabr 2024-cü il tarixdə 2(053)-833/2024 nömrəli mülki iş müvafiq rəylə birlikdə Neftçala Rayon Məhkəməsinə daxil olmuş və məhkəmənin 12 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)833/2024 nömrəli iş üzrə 26 dekabr 2025-ci il tarixli qərardadı ilə məhkəmə - psixoloji ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. İşə 2025-ci ildə (2(053)-15/2025) nömrəsi verilmişdir. 20 may 2025-ci il tarixdə 2(053)-15/2025 nömrəli mülki iş 10 aprel 2025-ci il tarixli, 11/88 nömrəli ekspert rəyi Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin 20 may 2025-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30 sentyabr 2005-ci ildə nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2008-ci ildə Nihat, 13 may 2009-cu ildə Günay adlı uşaqlar doğulmuşdur. Nikahları Neftçala Rayon Məhkəməsində 01 noyabr 2022-ci il tarixli 2(053)-131/2022 saylı qətnamə ilə pozulmuşdur. Hazırda uşaqlar onun himayəsindədir. Cavabdeh Bakı şəhərində yaşamaqla bərabər işləyir, uşaqlarına heç bir maraq göstərmir, köməklik etmir. Uşaqlarını təkbaşına saxlamaqda çox çətinlik çəkir. Həmçinin uşaqlar anasının yanına getmək istəmir. Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsi ilə cavabdeh(həmin iş üzrə iddiaçı) Cavabdeh iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 30 sentyabr 2005-ci il tarixdə Neftçala rayon VVADQ Şöbəsində bağlanaraq 378 saylı akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 ataları İddiaçı alınaraq, anaları Cavabdeh verilməsi, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıcının qətnamənin "uşaq tələbi" hissəsinin icra olunduğu vaxtdan hesablanması və sair qət edilmişdir. Məhkəmənin 01 noyabr 2022-ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Neftçala Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin yalnız “nikahın pozulması hissəsində təmin edilməsi”, “uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair” hissədə isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-600/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Apellyasiya məhkəməsinin qətnaməsindən isə kasasiya şikayəti verilməmişdir. Məlum olduğuna görə Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi yalnız nikahın pozulması hissəsində icra olunmuş, “uşaq tələbi və aliment” hissəsində isə tərəflərin birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqları analarının yanına getmək istəmədikləri üçün indiyənədək icra olnmamışdır. Yekinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh keçən müddət ərzində ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Halbuki cavabdeh Bakı şəhərində yaşamaqla onun iş yeri var və ayda 2000 manatadək qazancı olur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili X11 işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək mülki iş qəyyumluq və himayəçilik orqanının rəyinin həmçinin məhkəmə psixoloji ekspert rəyinin alındığını qeyd edərək qarşı tərəfin məqsədli şəkildə vaxt uzatmaq niyyətinin olduğunu, cavabdeh uşaqlardan imtina etdiyi üçün onların iddiaçı tərəfindən saxlanıldığını bildirərək iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X16 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bu işlə bağlı müvafiq məhkəmə qətnaməsinin qəbul olduğunu, qətnamənin icra olunub - olunmaması ilə bağlı ekspert rəyində heç bir məlumatın olmadığını, hər iki uşağın həm ata həm anaya bağlı olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının məqsədi cavabdeh tərəfdən pul almaqdır. Cavabdehin isə aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd olunmasını xahiş edir. İşin məhkəmə baxışı iclası zamanı dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü X17 valideynləri rəsmi olaraq boşandıqdan sonra, təxminən 2022-ci ildən daimi olaraq atasının yanında qaldığını, hazırda orta məktəbi bitirdiyini və bundan sonra da atası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. İşin məhkəmə baxışı iclası zamanı dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü X14 275 saylı məktəbdə 11-ci sinifdə oxuduğunu, valideynləri boşandıqdan sonra, , təxminən 2022ci ildən atasının yanında qaldığını və bundan sonra da atası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir.Əlavə olaraq bildirdi ki, anası onların heç bir maddi ehtiyaclarını ödəmir. Anasından nəsə istədikdə atası ilə qaldığı üçün gedib ondan istəməsini bildirir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında məlumat verilmiş Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin nümayəndəsini, yetkinlik yaşına çatmayan uşaqları dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X17 xx.xx.2008-ci ildə, X14 xx.xx.2009-cu ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, uşaqların atası İddiaçı, anası isə Cavabdehdır. xx.xx.2024-cü il tarixli, 290 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı ailə üzvləri X17 və X9r. “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İşə əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 600/2023 nömrəli iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsindən (hakim Ə.Tağıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022ci il tarixli, 2(053)-131/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 30 sentyabr 2005-ci il tarixdə Neftçala rayon VVADQ Şöbəsində bağlanaraq 378 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X17 və xx.xx.2009-cu il tarixdə anadan olmuş Mənəǝfova Gülay Elçin qızının ataları İddiaçı alınaraq anaları Cavabdeh verilməsi, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıcının qətnamənin «uşaq tələbi» hissəsinin icra olunduğu gündən hesablanması, iddiaçı Cavabdeh ödəməkdən azad edildiyi 51.20 (əlli bir manat, iyrmi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pulun 40 (qırx) manatının iddiaçı Cavabdeh, 40 (qırx) manatının isə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən 10 dekabr 2024-cü il tarixdə, 5-67/2-646/2024 nömrəsi ilə verilmiş rəydə aşağıdakılar qeyd olunur: «Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarına və beynəlxalq konvensiyaların tövsiyələrinə əsasən, Neftçala Rayon Məhkəməsinin 2(053)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə yaşayış yerləri analarının yanı müəyyən edilmiş xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X5 bundan sonra da yaşayış yerlərinin cavabdehin - Cavabdeh yanı müəyyən edilməsi Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədə müvafiq hesab edilir. Komissiya Məhkəmənin çıxaracağı istənilən qərardan sonra valideynlərin bu məsələdə daha həssas və qanunvericilik daxilində davranmalarını tövsiyə edir. Komissiya bütün hallarda azyaşlıların hüquqlarını müdafiə edərək, onların sağlam mühitdə, bütün çətinlik və məhrumiyyətlərə rəğmən hər iki valideynin diqqət və qayğısı altında böyüməsini istəyir». 10 dekabr 2024-cü il tarixli rəyə əlavə olunmuş 07 noyabr 2024-cü il tarixli aktdan görünür ki, Neftçala Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-67/2-467/2024 nömrəli məktubuna əsasən Bakı şəhəri, ünvan 2 ünvanında kirayədə yaşayan İddiaçı mənzil-məişət şəraitinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeyd edilən mənzil doqquz mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşir. Mənzil 2 otaq (bir otaqdan iki otağa dəyişiklik edilməklə), mətbəx və sanitar qovşaqdan ibarətdir. Mənzil su, məişət qazı, elektrik enerjisi və istilik sistemi ilə təchiz edilmişdir. Mənzildə İddiaçı, onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2009-cu il təvəllüdlü X14 yaşayır. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayış üçün qənaətbəxş şərait yaradılmışdır. 10 dekabr 2024-cü il tarixli rəyə əlavə olunmuş 05 dekabr 2024-cü il tarixli müayinə aktından görünür ki, aşağıda imza edənlər X15, Xəzər Rayon İcra Hakimiyyətinin məsul katibi, X12, Xəzər Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi, X13, Xəzər Rayon İcra Hakimiyyətinin məsləhətçisi bu aktı ona görə tərtib etmişlər ki, həqiqətən komissiya üzvləri Neftçala Rayon İcra Hakimiyyətinin 5-67/2-468/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun icrası ilə əlaqədar olaraq Cavabdeh hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirərək vətəndaşın yaşayış səviyyəsi ilə tanış olmuşlar. Müəyyən edilmişdir ki, F.Manafovanın hazırda yaşadığı ev anası X3 aiddir. Evin hüquqmüəyyən edici sənədlər təqdim olunmadı. Mənzil 1 mərtəbəli həyət evi olub 3 yataq otağı və köməkçi sahələrdən ibarətdir. Su, işıq və qaz daimidir. Mənzil səliqəlidir, mebel və digər məişət əşyaları ilə qismən təmin olunmuşdur. Bina kombi istilik sistemi vasitəsi ilə qızdırılır Kommunal şəraitləri (hamam ayaqyolu) gigiyena qaydalarına uyğundur. Cavabdeh yaşadığı ərazidə qonşuları tərəfindən müsbət xarakterizə olunur. Psixoloji durumu normaldır. Özünün bildirdiyinə görə müvəqqəti olaraq dərzi işləyir. Üzərinə düşən valideynlik hüquq və vəzifələrindən məlumatlıdır. Müayinə olunan ünvandakı şərait azyaşlıların sağlam ailə şəraitində böyüməsi üçün komissiya üzvləri tərəfindən normal olaraq qiymətləndirilir. 10 aprel 2025-ci il tarixli, 11/88 №-li ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunmuşdur: “İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. 2-ci, 3-cü və 4-cü suallar üzrə Şəxsin psixi xəstəlikdən va ya psixi pozuntudan əziyyət çəkib-çəkmədiyinin müəyyənləşdirilməsi məhkəməpsixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. 5-ci sual üzrə xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 hazırda ataları İddiaçı və anaları Cavabdeh bağlılıqları müəyyən olunmaqla, ataları İddiaçı bağlılıqları daha çoxdur. Valideynlər arasında qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik uşaqlar X10 və X5 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. X1 və X5 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması, məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir”. Tərəflərin nümayəndəsinin, eləcə də uşaqların məhkəməyə bildirdiklərindən görünür ki, tərəflərin arasında nikah pozulduğu vaxtdan və hal-hazırda 04 mart 2008-ci il təvəllüdlü X17 və 13 may 2009-cu il təvəllüdlü X14 İddiaçı yanında qalırlar. İddiaçı tərəf yetkinlik yaşlarına çatmayan uşaqların onun yanında qalmasına təkid edir. Cavabdeh tərəf isə də iddia tələbini qəbul etmir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən olunur ki, tərəflər arasındakı ailə münasibətləri rəsmi, eləcə də faktiki olaraq pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1 və 22.2.1-ci maddələrinə əsasən «Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər» və «Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli»dir. Məhkəmədə müəyyən edildi ki, tərəflərin arasındakı nikah Neftçala Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, onların birgə nikahlarından doğulmuş 04 mart 2008-ci il təvəllüdlü Nihat və 13 may 2009-cu il təvəllüdlü Gülay ataları İddiaçı alınaraq anaları Cavabdeh verilməsi, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıcının qətnamənin «uşaq tələbi» hissəsinin icra olunduğu gündən hesablanması, iddiaçı Cavabdeh ödəməkdən azad edildiyi 51.20 (əlli bir manat, iyrmi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pulun 40 (qırx) manatının iddiaçı Cavabdeh, 40 (qırx) manatının isə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir. İşin faktiki halları ilə həmçinin müəyyən olunmuşdur ki, məhkəmənin müvafiq qətnaməsi ilə uşaqların atadan alınaraq anaya verilməsi qət edilsə də uşaqlar həmin tarixdən daimi olaraq ataları ilə birlikdə yaşamışlar. Cavabdeh isə iddiaçının yanında məskunlaşmış uşaqlarının saxlanması üçün bu müddət ərzində onlara heç bir maddi yardım göstərməmişdir. Məhkəmə hazırki iş üzrə iddiaçının 04 mart 2008-ci il təvəllüdlü X8 və 13 may 2009cü il təvəllüdlü X5 onun yanında qalmasında təkid etdiyini, uşaqların hazırda iddiaçının himayəsində qaldığını, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, müvafiq ekspert rəyini və uşaqların maraqlarını nəzərə alaraq hesab edir ki, 04 mart 2008-ci il təvəllüdlü X17 və 13 may 2009-cu il təvəllüdlü X5 İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Hazırkı iddia məhkəməyə 09 iyul 2024-cü il tarixində daxil olub. Həmçinin yetkinlik yaşına çatmayan uşaqlar 03 mart 2008-ci il təvəllüdlü X8 və 13 may 2009-cu il təvəllüdlü X5 2022-ci il tarixdən faktiki olaraq atalarının yanında qaldığını, hətta cavabdeh də uşaqların həmin vaxtdan ataları ilə qaldığını inkar etmir və işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının, onun və cavabdehin nümayəndəsinin məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 03 mart 2008-ci il təvəllüdlü X8 və 13 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2024-cü il üzrə hər ay hər uşağa görə 200 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. 2024-cü il üzrə isə ölkədə minimum aylıq əmək haqqı 345 manat olmuşdur. İddiaçı aliment tələbi ilə məhkəməyə 09 iyul 2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2024-cü il üzrə alimentin miqdarının hər uşağa görə 200 manat müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,58 mislini təşkil edir (345 x 0,58 = 200.1). Göstərilənlərə əsasən iddia bu hissədə qismən təmin olunmalı, 04 mart 2008-ci il təvəllüdlü X8 və 13 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 09 iyul 2024-cü il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 4.800 manat miqdarında müəyyən edir (400 X 12 = 4.800). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 68 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə - iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 68 manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». İşə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası MPM- nin 107- ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh Elçin qızından alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X5 ataları İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 2024-cü il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 68 manat tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-15/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-15/2025
04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver